Dünyaşöhrətli “Most Traveled People” (MTP) klubunun təsisçisi Charles Veleyin başçılığı ilə Qarabağ və Şərqi Zəngəzura səfər edən beynəlxalq səyyahların səfərinin növbəti ünvanı Zəngilan olub.
Zəngilan səfəri zamanı səyyahlar Horadiz-Ağbənd avtomobil yolu və dəmir yolunda gedən işlərlə tanış olublar.
Qeyd edək ki, budəfəki heyətə 13 ölkədən (ABŞ, Kanada, Fransa, Almaniya, İsveçrə, Britaniya və s.) təxminən 40 nəfər daxildir, səfər proqramında Azərbaycanın qədim tarixini, böyük keçmişini özündə əks etdirən alban məbədlərinin ziyarəti də var. Bu, dünyanın əsas səyyah klublarının 2021-2026-cı illərdə Qarabağ və Şərqi Zəngəzura qrup şəklində 17-ci səfəridir.
ZÜMRÜD