Fransadakı kütləvi iğtişaşlar sığorta şirkətləri üçün ən baha başa gələn etirazlarla əlaqəli hadisələrdən birinə çevrilə bilər.
“Financial Times” qəzetinin məlumatına görə, Morningstar DBRS analitiklərinin fikrincə, sığorta şirkətlərinin itkiləri 1,2 milyard avroya çata bilər. Əgər iğtişaşlar davam edərsə, xərclər daha da arta bilər. Bu cür hadisələrin hər il yüz milyonlarla avro ziyana səbəb olacağı gözlənilir.
Fransanın ticarət naziri Serj Papinin ilkin hesablamalarına görə, ölkə daxilində ən azı 3000 biznes zərər görüb.
Tahir TAĞIYEV