Yaxın Şərq ABŞ və İran arasında münasibətlərin yenidən gərginləşməsinə tab gətirə bilməz. Bunu Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Al Tani “Al Jazeera” telekanalına müsahibəsində bildirib.
“Yaxın Şərq ABŞ və İran arasında gərginliyin yeni mərhələsinə tab gətirməyəcək”, – deyə o vurğulayıb.
Qətərin baş naziri Dohanın danışıqlar prosesini bərpa etmək məqsədilə hər iki tərəflə təmasda olduğunu da qeyd edib.
Tahir TAĞIYEV