Çin Sədri Si Cinpin ABŞ Prezidenti Donald Trampla görüşündə Vaşinqtonun Tayvan məsələsində düzgün mövqe tutmasının vacibliyini vurğulayıb.
Çin Mərkəzi Televiziyasının məlumatına görə, Si Cinpin ABŞ-ı Pekinlə münasibətlərdə ciddi problemlərin yaranmasına yol verməməyə çağırıb.
Çin lideri bildirib ki, Tayvan məsələsində ABŞ düzgün davranmalı və iki ölkə arasında münasibətləri mürəkkəbləşdirə biləcək addımlardan çəkinməlidir.
Öz növbəsində, Donald Tramp görüş zamanı ABŞ-ın Tayvanın müstəqilliyini dəstəkləmədiyini bəyan edib.
Qeyd edək ki, görüş Şencen şəhərində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində baş tutub.
Tahir TAĞIYEV