Noyabrın 23-də NATO-nun qərargahında NATO Şurasının fövqəladə iclası keçiriləcək. Polşanın müdafiə naziri Vladislav Kosiniak-Kamış bunu 10-cu sessiyada açıqlayaraq, iclasda Polşaya düşən raketlərlə bağlı son hadisənin müzakirə olunacağını bildirib. Hadisə cümə səhəri iki raket və bir pilotsuz təyyarənin Polşanın hava məkanını pozması ilə baş verib. Obyektlər iki şərq voyevodluğuna: Rudnik nad Sanom (Podkarpatski voyevodluğu) və Novi Lipovets (Lyublin voyevodluğu) düşüb. Pilotsuz təyyarə Molodyç kəndində aşkar edilib.
Polşa hakimiyyəti bildirir ki, həm pilotsuz təyyarə, həm də raketlər Rusiyaya məxsusdur. Raket və PUA-nın qəzaya uğraması nəticəsində heç bir itki qeydə alınmayıb. Polşanın Baş naziri Donald Tusk hadisə barədə NATO rəhbərliyini məlumatlandırıb və alyansdan həmrəylik zəmanəti alıb.
"Bild" qəzeti daha əvvəl Varşavanın Şimali Atlantika Müqaviləsinin 4-cü maddəsini aktivləşdirməyi düşündüyünü bildirmişdi. Bu mexanizm blokun bütün üzvləri ilə rəsmi məsləhətləşmələr aparmağa imkan verir. Lakin mənbələrə görə, Berlin tez-tez istifadə olunması səbəbindən sənədin dəyərdən düşməsindən ehtiyat edərək belə bir addıma qarşı çıxıb.
İradə SARIYEVA