ABŞ prezidenti Donald Trampla jurnalistlər arasında söhbət zamanı jurnalistlərdən biri ona Ukrayna prezidenti Zelenskinin onu zəif adlandırdığını deyib. Belə ki, bir jurnalist Trampa bildirib ki, Zelenski onu ABŞ-ın Rusiya ilə dizel yanacağı ilə bağlı razılaşmasını zəiflik adlandırıb.
Tramp isə jurnalistə "Bunu kim deyir?" deyə soruşub.
Müxbirin " Zelenski " cavabından sonra ABŞ prezidenti " OK" deyib və başqa bir jurnalistə işarə edərək "Davam et" deyib.
Trampla jurnalistlərlə bu görüşdən sonra bildirib ki, Ukraynanın Rusiya ilə razılığa gələ biləcək yeni prezidentə ehtiyacı var: "Düşünürəm ki, Ukraynanın yeni prezidentə ehtiyacı var... Mən təklif edirəm ki, onlar razılığa gələ biləcək yeni bir lider seçsinlər, çünki o, bir çox razılaşmalar əldə edə bilərdi və nədənsə heç vaxt bunu etmədi".
Tramp iddia edib ki, prezident Zelenski müharibəni dəfələrlə bitirə bilərdi, amma o bunu etməyib.
"Biz dedik ki, 'Rusiyaya nə istəyirsən et, amma neft emalı zavodlarına zərbə vurma', çünki bu, dünya üçün bir problemidir. O, dünya üçün problem yaratmaq istəyir ", - deyə Tramp Zelenski haqqında bildirib.
O, həmçinin Ukrayna prezidentini neft emalı zavodlarını hücum etməklə ABŞ fermerlərinə dizel təchizatını pozmaqda günahlandırıb və bildirib ki, Rusiya dünyanın dizel yanacağının böyük hissəsini təmin edir və Zelenski bunu dayandırmalıdır.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp 9 oktyabrda Putinlə telefonla danışdığını və Rusiyanın ABŞ-a milyonlarla ton dizel yanacağı tədarük edəcəyi barədə razılığa gəldiyini bildirib. ABŞ prezidenti ilə söhbətindən sonra Putin Rusiyanın ABŞ və qlobal bazarlara neft məhsulları tədarük etməyə hazır olduğunu təsdiqləyib. O, həmçinin iki ölkə arasında gələcək əməkdaşlığa ümid etdiyini bildirib.
Zelenski isə Trampın hərəkətlərini sərt tənqid edərək, sanksiyaların yumşaldılmasını "tamamilə dəhşətli" bir addım adlandırıb. O, Putinə bu ad günü hədiyyəsinin müharibəni davam etdirmək üçün ona milyardlarla dollar əlavə qazanc verəcəyini vurğulayıb və hazırkı vəziyyətin ABŞ-ın zəifliyini nümayiş etdirdiyini bildirib.
Tahir TAĞIYEV