çərşənbə günü, 14 oktyabr 2026
     

Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

Image


Xəyal Bəşirov: “...Bundan şou yaratmaq məqsədi güdür”

Ermənistanda saxlanılan Azərbaycan Ordusunun əsgəri Nəsimi Rasim oğlu Musayev istintaqa ifadə verib. Onun istintaqa verdiyi ifadənin bəzi detalları Ermənistan mediasında (xüsusilə “Joxovurd” qəzetində) yayılıb. Əsgərimizin ifadəsində hadisə ilə bağlı məqamlar yer alıb. Nəsimi Musayev dindirmə zamanı Zəngəzur vilayətinin Şəki kəndində daxil olduğu evdə heç kimə xəsarət yetirmək və ya zərər vurmaq niyyətinin olmadığını bildirib.

O, ev sahibəsindən (Ani Avetisyan) onu buraxmasını dəfələrlə xahiş etdiyini, lakin qadın onun silahından yapışaraq əlindən almağa cəhd etdiyi üçün özünü müdafiə məqsədilə atəş açmaq məcburiyyətində qaldığını vurğulayıb. Əsgərimiz yazılı izahatında atəş hadisəsindən sonra qadın və ailə üzvlərinin ona hücum etdiyini, bıçaqla xəsarətlər yetirdiyini və onu döydüklərini bəyan edib.

Qeyd edək ki, Laçın istiqamətində xidmət edən Nəsimi Musayev sentyabrın 26-da naməlum şəraitdə itkin düşüb. Oktyabrın 1-də onun Ermənistan ərazisində saxlanıldığı məlum olub və oktyabrın 2-də barəsində yerli məhkəmə tərəfindən 2 aylıq həbs qətimkan tədbiri seçilib. Hazırda Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) əsgərimizlə bağlı müvafiq qurumlarla təmasları davam etdirir.

Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

Hüquqşünaslar və ekspertlər erməni tərəfinin bu iddialarını daxili siyasi məqsədlərə xidmət edən və əsgərimizin geri qaytarılmasını gecikdirmək üçün qurulmuş bir ssenari hesab edirlər.

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov baki-xeber.com-a bildirdi ki, Azərbaycan əsgəri Nəsimi Musayevlə bağlı məlumatlar Ermənistan tərəfindən yayılmaqda davam edir. Əsgərimizin hansı şəraitdə Ermənistan tərəfə keçməsini təbii ki, istintaq araşdırmalıdır. Ermənistan tərəfi obyektiv araşdırma aparsa və yaxud da Azərbaycanın müvafiq qurumları ilə birlikdə araşdırma aparmağa razılıq versə, biz obyektiv araşdırmanın nəticələrini görə bilərik. Təbii ki, bu başqa sualdır. Amma hər bir halda biz nəzərə alaq ki, Nəsimi Musayevlə bağlı Azərbaycanın hüquq-mühafizə orqanları da cinayət işi başlayıb. Azərbaycan Cinayət qanunvericiliyinə görə hərbi xidmət yerini 3 gündən 10 günə qədər tərk edən şəxslər barəsində özbaşına hərbi xidmət yerini tərk etmə maddəsi ilə cinayət işi açılır. Onun cəzası o qədər də ciddi və yaxud məsuliyyəti o qədər də ağır deyil. Səhv etmirəmsə 1 ilə qədər intizam xarakterli hərbi hissədə saxlama cəzası nəzərdə tutulur. Amma 10 gündən artıq artıq fərarlılıq maddəsinin təsiri altına düşür. Orada da, onun cəzası və məsuliyyəti daha ağırdır. Nəzərə alsaq ki, özünəməxsus olan silahı da özü ilə götürüb, bu, biraz da onun məsuliyyətini ağırlaşdırır. Amma nəzərə alaq ki, 10 gün ərzində geri qayıtmasına mane olan amillər var. Şəxs artıq Azərbaycan ərazisində deyil, Azərbaycan ərazisini tərk edib və Ermənistan ərazisindədir. Ermənistanın müvafiq qurumları tərəfindən saxlanılıb. O, istəsə belə ölkəyə və ya hərbi xidmət yerinə qayıtmaq imkanı yoxdur. Bunlar da yəqin ki, araşdırmada nəzərə alınacaq. Amma düşünürəm ki, Ermənistan tərəfinin zamanla fərqli-fərqli fikirlər səsləndirməsi, mövqe sərgiləməsi yenə də bu ölkənin qərəzliyindən, obyektiv olmamasından xəbər verir. Əvvəlcə iddia etdilər ki, qadına hücum edib, xəsarət yetirib, amma sonradan özünün ifadəsindən bəlli oldu ki, o, özünü qorumaq məqsədilə edib. Hər bir halda ekspertiza nəticəsində bəlli olacaq ki, Nəsimi Musayevin psixoloji durumu nə vəziyyətdə olub və yaxud indi nə vəziyyətdədir. Amma psixoloji durumu normal olan şəxs Ermənistan ərazisində hər hansı bir erməni vətəndaşına xəsarət yetirməsi mümkün olmaz. Əgər onun psixoloji durumu yerində olmayıbsa, bu da onun cinayət məsuliyyətini istisna edən hallardan biri ola bilər. Fikrimcə, Ermənistan tərəfi bundan şou yaratmaq məqsədi güdür. Ermənistan tərəfindən onun haqqında bir neçə maddə ilə cinayət işi başlayıb. Yəni kifayət qədər maddələr sadalaya bilərlər ki, o maddələrlə onun haqqında cinayət işi başlasınlar. Ermənistan tərəfin bu məsələ ilə bağlı nə dərəcədə obyektiv araşdırma apardığı da bizim üçün sual altındadır. Nəsimi Musayevin ifadələrini təzyiq altında verib-vermədiyi də bizə bəlli deyil. Düşünürəm ki, Ermənistan tərəfi bundan öncəki presidentlərdə Azərbaycan tərəfinin özünün bir əsgərinə, bir zabitinə, bir vətəndaşına görə səfərbər olması amilini nəzərə almaya bilməz. Yəni, yəqin ki, onlar bunu nəzərə alıblar. Məsələn, biz Milli Qəhrəmanımız şəhid Mübariz İbrahimovun nəşinin Ermənistandan alınması üçün bütün imkanlarımızı, resurslarımızı səfərbər etdik, dövlət olaraq, xalq olaraq biz bu məsələnin sonuna qədər arxasınca getdik. Daha sonra bizim vətəndaşlarımız Dilqəm və Şahbazın geri qaytarılması üçün Azərbaycan dövləti nələrdən keçdi. Digər presedentlər də, təcrübələr də var. Onlar çox gözəl anlayırlar ki, Azərbaycan əlindən gələni edəcək ki, onu geri qaytarsın. Onların bu sülh prosesi dönəmində ondan Azərbaycana qarşı istifadə etmək niyyətləri də ola bilər. Təbii ki, bu, sülhə mane olan hallardan biri olacaq”.

