Tarix elmi yalnız keçmiş faktların və hadisələrin xronoloji ardıcıllıqla toplanması deyil, həm də xalqın mənəvi-mədəni genofondunun, dövlətçilik təfəkkürünün və milli ruhunun qorunması mexanizmidir. Müasir Azərbaycan tarixşünaslığında milli şüurun bərpası və zənginləşdirilməsi istiqamətində müstəsna xidmətləri olan alimlərdən biri de tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovdur.
Hacı Həsənovun yaradıcılığı elmi obyektiyliklə vətənpərvərlik duyğusunun sintezini təşkil edir.Onun əsərlərində Azərbaycan xalqının tarixi keçmişinə ehtiram, milli azadlıq ideallarına sadiqlik və dövlətçilik ənənələrinin təbliği qırmızı xətlə keçir. Eyni zamanda onun elmi yaradıcılığının əsas qayəsini milli kimliyin tarixi köklərinin araşdırılması təşkil edir.
Müəllifin tədqiqatlarında diqqət çəkən mühüm məqamlar bunlardır aşağıdakı kimi səciyyələnir.
1. Alim sovet ideologiyasının və təhriflərinin təsirindən azad olunmuş yenilənmiş tarixşünaslıq baxışını önə çəkir.
2. Azərbaycanın qədim və orta əsrlər, eləcə də XIX–XX əsrlər dövlətçilik ənənələri onun yazılarında milli varlığın sütunu kimi qiymətləndirilir.
3. Tarixi abidələr, etnoqrafik yaddaş və şifahi xalq ədəbiyyatı nümunələri Hacı Həsənovun tədqiqatlarında milli ruhun daşıyıcısı kimi təhlil edilir.
Tarixçi-alimin yaradıcılığında milli ruh yalnız akademik çərçivədə qalmır, eyni zamanda geniş oxucu kütləsinə ünvanlanmış publisistik maarifçilik missiyasını daşıyır. Bununla yanaşı, Hacı Həsənov elmi məqalələrində və çıxışlarında tarixi biliklərin gənc nəslə çatdırılmasını milli təhlükəsizlik və özünüqoruma amili kimi dəyərləndirir. Xüsusilə Vətən müharibəsi və ondan sonrakı dövrdə yazılan tədqiqatlarda Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi tarixi varislik kontekstində şərh olunur.
Nəticə etibarı ilə qeyd edək ki, tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh sadəcə emosional yanaşma deyil, elmi konseptual əsasa söykənən prinsipdir.Onun tədqiqatları göstərir ki, öz keçmişinə milli ruhla yanaşan xalq gələcəyini daha inamla qurur.Alimin elmi irsi Azərbaycan tarixşünaslığında milli özünüdərk prosesinin inkişafına sanballı töhfə olaraq qalmaqdadır.
Rizvan QARABAĞLI
Memarlıq üzrə fəlsəfə doktoru