Bazar günü günü, 18 oktyabr 2026
     

Ərdoğanın iqtidar çevrəsində nə baş verir?

Image


Azərbaycanla bağlı siyasi parçalanma var? Ortağı Dövlət Bahçalı, hakimiyyət sütunlarından biri Binəli Yıldrım, "danışmanı" Gürşad Soylu Azərbaycanla bütün məsələləri suverenlik və daxili qanunlara hörmət üstündə qurmağı tövsiyə edirlər. Həmin anda sayın Ərdoğanın baş müşaviri Oktay Saral, AKP-nin Məclisdə qrup başqan müavini leyla Şahin isə tam fərqli mövqedə Azərbaycan hökumətinin məktəbdə hicab mövzusuna baxışını "vicdansızlıq" adlandırır..

Tibbdə "bir başda 2 fərqli ağıla"şizofreniya deyilir...

Hakimiyyətlərdə isə "2 ağılın" adı siyasi parçalanmadır....

Bunu "Bakı-Xəbər" Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.

A.Quliyev daha sonra yazır:

AKP iqtidarı mütləq parçalanmaya doğru gedir. Ən azı Dövlət Bahçalının həqiqətən Türkeşdən gələn millətçi məfkurəsi varsa, dünən şahzadə Salmanı qatil, Sisini islam düşməni adlandıraraq bu gün onları pula görə qucaqlayan qeyri-stabil birinin yanında uzun müddət qalacağını düşünmürəm. Türkiyə kimi bir dövləti, onun cəmiyyətini dini təriqət hakimiyyətinin maddi-siyasi maraqları üstündə iki düşmən düşərgəyə parçalamağın çox ağır bədəli olacaq...

AKP-yə qədər qardaş Türkiyədə sadəcə rəqabətli seçki parçalanmaları var idi, çox normal idi, seçki dövründə bir-birinə sivil qaydada o ki var, deyib seçkidən sonra yenə birlikdə yola davam edirdilər. AKP iqtidarı Türkiyə cəmiyyətini maddi maraqlar, klan-tayfa mənafeləri üstündə iki qatı düşmən düşərgəyə böldü. Siyasi rəqibləri şərləyib tutmaq, siyasi rəqiblərin şəxsi yataqlarına kamera qoydurmaq kimi tərbiyəsizliyi də Türkiyəyə bu iqtidar gətirdi... Ölkə siyasətinə belə qeyri-siyasi düşmənçiliklər gətirmiş AKP iqtidarından sonra hansı iç "razborkaların" gedəcəyini təsəvvür edə bilirsiniz?

Çalışın, təsəvvür edin... Ölkənin namuslu və vətənsevər generallarını, zabitlərini öz korrupsiyaçı, klanbaz hakimiyyətini uzatmaq xatirinə dəstə ilə şərlədərək urvatsız gündə fiziki məhv etdirən, psixoloji repressiyalar mühitində onları adsız məzarlıqlarda və hətta zibilliklərdə dəfnə məhkum etdirən AKP iqtidarı başqasına din, insanlıq, vicdan, mənəviyyat dərsi keçə bilməz!...

Hicab Azərbaycanda böyük bir kəsimin dini dəyərinə çevrilib. Heç kim onu qadağan etmir. Sadəcə məktəbli forması kimi zəruri bir kurs aparılır. Şagirdlərə məktəbli forması ildə bir dəfə dövlət hesabına pulsuz verilsə çox yaxşı olar. Hələ müəllimlərin də məktəbdə olduğu vaxt pulsuz vahid geyimlə təmin olunması haqda təcili düşünmək lazımdır. Hicab ümumən bir geyim forması kimi qadağan olunsa, şıxsən mən də bu yanaşmaya qarşı çıxaram... Ancaq məktəbi məktəb, məscidi məscid, mədrəsəni mədrəsə kimi qəbul etməyi öyrənməliyik...

Azərbaycan dövləti daxili siyasətinə aid bütün məsələləri, o cümlədən hicab mövzusunu öz cəmiyyəti ilə özü sivil qaydada həll edəcək. Kimsənin kənardan müdaxiləsinə ehtiyac yoxdur... Elə bilirsiniz AKP iqtidarından, şəxsən Ərdoğanın yaxın çevrəsindən Azərbaycana gələn basqılar həqiqi islam dini, onun dəyərləri ilə bağlıdır? Azərbaycanda qadın hüquqlarından danışmaq AKP iqtidarının indi niyə yadına düşüb? Ərdoğan üçün çox təhlükəli görünən yeni "cümhurbaşqanı seçkiləri" yaxınlaşdıqca AKP iqtidarı həm daxildə siyasi repressiyaları gücləndirir, həm də "külli- cahanı siyasi islamçılığa bürətdəmək kimi eyforiyanı" qızışdırırlar. Zatən Türkiyədə seçkidə "üstü-başı örtülü dindarlardan" başqa söykənə biləcəyi heç bir qüvvə qalmayıb, neçə dəfə məhz seçki xatirinə aldatdığı kürd xalqından da əhəmiyyətli seçki dəstəyi ala biləcəyi təxmin edilmir. Ölkədə seçicilərin mütləq çoxluğunun AKP iqtidarından bezdiyini ancaq siyasi korlar və AKP iqtidarından "süd əmciyi" tutanlar görməyə bilər. Zatən 2023-cü ildəki son prezident seçkilərində Ərdoğan müxalifət hesab olunan namizəddən cəmi bir neçə yüz min artıq səs almışdı. Ötən 3 ildə AKP-nin ictimai dəstəyinin daha da kiçildiyinə inanmayanların ağlına şübhə edirəm...

AKP-nin "trol ordusu" arta bilər, seçici ordusu yox...