X.Bəşirov qeyd etdi ki, bu Ermənistan tərəfinin qeyri-səmimiliyini, qeyri-obyektivliyini ortaya qoyacaq. X.Bəşirovun sözlərinə görə, eyni zamanda zaman-zaman Ermənistan tərəfindən bəzi fikirlər səsləndirilir ki, Azərbaycanda ədalət mühakiməsi qarşısına çıxarılan separatçıları geri qaytarsınlar: “O terrorçu qruplaşmaları, separatçıları, Azərbaycanın Qarabağ ərazisində uzun müddət ağır cinayətlər törətmiş şəxsləri ədalət mühakiməsi qarşısına çıxarıb. Ermənistan onların əsgərimizlə dəyişdirilməsi ilə bağlı bu məsələdən bazarlıq predmeti kimi də istifadə edə bilər. Təbii ki, bütün bunlar yanlış yanaşmadır. Belə olarsa Ermənistanın sülh prosesinə qeyri-səmimi yanaşdığını ortaya qoyacaq. Amma hər bir halda mən düşünürəm ki, Ermənistan tərəfi həmişə olduğu kimi belə məsələlərdən istifadə etdiyi kimi, bu dəfə də belə bu məqsədlərlə istifadə etməsi istisna deyil.

Amma düşünürəm ki, Azərbaycan tərəfi də artıq Ermənistanla hansı dildə danışmalı olduğunu bilir. Ermənistan unutmamalıdır ki, indi nə Cənubi Qafqazdakı reallıq o reallıqdır, nə də vəziyyət əvvəlki vəziyyətdir. “İndiki Azərbaycan və eyni zamanda indiki Ermənistan da əvvəlki Azərbaycan və yaxud Ermənistan deyil ki, Ermənistan bu cür ucuz yollarla Azərbaycana qarşı hansısa bir təxribat törədə bilsin”-deyə X.Bəşirov qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO

14.10.2026 / 20:38
Azərbaycan kapitalistlərinin Laosa investisiya yolu açıldı...

14.10.2026 / 20:25
Yaxşı başladınız, yaxşı da bitirsəniz, əla olacaq, sayın Baxçalı... Əliyev-Ərdoğan görüşünü niyə Zirvəyə saxlayaq?!...

