İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) donanması Hörmüz boğazından keçməyə çalışarkən dəniz minasına düşən supertankerdə partlayış və güclü yanğın baş verdiyini açıqlayıb.
Bildirib ki, 2 milyon bareldən çox xam neft daşıyan gəmi İran hakimiyyəti tərəfindən icazə verilməyən marşrutla boğazı keçməyə çalışıb.
İran ordusu tankerin naviqasiya və radar sistemlərini söndürdüyü və boğazdan keçərkən İranla koordinasiya etmək əvəzinə, ABŞ-ın hərbi dəstəyinə güvəndiyini iddia edir. SEPAH bu hərəkətlərin hadisəyə səbəb olduğunu bildirib.
Tahir TAĞIYEV