çərşənbə axşamı günü, 13 oktyabr 2026
     

Tramp Putinə pəncərə açdı, Avropa onun acığına bağladı...

Image


Avropa İttifaqı Rusiyanın hərbi-sənaye kompleksinə qarşı sanksiya siyahısını genişləndirərək 1569 şəxs və qurumu məhdudlaşdırıcı tədbirlərə daxil edib. Siyahıya 826 şirkət və 743 rəhbər şəxs daxildir. Yeni sanksiyaların yarıdan çoxu ballistik raketlərin, o cümlədən "İskəndər-M" sisteminin istehsal zənciri ilə əlaqəli qurumları əhatə edir.

Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas bildirib ki, bu, Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamasından bəri sanksiya siyahısının ən genişmiqyaslı genişləndirilməsidir. Məhdudiyyətlərin məqsədi Rusiyanın raket, dron və təyyarə istehsalı üçün zəruri komponentlərə çıxışını çətinləşdirmək, silah istehsalını ləngitmək və bahalaşdırmaqdır.

Sanksiyalara məruz qalan şirkətlər yarımkeçiricilər, mikroçiplər, elektron və rabitə avadanlıqları, radarlar, optik və naviqasiya sistemləri, partlayıcı maddələr, sursatlar və raket komponentləri istehsal edir. Bu müəssisələrin ümumi illik dövriyyəsi 20 milyard avrodan çox, işçilərinin sayı isə təxminən 250 min nəfərdir.

Yeni məhdudiyyətlər Rusiyanın Ukraynaya qarşı hücumlarının, xüsusilə mülki infrastruktura zərbələrinin davam etməsinə cavab olaraq tətbiq edilib. Bununla belə, qərar Rusiyanın iqtisadiyyatına qarşı yeni sektor məhdudiyyətlərini nəzərdə tutmadığından, formal olaraq ayrıca sanksiya paketi hesab edilmir. Yeni qərarla Ukrayna müharibəsi ilə əlaqədar Aİ-nin sanksiya siyahısına daxil edilən şəxslərin və təşkilatların ümumi sayı 4600-ə yaxınlaşıb.

Aİ-nin Rusiyaya qarşı sanksiyaları genişləndirməsi ABŞ və Rusiya arasında dizel yanacağı ilə bağlı razılaşmaya cavab kimi qiymətləndirilə bilərmi, yoxsa bu qərar Avropanın Ukrayna müharibəsi ilə bağlı təzyiq siyasətinin davamıdır?

Elşad Həsənov: "Vəziyyət sabitləşməkdənsə, gərginlik son həddə çatır"

Politoloq: Azərbaycanın milli təhlükəsizliyi hərbi güclə yanaşı, ideoloji və iqtisadi dayanıqlılığa əsaslanır

Politoloq Elşad Həsənov "Bakı-Xəbər" qəzetinə açıqlamasında Rusiya-Ukrayna müharibəsi fonunda beynəlxalq münasibətlərdə gərginliyin artdığını, Qərbin Rusiyaya qarşı sanksiya siyasətində ziddiyyətlərin olduğunu bildirib. Onun sözlərinə görə, müharibənin dayandırılması məqsədilə Avropa İttifaqı və ABŞ tərəfindən həyata keçirilən siyasət gözlənilən nəticəni verməyib.

Politoloq hesab edir ki, Rusiyaya qarşı geniş sanksiyaların tətbiq edilməsinə baxmayaraq, Avropa ölkələrinin Rusiya enerji resurslarını almaqda davam etməsi bu məhdudiyyətlərin effektivliyi ilə bağlı suallar yaradır. O qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqı ölkələrinin son illərdə Rusiyadan böyük həcmdə yanacaq aldığını bildirib. Həsənovun fikrincə, bu cür iqtisadi əlaqələr Rusiyanın enerji gəlirlərini qorumasına və həmin vəsaitlərin hərbi sənayenin maliyyələşdirilməsində istifadə olunmasına şərait yarada bilər.

Politoloq vurğulayıb ki, ABŞ-ın Rusiya ilə dizel yanacağının tədarükünə dair altı aylıq razılaşma əldə etməsi də Qərbin sanksiya siyasətində vahid yanaşmanın olmadığını göstərən amil kimi qiymətləndirilə bilər. Onun qənaətinə görə, Vaşinqtonun bu addımı Avropa ölkələrində narazılıq yaradıb və Rusiyaya qarşı daha sərt tədbirlərin müzakirəsini sürətləndirə bilər.

