Bazar ertəsi günü, 12 oktyabr 2026
     

ABŞ və İsrail İrana qarşı müharibənin növbəti mərhələsinə start verir...

Image


ABŞ-İran cəbhəsində müşahidə olunan nisbi sakitliyin tezliklə öz yerini yenidən silah səslərinə verməsi gözlənilir. Məlumatlar həm ABŞ-nin, həm İsrailin, həm də İranın yeni hərbi əməliyyatlara aktiv şəkildə hazırlaşdıqlarını göstərir. Düzdür, ABŞ prezidenti Donald Tramp ABŞ-də gələn ay baş tutacaq aralıq seçkilərinə qədər İrana hansısa hücum olmayacağını bildirib. Amma reallıqda baş verənlər, həmçinin sızdırılan məlumatlar tamam fərqli mənzərəni üzə çıxarır. Həm də Trampın bu gün bir qərar verib, ertəsi gün tamam başqa addımlar atması ilə bağlı misalların sayı da kifayət qədərdir. Bunlara paralel şəkildə artıq ABŞ-dən Təl-Əvivə də İrana qarşı bu ay ərzində yeni şiddətli hücum dalğasının başlanacağı, İsrailin burada rolu barədə təlimatlar gəlib. Şübhəsiz ki, İran ətrafında onsuz da gərgin vəziyyət yeni hərbi əməliyyatların başlaması ilə bir qədər də kəskinləşəcək.

Donald Trampın İranla münaqişənin aktiv fazaya qayıtması perspektivləri ilə bağlı qeyri-müəyyən açıqlamaları fonunda elə onun göstərişi ilə Pentaqon sözügedən ölkəyə qarşı yeni tammiqyaslı hərbi əməliyyatların bərpası üçün yeni hazırlıqlara başlayıb. “The New York Times” qəzetinin adları çəkilməyən ABŞ rəsmilərinə istinadən verdiyi məlumata görə, ABŞ Hərbi Dəniz Qüvvələrinin üç təyyarədaşıyan gəmisi Yaxın Şərqə doğru yola düşüb. Nəşr bildirir ki, Trampın göstərişi ilə ABŞ ordusu İranın dron və raket arsenallarına, enerji obyektlərinə və digər hərbi hədəflərinə zərbə endirmək planları hazırlayır. Əməliyyatın təxminən üç gün davam edəcəyi deyilir. Mümkün hədəflər arasında İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandanlıq mərkəzləri və qərargahları da qeyd olunur. “Axios” nəşri də yazır ki, Pentaqon ABŞ Mərkəzi Komandanlığına İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların yenidən başlaması üçün hazırlıqları başa çatdırmağı tapşırıb. Paralel şəkildə ABŞ İsrailin də İrana qarşı yeni əməliyyatlara hazırlıq görməsini istəyib. Hadisələrin bu səpkidə inkişafından İran da xəbərdardır və Tehran artıq cavab olaraq zərbə endirəcəyi hədəflərin siyahısını nəzərdən keçirir. Kanada Kral Hərbi Kollecinin eksperti Pyer Pəhləvi qeyd edir: “İran ənənəvi olaraq ABŞ ilə rəqabət apara bilmir. Ona görə də asimmetrik vasitələrə - raketlərə, dronlara, proksilərə, dənizdə baş verən hadisələrə müdaxiləyə, qeyri-müəyyənliyə və daimi eskalasiya təhlükəsinə güvənir. Bu dəfə də belə olacaq. Yeni eskalasiyadan daha çox İranın zərbələrinə tuş gələcək region ölkələri təsirlənəcək”. Amerika və İsrail mənbələri etiraf edirlər ki, İrana yeni zərbələr ABŞ-dakı ara seçkilərindən əvvəl və hətta İsrail seçkilərindən öncə baş verəcək. İsrailin “Channel 12” kanalının məlumatına əsasən, ABŞ-ın yüksək vəzifəli hərbi rəsmiləri İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamirə Ağ Ev və Pentaqonun onlara növbəti üç həftə ərzində İrana qarşı böyük bir hücuma hazırlaşmaq barədə göstəriş verdiyini bildiriblər. ABŞ administrasiyasının yüksək vəzifəli rəsmisi vurğulayıb ki, Zamir amerikalı həmkarlarını belə bir hücumun 27 oktyabra planlaşdırılan İsrail seçkilərinin təxirə salınmasına səbəb ola biləcəyi barədə xəbərdar edib. Amma hətta seçkilərin təxirə salınması bahasına da, İsrailin İranla yeni savaşa hazır olması tapşırılıb. Amerika planına görə, İsrail Müdafiə Qüvvələri hücumlarda iştirak etməlidir. Rusiyalı amerikaşünas ekspert Dmitri Drobnitski qeyd edir: “ABŞ İranda qarşısına qoyduğu məqsədə hələ çatmadığı üçün hərbi əməliyyatları, iqtisadi təzyiqləri davam etdirəcək. Amerika cəmiyyətindən dəstək ala bilmək üçün bu günlərdə ABŞ prezidenti Donald Tramp İranla müharibə şəraitində Los-Anceles və San-Dieqo şəhərlərinin məhv olma riski ilə üzləşə biləcəyindən danışdı. Belə bir açıqlama Amerikanın ABŞ torpaqlarında müharibə qorxusuna uyğundur. Bu hal hazırda amerikalıları İranla populyar olmayan münaqişəni davam etdirməyin vacibliyinə inandırmaq üçün istifadə olunur”.

