Oktyabrın 15-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci sammitində iştirak edəcək. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında bildirilir.
Tədbirdə AQEM-in gələcək inkişafı, o cümlədən onun Avrasiya regionunda platformalararası əməkdaşlığın ümumi mənzərəsinə inteqrasiyası ilə bağlı məsələlər müzakirə olunacaq.
Gündəliyə Rusiyanın rəhbərliyi ilə kiçik və orta sahibkarlığa yardım və beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahələri də daxil olmaqla, geniş praktik əməkdaşlıq sahələrinin müzakirəsi daxildir.
Görüş iştirakçıları həmçinin aktual beynəlxalq və regional məsələlər barədə fikir mübadiləsi aparacaqlar.
Tahir TAĞIYEV