Cümə axşamı günü, 19 noyabr 2026
     

Məmurlar Prezidentin qərarından sui-istifadəni davam etdirirlər...

Image


Bəhruz Quliyev: “Təklifim budur ki, Hesablama Palatası, Maliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi və müvafiq satınalma qurumları bu istiqamətdə konkret araşdırma aparsınlar”

Prezident İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda Azərbaycanda yerli istehsalın, o cümlədən mebel istehsalının inkişaf etdiyini bildirmişdi.

Prezident Əliyev 27 yanvar 2016-cı ildə, yəni 10 il bundan əvvəl keçirdiyi konfransda məmurların yerli mallara üstünlük verməli olması baradə açıq göstəriş vermişdi.

Prezident İlham Əliyev bildirirdi: “Ancaq bizim dövlət idarələrində yerli mebeldən istifadə edirlərmi? Yox. Hər bir kiçik məmur istəyir ki, onun kabinetində xarici mebel olsun. Nə üçün? Bu, nə ədabazlıqdır. Bizdə gözəl mebel istehsal olunur. Təkcə bu, “Embawood” şirkəti deyil. Bizdə bəlkə də mebel istehsal edən onlarla şirkət var. Amma di gəl ki, bizim yüksək və kiçik vəzifəli dövlət məmurlarımız onu bəyənmirlər. Özü də onun keyfiyyəti heç bir başqa mebeldən fərqlənmir. Amma deyir ki, yox, bu, Azərbaycan malıdır, mən bunu özümə rəva bilmirəm. Mənim üçün gərək İtaliya, Rumıniya mebeli olsun. Buna son qoyulmalıdır! Bütün dövlət məmurlarının kabinetlərində bundan sonra yerli mebellər olmalıdır. Bütün təftiş edən orqanlar - Hesablama Palatası, Maliyyə Nazirliyi və digər orqanlar nəzarət etməlidirlər”.

Prezident məmurlardan bu yanaşmaya son qoyulmalarını tələb edirdi. Prezident tələb edirdi ki, dövlət qurumları digər mal-materialların və avadanlıqların satın alınması zamanı da yerli istehsala üstünlük verməlidirlər.

Burada əsas məsələ o idi ki, dövlətin pulu ölkənin daxilində dövr etməli, yerli istehsalçı dəstəklənməli, milli iqtisadiyyat güclənməlidir. Azərbaycan istehsalı olan məhsul keyfiyyət baxımından tələb olunan standartlara cavab verirsə, ona üstünlük verilməsi artıq seçim deyil, dövlət satınalmalarında əsas iqtisadi prioritetlərdən biri olmalıdır.

Prezident vaxtilə məmurların kabinetlərində yerli mebellərdən istifadə məsələsini önə çəkmişdi, bu məsələni qaldırmışdı və onun icrası ilə başqaları məşğul olmalı idi, Prezident məşğul olası deyildi ki. Buna nə dərəcədə əməl olundu? Hansı orta, iri məmurun kabinetində Azərbaycanda istehsal olunan mebel var? Yaxud da Prezidentin bu sözlərindən sonra xarici mebellərə Azərbaycandan nə qədər pul xərclənib? Bunu bir hesablayan varmı? Söhbət şirkətlər vasitəsilə məmurların idxal etdikləri mebellərdən gedir ki, onlara nə qədər pul xərclənib?

Prezidentin bu gün də öz aktuallığını qoruyan bu tələbindən sonra bu istiqamətdə görülən işləri həm mətbuat üzərindən araşdırdıq, həm də ekspert rəyi öyrəndik.

Prezident İlham Əliyev 2016-cı ilin yanvar ayında keçirilən konfransda dövlət məmurlarının kabinetlərində yalnız yerli mebellərdən istifadə edilməsi barədə qəti tapşırıq vermiş və bu məsələyə Hesablama Palatası ilə Maliyyə Nazirliyinin nəzarət etməsini bildirmişdi. Bu çağırışdan sonra dövlət satınalmalarında yerli istehsalçılara üstünlük verilməsi istiqamətində müəyyən addımlar atılsa da, məmurların kabinetləri üçün xaricdən mebel idxalına ayrılan vəsaitin dəqiq həcmini əks etdirən vahid rəsmi hesabat mövcud deyil.