ABŞ-ın İsrailin dəstəyi ilə yenidən İrana qarşı aktiv hərbi əməliyyatlara başlamaq niyyəti və vurulacaq hədəfləri müəyyən etməsi konkret səbəblərlə bağlıdır. Əvvəla, ölkə ABŞ ilə hərbi qarşıdurmanın yaratdığı misli görünməmiş iqtisadi və sosial problemlərlə üzləşib. Vaşinqtonun dəniz blokadası və genişləndirilmiş sanksiyaları dövlət büdcəsinin əsas gəlir mənbəyi olan neft ixracını dayandırıb. Ölkə sürətlə artan yanacaq böhranı ilə üzləşir, idxal malları durmadan bahalaşır və milli valyuta tarixi çöküş yaşayır. İran aviaşirkətləri ilə bağlı yeni sanksiyalar xarici dünya ilə əlaqələri daha da pisləşdirib. İdarəetmə böhranı və inflyasiya adi vətəndaşlara birbaşa təsir göstərib. Dövlət və özəl sektor işçiləri sosial mediada kütləvi şəkildə istefa ərizələri yazırlar. Səhiyyə işçiləri və müəllimlər açıq şəkildə maaşlarının artıq əsas yaşayış xərclərini ödəmədiyini bəyan edirlər. Narazılıq pensiyaçılar arasında da yayılır və onlar pensiya müavinətlərinin müntəzəm gecikmələrinə və natamam ödənilməsinə etiraz olaraq küçələrə çıxırlar. Bu şəraitdə İrana, xüsusən də iqtisadiyyat üçün vacib obyektlərə zərbələr İranda sosial vəziyyəti və hakimiyyətdən narazılığı daha da ağırlaşdıracaq ki, ABŞ-nin də istədiyi budur. Amma İran rəsmiləri bu planın işləməyəcəyini bildirir. İranın iqtisadiyyat və maliyyə naziri Seyid Əli Mədənizadə bildirir: “İrana qarşı hibrid müharibə aparılır. Bu müharibədə bir sıra düşmən dövlətlər son zamanlar təkcə hərbi və kiberhücumlar deyil, həm də iqtisadi əməliyyatlar həyata keçirirlər. Həmin ölkələr təkcə İranın hərbi təhlükəsizliyinə deyil, həm də əhalinin həyat şəraitinə və milli iqtisadiyyata zərər vurmağa çalışırlar. Amma düşmənlər İran iqtisadiyyatının çökməsi ilə bağlı xəyallarını məzara aparacaqlar”.

Tehran rəsmilərinin nikbin açıqlamalarına baxmayaraq, İran cəmiyyətində sosial gərginlik hakimiyyətin uzun sürən münaqişənin nəticələrinin öhdəsindən gələ bilməməsi fonunda kritik həddə çatır. Bu da sonda ABŞ-nin çoxdan istədiyi İrandakı etiraz aksiyalarını yenidən alovlandıra bilər.

Samirə SƏFƏROVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

12.10.2026 / 16:29
Kallas Trampın Rusiya ilə dizel anlaşmasına çox aqressiv cavab verdi...

12.10.2026 / 16:17
"Xaricdən gələn ideoloji təhdidlərin neytrallaşdırılması günümüzün əsas tələbidir" - Vüqar Rəhimzadə

12.10.2026 / 15:46
Ərdoğanın və Baxçalının deputatları əmlakların araşdırılması qanununa imkan vermədilər...

