Fransanın BFMTV televiziya kanalının məlumatına görə, Fransanın sağçı Milli Mitinq (RN) partiyasının Parisdəki qərargahında axtarış aparılıb. İstintaq 9 noyabrda Paris prokurorluğu tərəfindən iyulun sonlarında başlanan məhkəmə araşdırmasının bir hissəsi olaraq aparılıb.
Kanalın məlumatına görə, istintaq Fransa Daxili İşlər Nazirliyindən məxfi məlumatların sızması ilə bağlıdır. İş "peşə sirrinin pozulması", "istintaq sirlərinin açıqlanması və bu pozuntuların gizlədilməsi" maddələri ilə araşdırılır.
BFMTV iddia edir ki, şübhəlilər arasında partiyaya məxfi məlumatlar ötürən Daxili İşlər Nazirliyinin əməkdaşı da var.
Müstəntiqlər həmçinin qeyd ediblər ki, Paris prokurorunun müavini axtarış zamanı RN-nin qərargahında olub. Televiziya kanalının məlumatına görə, o, iştirakını şəxsi səfər kimi izah edib və partiyanın ofisinə qəhvə içmək üçün getdiyini bildirib. Paris prokurorluğu onun səfərinin istintaqla əlaqəli olmadığını vurğulayıb.
İyul ayında Milli Mitinq lideri Marin Le Pen 2027-ci il seçkilərində Fransa prezidentliyinə namizədliyini irəli sürmək niyyətində olduğunu açıqladı. Le Pen daha sonra Fransada siyasi dövrünün bitdiyini elan etdi və ölkəyə "yenidən doğuş" vəd etdi. O, keçmiş partiyaları "son alovunu yandıran" və "kül yığınının üzərində fırlanan" kimi təsvir etdi.
Xatırladaq ki, oktyabrın sonlarında hüquq-mühafizə orqanlarının əməkdaşları sağçı Avropa Parlamentinin deputatlarının ofislərində axtarış apardılar. Axtarışlar Avropa Komissiyasının 23 Brüssel binasını Belçika suveren sərvət fondu SFPIM-ə 900 milyon avroya satması ilə əlaqədardır.
İradə SARIYEVA