14.10.2026 / 20:14
AKP rəsmilərinin Azərbaycan-İsrail-Fələstin münasibətlərini təhrif etməsi qətiyyətlə pisləndi...

14.10.2026 / 20:01
Çinin "Azərbaycan, Xorvatiya, Monteneqro və Bolqarıstan" planı...

14.10.2026 / 19:48
Mərkəzi Asiyanın islam ölkələri vahid məktəb formasını problemsiz şəkildə çoxdan qəti həll ediblər...

14.10.2026 / 19:40
AKP rəsmiləri hicabla bağlı işlərimizə əvvəllər müdaxilə etməzdilər - İndi nə olub?

14.10.2026 / 19:33
Qətər Əmiri Azərbaycana səfərə gəlib - FOTO

14.10.2026 / 19:10
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

14.10.2026 / 19:10
Bəhreynin xarici işlər naziri Prezident İlham Əliyevin qəbulunda... - FOTO

14.10.2026 / 19:07
Prezident Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul etdi - FOTO

14.10.2026 / 19:06
Prezident İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşüblər - FOTO

14.10.2026 / 19:05
Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib - FOTO

14.10.2026 / 18:44
Azərbaycan və BƏƏ hərbçilərinin birgə uçuş təlimindən GÖRÜNTÜLƏR...

14.10.2026 / 18:28
Şavkat Mirziyoyev Bakıya gəldi - FOTO

14.10.2026 / 18:07
Tacikistan Prezidenti Azərbaycana gəlib - FOTO

14.10.2026 / 17:55
Qırğızıstan Prezidenti Bakıdadır - FOTO

14.10.2026 / 17:41
AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

14.10.2026 / 17:35
Tramp Putini Zelenskidən sülhsevər saydı... Ukrayna Trampdan üz çevirir...

14.10.2026 / 16:59
AK Partiyanın müdaxiləsinə qarşı Azərbaycandakı partiyalar YAP-a niyə dəstək vermədilər...

14.10.2026 / 16:48
Onlara tarakan deyildi, onlarsa "Tarakanlar" partiyası yaradıb hakimiyyəti yıxırlar...

14.10.2026 / 16:40
Azərbaycanda şirkətə aid gəminin sənədləri itirilib...

14.10.2026 / 16:16
“Əlamətdar hadisələrin musiqili sədası”: musiqidə yaşayan tarix və milli yaddaş

14.10.2026 / 15:53
Laos AQEM-ə üzv olur

14.10.2026 / 15:40
Ərdoğanın bu bəyanatı Türkiyəni İranla vuruşdura bilər - təhlükəli ssenari...

14.10.2026 / 15:32
ABŞ-la İranın infrastruktur müharibəsi başlanır - dünya xaosa girə bilər...

14.10.2026 / 15:20
Hakan Fidan Azərbaycana gəlir

14.10.2026 / 14:56
Əli Əsədov Laos Prezidenti ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib - FOTO

14.10.2026 / 14:45
Vüqar Rəhimzadə: Azərbaycan və Laos dost ölkələrdir, beynəlxalq arenada fəal əməkdaşlıq edirlər

14.10.2026 / 14:41
“Bir millət, iki dövlət”: bərabərhüquqlu qardaşlıq və suverenlik prinsipinin formulu - TƏHLİL

14.10.2026 / 14:28
NATO Rusiyanı ilk olaraq 3 yerdən vuracağını açıqladı...

14.10.2026 / 14:16
Rəsmi Bakıdan Parisə sərt cavab - əsassız iddialara son qoyun...

14.10.2026 / 13:58
Zelenski təsdiqlədi - ABŞ Ukraynanı kəşfiyyat dəstəyini kəsməklə hədələyib…

14.10.2026 / 13:42
Lavrov Bakıya gəlir…

14.10.2026 / 13:29
Ukrayna Rusiyanın ən böyük superkompüterinin yerləşdirildiyi data mərkəzini vurdu - “Sberbank” təsdiqlədi…

14.10.2026 / 13:18
“Səhər” kanalının Azərbaycanla bağlı saxtakarlığı ifşa olundu

14.10.2026 / 13:12
"Azərbaycanla Ermənistan arasında sülh var, amma..." - Mirzoyan

14.10.2026 / 13:00
Nizami Gəncəvi yaradıcılığında memarlıq motivləri və onların bədii-fəlsəfi funksiyaları

14.10.2026 / 12:54
Ən müqəddəs missiyamız

14.10.2026 / 12:34
Ermənistan Başkənd iddiasından rəsmən imtina edir…

14.10.2026 / 12:18
Özgür Özəldən Halk TV-yə polis basqınına sərt reaksiya – bu yalnız diktatorların edə biləcəyi şeydir…

