Danimarka Rusiyanın Kopenhagendəki hərbi attaşesini ölkədən çıxarmaq qərarına gəlib. Bununla yanaşı, rəsmi Kopenhagen Rusiya vətəndaşlarına Şengen vizalarının verilməsinin dayandırılması imkanını da nəzərdən keçirir. Bu barədə Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen açıqlama verib.
“France 24” telekanalının məlumatına görə, nazir bildirib ki, Rusiya Ukraynalı repçiyə qarşı sui-qəsd cəhdində iştirakda şübhəli bilindiyinə görə belə bir addım atılıb.
Rasmussen qeyd edib ki, Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və ona Rusiya hərbi attaşesinin yeddi gün ərzində Danimarkanı tərk etməli olduğu barədə hökumətin qərarı çatdırılıb.
Danimarka XİN rəhbəri, həmçinin Rusiya vətəndaşları üçün Şengen vizalarının verilməsinin müvəqqəti dayandırılması ehtimalının da müzakirə olunduğunu bildirib.
Tahir TAĞIYEV