Elşad Həsənovun sözlərinə görə, Avropa İttifaqı Rusiyanın hərbi sənayesində istifadə olunan texnologiyaların və ikili təyinatlı məhsulların ixracına nəzarəti gücləndirməyə çalışır. Söhbət raket istehsalında istifadə edilən mikroçiplərdən, elektron avadanlıqlardan, radar və naviqasiya sistemlərindən, eləcə də partlayıcı maddələrin hazırlanmasında istifadə olunan komponentlərdən gedir. Politoloq bildirib ki, Ukrayna tərəfi Rusiya tərəfindən istifadə edilən bəzi pilotsuz uçuş aparatlarında və raketlərdə Qərb istehsalı olan komponentlərin aşkarlandığını dəfələrlə bəyan edib. O hesab edir ki, sanksiyaların effektivliyi yalnız yeni məhdudiyyətlərin qəbul edilməsindən deyil, onların bütün ölkələr və şirkətlər tərəfindən necə icra olunmasından asılıdır. Həsənovun fikrincə, sanksiyalardan yayınma hallarının qarşısı alınmasa, Rusiyanın hərbi istehsal imkanlarını məhdudlaşdırmaq çətin olacaq. Bununla belə, sanksiyaların daha sərt tətbiq edilməsinin müharibəni mütləq dayandıracağı barədə qəti nəticəyə gəlmək də mümkün deyil.

Politoloq Avropada Rusiyaya qarşı təhlükəsizlik tədbirlərinin genişləndirilməsi istiqamətində çağırışların artdığına da diqqət çəkib. Onun sözlərinə görə, Polşanın xarici işlər naziri Radoslav TSikorski Rusiyanın Avropadakı konsulluqlarının bağlanması ilə bağlı çağırışlar edib. Eyni zamanda, Rusiya vətəndaşlarına viza verilməsi qaydalarının sərtləşdirilməsi, biometrik pasportlardan istifadənin genişləndirilməsi və onların hərəkətinə nəzarətin gücləndirilməsi kimi təkliflər də müzakirə olunur.

Elşad Həsənov Rusiyanın kölgə donanmasına qarşı tədbirlərin də sərtləşdirildiyini bildirib. Onun sözlərinə görə, Avropa ölkələrinin bu istiqamətdə atdığı addımlar Rusiyanın enerji ixracından əldə etdiyi gəlirləri məhdudlaşdırmağa yönəlib. Belə tədbirlər Moskvanın müharibəni maliyyələşdirmək imkanlarına təsir göstərmək məqsədi daşıyır.

Politoloq ABŞ daxilində də Rusiyaya münasibətdə yürüdülən siyasətlə bağlı fikir ayrılıqlarının olduğunu qeyd edib. Onun sözlərinə görə, Tramp administrasiyasının Rusiya ilə enerji sahəsində razılaşması və Moskvanı danışıqlara cəlb etmək üçün atdığı addımlar ABŞ-da siyasi müzakirələrə səbəb olub. Bununla belə, həmin qərarların nəticələrinin Rusiyanın danışıqlardakı mövqeyinə necə təsir göstərəcəyi zamanla bəlli olacaq.

Həsənovun fikrincə, Rusiya-Ukrayna müharibəsinin davam etməsinin əsas səbəblərindən biri tərəflərin ərazi məsələlərində mövqelərinin kəskin şəkildə fərqlənməsidir. O bildirib ki, Moskvanın Donbas üzərində nəzarəti genişləndirmək istəyi müharibənin dayandırılması istiqamətində razılaşma əldə edilməsini çətinləşdirir. Eyni zamanda, infrastruktur obyektlərinə hücumların dayandırılması ilə bağlı təşəbbüslərin nəticəsiz qalması qarşılıqlı etimadsızlığı daha da artırır.

Politoloq hesab edir ki, Avropa İttifaqının Rusiyaya qarşı təzyiqləri gücləndirməsi həm ABŞ-ın enerji sahəsindəki qərarlarına cavab, həm də Ukraynaya dəstəyin artırılması və Avropanın təhlükəsizliyinin qorunması cəhdi kimi qiymətləndirilə bilər. Onun fikrincə, Qərb ölkələri Rusiyanın hərbi imkanlarını məhdudlaşdırmaqla yanaşı, mümkün təhlükəsizlik risklərinə qarşı müdafiə tədbirlərini də gücləndirməyə çalışırlar.

Elşad Həsənovun qənaətinə görə, hazırkı şəraitdə beynəlxalq münasibətlərdə gərginliyin azalmaq əvəzinə artması ciddi narahatlıq doğurur. Rusiya ilə Qərb arasında qarşıdurmanın genişlənməsi, sanksiyaların sərtləşdirilməsi və hərbi hazırlıqların gücləndirilməsi regionda və dünyada təhlükəsizlik risklərini artırır. O hesab edir ki, mövcud vəziyyətin daha da ağırlaşmaması üçün diplomatik səylərin nəticə verməsi və müharibənin dayandırılması istiqamətində real razılaşmaların əldə olunması vacibdir.