14.10.2026 / 12:06
Mərkəzi Bank ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən etdi

14.10.2026 / 11:28
47 min yeni iş yerinin yaradılması gözlənilir - RƏSMİ

14.10.2026 / 11:15
"Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir" - Prezident

14.10.2026 / 11:11
Türkiyədə Halk TV-nin ofisinə polis basqını – həbslər aparıldı, müxalif TV sübh tezdən susduruldu…

14.10.2026 / 11:08
"İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır" - Prezident

14.10.2026 / 11:03
Prezident: "Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu yaşayış məntəqələrini ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir"

14.10.2026 / 10:57
"Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan təmizlənib" - Prezident

14.10.2026 / 10:50
"ADA Universiteti beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsində maraqlıdır" - Hafiz Paşayev

14.10.2026 / 10:44
İran və Türkiyədən Azərbaycana qarşı koordinasiyalı trol hücumları intensivləşib - Media və Yayım Şurası bəyanat yaydı...

14.10.2026 / 10:33
Prezident İlham Əliyev 6-cı “Rebuild Garabagh” sərgisinin iştirakçılarına müraciət ünvanlayıb

14.10.2026 / 10:26
Səudiyyənin “Saudi Aramco” neft şirkətinin baş ofisində güclü partlayış – nə baş verir…

14.10.2026 / 10:10
İran və Britaniya arasında gərginlik – Tehran səfiri çağırıb izahat istədi…

14.10.2026 / 09:49
Azərbaycan nefti ucuzlaşdı

14.10.2026 / 09:17
Dövlət qurumlarının saytlarına kiberhücum - 100-dən çox saytda problem yarandı...

14.10.2026 / 09:02
Dövlət Baxçalının müavini Azərbaycanla bağlı paylaşım etdi - cəsur və qüdrətli lider...

14.10.2026 / 06:26
Trampın eks gəlini Ağ Evin tələbi ilə istefa verdi - “qeyri-etik davranış” səbəbindən…

13.10.2026 / 22:46
Trampdan Çin və Rusiyaya sərt xəbərdarlıq – İrana kömək etdiklərini görsək çox şey itirəcəklər…

13.10.2026 / 22:30
Paşinyandan Moskvaya qəti mesaj – münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz…

13.10.2026 / 22:08
Tramp Rusiyanın əvəzinə Ukrayna ilə döyüşü genişləndirir - indi də kəşfiyyat məlumatları...

13.10.2026 / 21:50
Paşinyan hər dəfə Putini fakt qarşısında qoyur - pis də olmuruq, yaxşılaşmasını da istəmirik...

13.10.2026 / 21:29
Bakı-Tbilisi qatarında maklerlər "at oynadır" - 54 manata bilet yoxdur...

13.10.2026 / 21:14
İran Əfqanıstanla müharibənin bir addımlığındadır...

13.10.2026 / 21:11
SDU-da YAP-ın VIII Qurultayına həsr olunmuş elmi-praktik konfrans keçirilib

13.10.2026 / 20:58
Erməni mediası Azərbaycan-Gürcüstan sərhəd delimitasiyasında “kəskin mübahisələr” gözləyir...

13.10.2026 / 20:45
Çexiya kəşfiyyatından qorxunc xəbərdarlıq: Rusiya NATO ölkələrində daha riskli əməliyyatlara başlayır

13.10.2026 / 20:26
Pakistanda vəziyyət qarışır, hakimiyyətlə müxalifət Əfqanıstan sərhədində toqquşur...

13.10.2026 / 20:11
Paşinyan Azərbaycanla humanitar məsələlər fonunda separatçılardan əl çəkmək istəmir...

13.10.2026 / 19:50
Hicab taxması üçün qızlara təqaüd verən imkanlı şəxslər kimdir...

13.10.2026 / 19:36
Azərbaycanın ASAN brendi Asiyanı “işğal edir”...

13.10.2026 / 19:21
“Azərbaycana təzyiqlər artır” - Prezident demişdi axı, üstəlik səbəb də göstərmişdi...

13.10.2026 / 18:22
ABŞ Konqresi Tramp-Putin razılaşmasını ləğv edə bilər...

13.10.2026 / 18:04
İqtisadi Şuranın növbəti iclası keçirilib - FOTO

13.10.2026 / 17:47
Prezident İlham Əliyevin sosial media hesablarında Laos Prezidentinin Azərbaycana rəsmi səfərinə dair videoçarx paylaşılıb

13.10.2026 / 17:38
"Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var" - QMİ sədri

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