Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Ukraynada nizamlanma Kiyevdən olan nümayəndələrin iştirakı olmadan mümkün deyil.
“Nizamlanma ilə bağlı bilirsiniz ki, Amerika tərəfi vasitəçilik və sülhməramlı səylərini davam etdirir, biz bunu yüksək qiymətləndiririk. Amma təbii ki, məsuliyyəti öz üzərinə götürməyə hazır olan Kiyevdən birinin iştirakı olmadan yekun razılaşma mümkün deyil”, - deyə Peskov bildirib.
O, Rusiya tərəfinin Kiyev nümayəndələrinin danışıqlarda iştirakı olmadan Ukraynada sülh yolu ilə nizamlanmanın mümkünlüyünü görüb-görmədiyi sualına belə cavab verib.
Tahir TAĞIYEV