12.10.2026 / 15:43
ABŞ və İsrail İrana qarşı müharibənin növbəti mərhələsinə start verir...

12.10.2026 / 15:28
Azərbaycanın ilk addımı məscidlərin bərpası oldu

12.10.2026 / 15:23
Qəzənfər Paşayev: “Vahid məktəbli formasının olması çox böyük xoşbəxlikdir”

12.10.2026 / 14:59
Ceyran Mahmudova:"Hər bir şagirdin eyni geyim qaydalarına riayət etməsi məktəb kollektivinə mənsubiyyət hissini gücləndirir..."

12.10.2026 / 14:45
Paşinyan Cermuk və Sisyanı Amulsar qızılına bükməyə hazırlaşır...

12.10.2026 / 13:23
Məhəmməd Füzuli yaradıcılığında memarlıq motivləri və cizgiləri

12.10.2026 / 13:15
Bu şəxslər üçün bankdan kredit götürmək çətinləşir - yeni qaydalar açıqlandı...

12.10.2026 / 13:03
İctimai qaydanı kobud şəkildə pozan 37 nəfər həbs edildi...

12.10.2026 / 12:57
Mənsum İbrahimov:"Son günlər müzakirə olunan geyim normaları ilə bağlı qərara diqqət yetirdikdə..."

12.10.2026 / 12:55
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər

12.10.2026 / 12:04
"Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır" - Prezident

12.10.2026 / 11:53
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - Mərkəzi Bankdan YENİ QƏRAR...

12.10.2026 / 11:49
Prezident: "Kamboca ilə siyasi münasibətlərimiz güclüdür"

12.10.2026 / 11:44
"Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik" - Prezident İlham Əliyev

12.10.2026 / 11:43
Prezident: "Azərbaycan və Kamboca ikitərəfli ticarətin inkişafına yönəlmiş işçi qrupu yaratmaq barədə razılığa gəliblər"

12.10.2026 / 11:35
"Azərbaycan və Kamboca əlaqələri intensivləşdirmək barədə razılığa gəliblər" - Prezident

12.10.2026 / 11:34
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər - FOTO

12.10.2026 / 11:33
Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan-Kamboca sənədləri mübadilə olunub - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:31
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - FOTO

12.10.2026 / 11:25
"Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır" - Prezident

12.10.2026 / 11:22
Prezident: "Süni intellektin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir"

12.10.2026 / 11:20
"Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib" - Prezident

12.10.2026 / 11:19
Prezident TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin 2-ci Görüşünün iştirakçılarına müraciət etdi

12.10.2026 / 11:18
Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin ikinci görüşü keçirilir

12.10.2026 / 11:05
Prezident İlham Əliyev İspaniyanın Kralına məktub ünvanlayıb

12.10.2026 / 11:02
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

12.10.2026 / 10:57
Trampın yeni atəşkəs təklifi daha çox Moskvanın işinə yarayacaq - Ukraynanın yalnız bir neft zavodu var, Rusiyanın isə…

12.10.2026 / 10:54
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub - FOTO

12.10.2026 / 10:38
İranın daxili işlər naziri Azərbaycana niyə gəlib...

12.10.2026 / 10:21
Xəzər rayonunda dörd vəzifəli şəxs cəzalandırıldı...

12.10.2026 / 10:09
Bakıda Kamboca Krallığının Baş nazirinin rəsmi qarşılanma mərasimi olub - FOTO

12.10.2026 / 09:50
"Dini hisslərdən siyasi məqsədlər üçün istifadə yolverilməzdir" - Təhsil Şurası

12.10.2026 / 09:45
Trampın xüsusi elçiləri Rusiya səfərini buna görə təxirə saldı…

12.10.2026 / 09:20
Börnemdən 2016 “Brexit” seçkiləri barədə şok iddia - “Rusiya müdaxiləsi olub…”

12.10.2026 / 09:20
Səudiyyə husilərlə müharibədə Qərb müttəfiqlərindən gözlədiyi dəstəyi ala bilmir - Ər-Riyad məyus olub…

12.10.2026 / 09:08
AIIB Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması zavodu üçün 45 milyon dollar ayırıb

11.10.2026 / 20:09
Bessent dizel razılaşmasına qarşı çıxan Avropanı ifşa etdi - Rusiyaya Ukraynaya köçürdüklərindən daha çox pul ödəyirlər…

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