Əgər seçici ordusu artıbsa, niyə müxalifətdən olan bələdiyyə sədrlərini başda İmamoğlu olmaqla, hətta qadın başqanları damlara basdırıb? Pul yeyiblər? Səbəbin bu olduğuna Türkiyədə ancaq cəhalət girdabına çəkdiyi dindarlar kütləsini inandıra bilərlər. Xalq görmür ki, Türkiyədə 900 milyardlıq "Fon korrupsiyasının " altından AKP-nin öz adamları çıxır?! Hələ illər öncəki ayaqqabı qutularında tutulmuş milyardların evdəki " şahzadəyə" aid olduğunu unutmayıblar...

AKP iqtidarının gücü yetsə Azərbaycanla yanaşı Mərkəzi Asiya türk dövlətlərində də "hicab vızılı-vızanı" salar… Çünki ona bunlar indi sırf seçki kontekstində hava-su kimi lazımdır. Soruşarsınız ki, seçkidə Türkiyə vətəndaşları səs verəcəksə, azərbaycanlıların bura nə dəxli var? Bəli, haqlı sualdır… Biz də soruşuruq ki, AKP iqtidarı öz müsəlmanlarının problemlərini həll etdi ki, böyük hay-küylə indi də bütün şərq müsəlmanlarının müdafiəsinə qalxıb?

Siz islam xəlifəsisiniz? Şərq müsəlmanlarının müdafiəsi üçün əməlli bir iş görsəydilər, üstündən keçmək olardı. Ancaq boş-boş çığırtılardan, şüarçı hay-küydən, oğlunu Türkiyəyə yeni prezident kimi sırımaq məqsədindən gələn bir neçə milyonluq Qalata körpü yürüşlərindən başqa nə etdilər? Soruşuruq ki, Türkiyə cəmiyyətinin qızıl enerjisini öz hakimiyyət maraqlarınız üçün belə ucuz xərcləmək haqqını sizlərə kim verib?! Axı o mənasız mitinqlərdə yandırılan kütləvi siyasi enerji türk xalqının sərvətidir...

Biz demirik ki, hakimiyyətə niyə öz oğlunu, ya kürəkənini gətirmək istəyirsən. Türkiyə xalqı bilər, siz bilərsiniz... Biz də bunun nə ilə bitəcəyini biləcəyik. Ancaq dediyimiz və tələbimiz budur ki, Türkiyədə emosional siyasi islam dalğasında həll etmək istədiyiniz hakimiyyət məsələsinə bizi - Azərbaycanı cəlb etməyə çalışmayın... Öz əlinizi öz başınıza çəkin...

Bizim qiymətli dindarlarımız da bilsinlər ki, AKP iqtidarı üçün Azərbaycanda hicab məsələsi üzlərinə tutduqları şirmadır… Onları həqiqi islam dəyərləri maraqlandırmır...

Həqiqi nüsəlman yalan danışar?

"Komuta qərargahım əmr etsə, papaz əlbisəsi geyinərəm" deyən adam həqiqi müsəlman sayıla bilər?! "Səudiyyə Ərəbistanı dönüb aynaya baxsın, Qəzzada cocuqların qətl edilməsində özü də iştirak edir" deyən birisi bu gün Səudiyyə ilə birlikdə şiə İrana qarşı ittifaq qurursa, ona hansı məntiqlə həqiqi müsəlman deyilir?!... Ərazisində bir müsəlman jurnalistin tikə-tikə doğranaraq yol çantalarında xaricə daşınmasının istintaq materiallarını cinayətdən 4 il sonra pulla Səudiyyəyə satanlardan həqiqi müsəlman olar?!... Suallar çoxdur...

AKP iqtidarı bu gün Türkiyənin bütün çevrə ölkələrində Türkiyənin himayəsi altında guya islama kütləvi bağlanış hərəkatının başladığı görüntüsü yaratmaqla həm özünü bəyan olunmamış "Xilafət dövləti" kimi göstərir, həm də bu dalğanın toz-dumanı içində Türkiyədə dindar kəsimin sayını artırmaqla prezident seçkilərini udmaq istəyir...

Azərbaycana hicab müdaxiləsinin arxasındakı hədəf budur...

Bizdə Ərdoğanın seçki təbliğatına qoşulanlar isə unutmasınlar ki, bura Azərbaycandır, Azərbaycanda başqa bir dövlət başçısının seçki təbliğatını aparmaq çox əndrəbadi görünür...

AKP başqadır, qardaşımız Türkiyə dövləti başqadır. AKP iqtidarı gəldi və gedəcək. Ancaq Azərbaycan - Türkiyə qardaşlığı əbədi qalacaq - orada da, burada da qanımızda türk qanı axacaq qədər...

Məgər AKP-dən qabaq Türkiyə - Azərbaycan qardaşlığı yox idi?!

Atatürkün dövründə bu qardaşlıq yox idi ki?! Var idi, həm də necə var idi...

Süleyman Dəmirəlin prezidentliyi dövründə qardaşlıq yox idi ki?! Var idi... 95-ci ildə baş nazir Tansu Çillər Azərbaycanda uğursuz dövlət çevrilişinə baş vuranda da qardaşlıq pozulmadı ki... Sadəcə Tansunun iqtidarı getdi...

Qardaşlıq isə qaldı... Yenə belə olacaq...

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

18.10.2026 / 09:43
Ərdoğanın iqtidar çevrəsində nə baş verir?

18.10.2026 / 09:10
Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

18.10.2026 / 08:31
Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib

17.10.2026 / 23:11
Bir ömürdən minlərlə ömrə uzanan mənəvi irs:Minarə Tahirovanın əziz xatirəsinə - MDU rektoru Anar Eminov yazır...

17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi – bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