ABŞ Dövlət Departamenti Yaxın Şərqdəki amerikalılara vəziyyətin gərginləşməsi, hava məkanının bağlanması və uçuşların ləğvi ilə bağlı xəbərdarlıq edib.
Dövlət Departamentinin açıqlamasında deyilir: "Hazırda Yaxın Şərqdə olan amerikalılar çətin təhlükəsizlik mühiti səbəbindən yüksək sayıqlıq nümayiş etdirməlidirlər. Potensial uçuşların ləğvi, hava məkanının bağlanması və hava nəqliyyatında fasilələr nəzərə alınmalıdır".
Dövlət Departamenti həmçinin hərbi əməliyyatların regiondan kənara yayılması riskini də vurğulayıb: "İran və onun tərəfdarları ABŞ-ın xaricdəki digər hədəflərini və ya ABŞ və dünya miqyaslı amerikalılarla əlaqəli hədəfləri, o cümlədən ABŞ bizneslərini və digər qurumları hədəfə ala bilərlər".
Tahir TAĞIYEV