Ağ Evin yeni mətbuat katibi Keti Zakariya vəkillik imtahanından keçmədiyini etiraf edib. Zakariya ABŞ Prezidenti Donald Trampın baş sözçüsü vəzifəsinə gəldikdən sonra onun hüquq sahəsindəki karyerası ictimaiyyətin diqqət mərkəzinə düşüb. Bazar ertəsi Ağ Evdə işə başlayan Zakariya, siyasətə gəlməzdən əvvəl hüquqşünas kimi fəaliyyət göstərdiyini iddia etmişdi. Tramp da onu vəkil kimi təqdim etmişdi. ABŞ-da hüquq fakültəsi məzunlarına müəyyən bir ştatda vəkillər kollegiyasına qəbul olunana qədər hüquqşünaslıqla (vəkilliklə) məşğul olmağa icazə verilmir. Oktyabrın 13-də keçirilən ilk brifinqdə, bir jurnalistin "hansı ştatda vəkillik imtahanından keçmisiniz" sualına cavab olaraq, Zakariya — Trampın da iştirakı ilə — "Çinə köçəndə" deyə cavab verib. Daha sonra mətbuata verdiyi açıqlamada Zakariya "bütün lazımi ixtisaslara malik olaraq, beynəlxalq əməliyyat hüququ sahəsində çalışdığını" iddia edib. Ağ Ev onun ABŞ-ın hər hansı bir ştatında və ya başqa bir yurisdiksiyada vəkillik imtahanı verib-vermədiyinə aydınlıq gətirməyib. Cümə axşamı "Fox News" kanalına verdiyi müsahibədə Zakariya imtahandan keçmədiyini etiraf edib.
Qeyd edək ki, Trampın bundan öncəki mətbuat katibi aylar öncə analıq məzuniyyətinə çıxmış, daha sonra işdən ayrılmışdı.
SAMİRƏ