Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır. Eyni zamanda, Azərbaycanın təşkilata sədrliyi dövründə səmərəli fəaliyyətinə görə təşəkkür edirik.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev cümə axşamı Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşündə çıxışı zamanı bildirib.
O bildirib ki, bu gün dünyada müxtəlif çağırışlar mövcuddur.
“Belə bir şəraitdə bizdən əməkdaşlıq tələb olunur. Bütün münaqişələri sülh yolu ilə həll etmək lazımdır. Gələcəkdə onların eskalasiyasının qarşısını almaq çox vacibdir. Təşkilatımızın əsas məqsədlərindən biri Asiyada qarşılıqlı etimad qurmaqdır”, – deyə o bildirib.
Özbəkistan Prezidenti əlavə edib ki, AQEM ölkələrin səylərini koordinasiya etməyə və iqlim dəyişiklikləri bağlı mübarizəyə yardımçı ola bilər. “Özbəkistan AQEM-in gücləndirilməsinə töhfə verməyə hazırdır. Azərbacyanın sədrliyə davam etməsini yüksək dəyərləndiririk”,- deyə o bildirib.