Akif NƏSİRLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

13.10.2026 / 14:30
“Məktəbli forması dünyəvi təhsil prinsiplərini ehtiva edir” - Rizvan Qarabağlı

13.10.2026 / 14:17
Yasamalda məktəbdə yanğın törətməyə cəhd edən 6 nəfər saxlandı - VİDEO

13.10.2026 / 14:08
YAP Ərdoğanın baş müşavirinin Azərbaycanla bağlı açıqlamasına sərt cavab verdi...

13.10.2026 / 13:55
Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verdi

13.10.2026 / 13:46
Prezident İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib - FOTO

13.10.2026 / 13:40
Tramp Putinə pəncərə açdı, Avropa onun acığına bağladı...

13.10.2026 / 13:27
Kredit faizləri və problemli kreditlər sürətlə artır...

13.10.2026 / 13:10
Azərbaycanda problemli kreditlərin həcmi 932 milyon manatı ötüb

13.10.2026 / 12:53
“Məktəb vətəndaşlıq mövqeyinin formalaşdığı ictimai mühitdir” - Əhliman Əmiraslanov

13.10.2026 / 12:38
"44 il əvvəl səfər etdiyim Azərbaycanı çox çətinliklə tanıdım" - Prezident Thonqlun Sisulit

13.10.2026 / 12:18
Ermənistanla sərhədi keçən azərbaycanlı hərbçi ifadəsi yayıldı

13.10.2026 / 12:03
Prezident İlham Əliyev: "Laos bizim üçün dost ölkədir"

13.10.2026 / 11:59
"Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb" - Prezident

13.10.2026 / 11:49
Fələstinin erməni naziri Bakıya gəlir...

13.10.2026 / 11:48
Prezident: "Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir"

13.10.2026 / 11:45
"Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək" - Prezident İlham Əliyev

13.10.2026 / 11:39
Prezident: "Laosla siyasi əlaqələr uzun illərdir uğurla inkişaf edir"

13.10.2026 / 11:36
"Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək" - Prezident

13.10.2026 / 11:33
Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO

13.10.2026 / 11:31
Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub və sənədlər mübadilə edilib - FOTO/ YENİLƏNDİ

13.10.2026 / 11:29
Prezident İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

13.10.2026 / 11:20
Nazirlikdən pensiyaçılara ŞAD XƏBƏR...

13.10.2026 / 11:01
Prezident İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü olub - FOTO

13.10.2026 / 10:52
Britaniyanın Fairford hərbi hava bazasına hücum iddiası... 29 ölkə İrana sərt xəbərdarlıq etdi - hərəkətə keçəcəyik…

13.10.2026 / 10:43
Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub - FOTO

13.10.2026 / 10:07
NİİM-dən motosiklet və skuter sürənlərə xəbərdarlıq - bu sizə məsuliyyətdən yayınmaq hüququ vermir... VİDEO

13.10.2026 / 09:53
“Mercedes” qatarla toqquşdu - sürücü son anda qurtuldu...

13.10.2026 / 09:36
Novak Avropanı ifşa etdi – sanksiyalar hara, 320 milyardlıq ticarət hara…

13.10.2026 / 09:23
Ukrayna ilk dəfə Rusiyanı öz ballistik raketi ilə vurdu…

13.10.2026 / 09:11
“44” bədii filmi ilə bağlı mətbuat konfransı keçirildi

13.10.2026 / 06:42
Finlandiya XİN-dən Aİ ölkələrinə çağırış - “ruslara vizaları dayandırın…”

12.10.2026 / 23:06
Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin səfəri barədə videoçarx paylaşılıb VİDEO

12.10.2026 / 22:30
İrəlini keçmişin gözü ilə görməyənlərə TARİX DƏRSİ, Azərbaycanın rayonlarında 5 türk kəşfiyyatçı zabiti, Çillərin uğursuz oyunu... Aydın QULİYEV yazır...

12.10.2026 / 22:12
Afrika ölkələri Putinin Ukrayna müharibəsinin sirrini faş etdilər...

12.10.2026 / 21:42
Qərb Rusiyanin nəqliyyat və logistika maraqlarına Ermənistanın əli ilə yeni zərbələr vurur...

12.10.2026 / 21:27
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin edildi

12.10.2026 / 21:20
ABŞ Konqresində seçkinin ilk günündə Trampa impiçment elan olunacaq...

12.10.2026 / 21:12
İranın Gürcüstandakı səfirini it qapıb…

12.10.2026 / 21:06
Ukrayna Putin və Trampın dizel razılaşmasına qurban edilir

12.10.2026 / 21:01
Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirildi...

12.10.2026 / 20:52
Xəzərlə bağlı problem bütün Avrasiyanı silkələyir

12.10.2026 / 20:44
Masazırda dörd avtomobili yandıran şəxslər yaxalandı...

