Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan gələn ay Azərbaycana səfər etməyi planlaşdırır.
Ermənistan mediasının məlumatına görə, Qriqoryan bu barədə jurnalistlərə açıqlamasında bildirib. O, səfərin Bakı şəhərinə deyil, Azərbaycanın başqa bir məntəqəsinə olacağını qeyd edib.
Qriqoryan bildirib ki, səfər zamanı texniki məsələlərin və iki ölkə arasında əməkdaşlığın mümkün istiqamətlərinin müzakirəsi nəzərdə tutulur.
O, səfərin Hikmət Hacıyevin Ermənistana əvvəlki səfəri ilə qarşılıqlı xarakter daşıdığını vurğulayıb.
Xatırladaq ki, bu ilin iyununda Ermənistanın Dilican şəhərində Armen Qriqoryanla Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev arasında görüş keçirilib.
Tahir TAĞIYEV