Türkiyə Rifah Partiyasının sədri Fatih Ərbakan İlham Əliyevə müraciət videosu yayaraq daxili işimizə burun soxub. Onun cavabını rəy yazanlar əla veriblər.
Bir rəyçi bu Ərbakanın atası Nəcməddin Ərbakanın illər boyu xalqı aldadaraq özünə sərvət toplamış bir talançı - islamçı olduğunu sübut edib.
Bülent Bekcibaşı adlı şəxs Ərbakanın oğlunun videosunun altında yazır:
- Nəcməddin Ərbakan 1969-cu ildə millət vəkili seçildikdə, Türkiyə Böyük Millət Məclisinə təqdim etdiyi gəlir bəyannaməsində bütün aktivlərinin İstanbulun Fatih qəsəbəsində bir mənzildən, bir avtomobildən, Gümüş Motor Şirkətində çox kiçik bir paydan və 3200 Türk Lirəsi millət vəkili maaşından ibarət olduğunu və başqa heç bir gəliri olmadığını bildirmişdir.
Bu bəyannamədən 25 il sonra, 1994-cü ildə Türkiyə Böyük Millət Məclisində liderlərin aktivlərini araşdırmaq üçün bir komissiya yaradılmışdır. Ərbakan bu komissiyaya təqdim etdiyi gəlir bəyannaməsində sərvətini aşağıdakı kimi göstərib:
* 148 kiloqram qızıl külçə
* 421 min dollar
* 532 min İsveçrə frankı
* 611 min alman markası
* 200 E Mercedes avtomobili
* Arvadının adına qeydiyyatdan keçmiş 300 E Mercedes avtomobili...
* İstanbul, Balıkəsir və Ankarada ümumilikdə 17.673 kvadrat metr olan 7 böyük torpaq sahəsi,
* Ankara, İstanbul və İzmitdə 6 mənzil
* Balıkəsir, Altınolukda 40.000 kvadrat metr torpaq sahəsi və üzərində 216 kvadrat metrlik villa və 3 yay evi.
Lakin Ərbakanın gəlir bəyannaməsində İstanbulun Kanlıca bölgəsində 12 milyon dollar dəyərində malikanə.
* Ankara, Demetevlerdə 11 mərtəbəli bina,
* Konya Un Sanayii A.Ş. Milda Kâğıt Anonim şirkəti daxil edilməyib.
Bu aktivlər Ərbakanın böyük qızı Zeynep Ərbakanın prokurorluğa ifadə verib qardaşlarına və qaynına qarşı "Atamın aktivlərini və pullarını məndən oğurladılar" deyərək şikayət ərizəsi yazmasından sonra ortaya çıxıb.
Bəzi həyasız insanlar mənə deyirlər ki, "Bal tutan barmağını yalayar". Əgər bu bal onların öz mülkiyyətidirsə, təmiz və qanunidirsə, istədikləri qədər yalaya bilərlər. Ancaq Bəs bu bal millətə, xalqa məxsusdursa, yəni oğurluq və korrupsiya ilə əldə edilibsə, balı yalayan barmaq sındırılmamalıdırmı?
"Bal tutan barmağını yalar" deyən bu düşüncə tərzində olan dindar davranışlı qaranlıq vicdan sahibləri, "Əgər mən də hakimiyyətə gəlsəm, əlbəttə oğurlayıb talan edərəm..." demək istəyirlər.
Ədalətli bir qayda quracağını, faiz haramdır deyərək, turizmin ölkəyə fahişəlik və əxlaqsızlıq gətirdiyini söyləyən siyasi bəyanat verən və eyni zamanda professor tituluna sahib olan Ərbakan ədalətli bir qayda qura bilmədi, amma dövlət əmlakını necə ələ keçirməyi öyrətdi. Öz övladlarına şirkətlər, fabriklər, Mercedes avtomobilləri, malikanələr, böyük torpaq sahələri və mənzillər kimi sağlam bir miras qoyaraq, İslamın və Quranın əmrlərinə tabe olmuş kimi göründü...
Ərbakan bununla kifayətlənmədi; daha da irəli gedərək, özündən sonra gələn imam-hatipli və hicablı gənclərə çox təmiz və dürüst bir əxlaqi miras qoydu. Oğurluq və korrupsiyanın gənclər arasında yayılması üçün yaxşı bir zəmin hazırladı. Rahat yatsın. Qızı kafirlik diyarı Amerikada məskunlaşarkən, oğlu Rifah Partiyasını yenidən canlandırdı. Dürüstlük atadan oğula keçər, İslam istismarı yüzlərlə partiya üçün kifayət qədər böyük sərmayədir. Kaş ki, partiyanın adını Həqiqət, Dürüstlük və Ədalətli Nizam Partiyası qoysaydılar...
* OSK/5 Temmuz 2026/ Ali Durmuş / 30.06. 2023/ Alıntı: Adnan Pelvanlar, 80 YILDIR GELİŞMEKTE OLAN TÜRKİYE KİTABI