12.10.2026 / 20:34
İki böyük marşrutla Azərbaycanın üstündən 30 milyon ton yük keçəcək...

12.10.2026 / 20:17
Azərbaycan MDB-də iki illik vəzifə aldı - təşkilata 2-ci nəfəsi verə bilərik?...

12.10.2026 / 19:50
Əliyev Xəzərin dayazlaşmasına qarşı 3 əsaslı dayaq göstərdi - hüquqi baza, elmi potensial və...

12.10.2026 / 19:42
Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırdı

12.10.2026 / 19:32
İrandan Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinin yeni dalğası başladılıb...

12.10.2026 / 19:11
Hökumətdə nazir statuslu şəxslərin azı 70 faizi YAP üzvü deyil - İşin xeyrinədir?

12.10.2026 / 18:14
“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirildi - FOTO/VİDEO

12.10.2026 / 17:54
“RİA Novosti” Rusiya üçün qorxunc hesabat işlədi - dəmiryolunu Paşinyana güzəşt etmək bölgədən çıxmaqdır...

12.10.2026 / 17:38
Ukraynalılar Trampın yaxınları ilə Mayami danışıqlarını vaxtından əvvəl tərk etdilər...

12.10.2026 / 17:06
Bismillah adlı şəxs - “Təkböyrəklilər ölkəsində baş verən dəhşət" ...

12.10.2026 / 16:50
Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib - FOTO

12.10.2026 / 16:29
Kallas Trampın Rusiya ilə dizel anlaşmasına çox aqressiv cavab verdi...

12.10.2026 / 16:20
Laos Prezidenti Bakıya gəldi - FOTO

12.10.2026 / 16:17
"Xaricdən gələn ideoloji təhdidlərin neytrallaşdırılması günümüzün əsas tələbidir" - Vüqar Rəhimzadə

12.10.2026 / 16:04
Bakıda məktəb direktorunun avtomobili yandırıldı

12.10.2026 / 15:46
Ərdoğanın və Baxçalının deputatları əmlakların araşdırılması qanununa imkan vermədilər...

12.10.2026 / 15:43
ABŞ və İsrail İrana qarşı müharibənin növbəti mərhələsinə start verir...

12.10.2026 / 15:28
Azərbaycanın ilk addımı məscidlərin bərpası oldu

12.10.2026 / 15:23
Qəzənfər Paşayev: “Vahid məktəbli formasının olması çox böyük xoşbəxlikdir”

12.10.2026 / 15:19
Bir qrup tələbəyə Prezident təqaüdü veriləcək - SİYAHI

12.10.2026 / 15:16
Azərbaycanla İordaniya arasında vizasız gediş-gəliş təsdiqləndi

12.10.2026 / 14:59
Ceyran Mahmudova:"Hər bir şagirdin eyni geyim qaydalarına riayət etməsi məktəb kollektivinə mənsubiyyət hissini gücləndirir..."

12.10.2026 / 14:45
Paşinyan Cermuk və Sisyanı Amulsar qızılına bükməyə hazırlaşır...

12.10.2026 / 14:17
MŞ-nın komissiya sədri Avropa Müstəqil Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib - FOTO

12.10.2026 / 13:50
Prezident İlham Əliyev və Mehriban Əliyevanın adından Kambocanın Baş naziri və Birinci xanımının şərəfinə rəsmi nahar verilib - FOTO

12.10.2026 / 13:23
Məhəmməd Füzuli yaradıcılığında memarlıq motivləri və cizgiləri

12.10.2026 / 13:15
Bu şəxslər üçün bankdan kredit götürmək çətinləşir - yeni qaydalar açıqlandı...

12.10.2026 / 13:03
İctimai qaydanı kobud şəkildə pozan 37 nəfər həbs edildi... - VİDEO

12.10.2026 / 12:57
Mənsum İbrahimov:"Son günlər müzakirə olunan geyim normaları ilə bağlı qərara diqqət yetirdikdə..."

12.10.2026 / 12:55
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər

12.10.2026 / 12:04
"Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır" - Prezident

12.10.2026 / 11:53
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - Mərkəzi Bankdan YENİ QƏRAR...

12.10.2026 / 11:49
Prezident: "Kamboca ilə siyasi münasibətlərimiz güclüdür"

12.10.2026 / 11:44
"Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik" - Prezident İlham Əliyev

12.10.2026 / 11:43
Prezident: "Azərbaycan və Kamboca ikitərəfli ticarətin inkişafına yönəlmiş işçi qrupu yaratmaq barədə razılığa gəliblər"

12.10.2026 / 11:35
"Azərbaycan və Kamboca əlaqələri intensivləşdirmək barədə razılığa gəliblər" - Prezident

12.10.2026 / 11:34
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:33
Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan-Kamboca sənədləri mübadilə olunub - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:31
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - FOTO/YENİLƏNDİ

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