ABŞ Nümayəndələr Palatasının hər iki partiyadan olan iyirmi üzvü Prezident Donald Trampı Rusiya Prezidenti Vladimir Putini 14–15 dekabr 2026-cı il tarixlərində Mayamidə keçirilməsi planlaşdırılan G20 sammitinə dəvət etməməyə çağırıb. Qanunvericilər 19 noyabr tarixli müraciətlərində buna səbəb kimi Rusiyanın Ukrayna ilə münaqişəsini və Moskvanın Tehranla əlaqələrini göstəriblər. Konqres üzvləri, xüsusilə, Rusiyanın İran İslam Respublikasına kəşfiyyat məlumatları və peyk görüntüləri ötürdüyünə dair xəbərlərdən narahatlıqlarını ifadə ediblər; bu məlumatların İran hərbçiləri tərəfindən Yaxın Şərqdəki ABŞ qüvvələrinə qarşı zərbələr endirmək üçün istifadə edilmiş ola biləcəyi ehtimal olunur. Moskva bu iddiaları təkzib edir. SAMİRƏ