Tapşırığın icra vəziyyəti və nəzarət mexanizmləri:

Dövlət satınalmaları haqqında qanunvericilikdə yerli istehsal olunan mallara müəyyən güzəştlər tətbiq edilir. Lakin tender elanlarında texniki şərtlər bəzən elə tərtib olunur ki, yerli istehsalçıların həmin parametrlərə cavab verməsi çətinləşir.

Tapşırıqdan sonrakı illərdə bir sıra dövlət qurumları rəsmi satınalmalar vasitəsilə Embawood, "Saloğlu" və digər yerli fabriklərdən ofis mebelləri almağa başlayıb. Xüsusilə orta səviyyəli idarələrdə, ASAN xidmət mərkəzlərində və yeni istifadəyə verilən regional inzibati binalarda yerli mebellərdən istifadə halları artıb.

Yüksək vəzifəli məmurların kabinetlərində hansı istehsalçıya məxsus mebellərin quraşdırılması barədə ictimaiyyətə açıq reyestr və ya inventar siyahısı yayımlanmır. Araşdırmaçı jurnalistlərin və yerli medianın vaxtaşırı dərc etdiyi materiallarda bəzi qurumların rəhbər heyəti üçün yenə də bahalı İtaliya, Türkiyə və Rumıniya mebellərinin alındığı deyilir.

Xaricdən mebel idxalı və xərclənən vəsaitlərə gəlincə, ümumi idxal statistikasına baxaq. Dövlət Gömrük Komitəsinin məlumatlarına görə, Azərbaycana hər il orta hesabla 100-140 milyon ABŞ dolları dəyərində mebel və onun hissələri idxal edilir. Məsələn, 2025-ci ilin ilk 9 ayında bu rəqəm 112,92 milyon dollar təşkil edib, 2026-cı ilin müvafiq dövründə isə təxminən 25 milyon dollar azalıb.

Məmurların payını hesablamaq çətinliyi. Gömrük statistikasında idxal olunan mebellərin son istehlakçısının kim olduğu (fərdi vətəndaş, özəl otel, yoxsa dövlət qurumu) ayrılmır. Dövlət qurumları mebeli birbaşa özləri idxal etmir, yerli vasitəçi şirkətlərin elan etdiyi tenderlər yolu ilə alırlar.

Şirkətlər vasitəsilə xərclənən vəsaitlər. Dövlət satınalmalarının vahid internet portalı olan etender.gov.az üzərindən hər il milyonlarla manatlıq "mebel və avadanlıqların satın alınması" tenderləri keçirilir. Müstəqil iqtisadçılar və media qurumları ayrı-ayrı iri tenderləri araşdırsalar da, 2016-cı ildən bu günə qədər bütün dövlət qurumlarının vasitəçi şirkətlər üzərindən xaricdən gətizdirdiyi mebellərin ümumi məbləğini toplayan vahid rəsmi və ya qeyri-rəsmi hesablama aparılmayıb.

Bu mətbuat üzərindən apardığımız araşdırmanın nəticəsidir.

"2016-cı il yanvarın 27-də Prezident İlham Əliyev regionların sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş müşavirədə çox mühüm bir məsələyə toxunmuşdu. Dövlət başçısı açıq şəkildə bildirmişdi ki, Azərbaycanda keyfiyyətli mebel istehsal edən müəssisələr olduğu halda, yüksək vəzifəli məmurlar öz kabinetləri üçün xarici ölkələrdə istehsal olunan mebellərə üstünlük verirlər. Prezident bu yanaşmanı tənqid edərək bütün dövlət məmurlarının kabinetlərində bundan sonra yerli mebellərin olmasını tələb etmiş, Hesablama Palatasının, Maliyyə Nazirliyinin və digər nəzarət orqanlarının bu məsələyə diqqət yetirməli olduğunu vurğulamışdı.

Aradan təxminən on il keçir. İndi haqlı olaraq sual yaranır ki, bu tapşırığın icrası hansı səviyyədə təmin olunub? Hansı nazirliyin, komitənin, dövlət qurumunun rəhbərinin kabinetində Azərbaycan istehsalı olan mebelə üstünlük verilib? Orta və yüksək vəzifəli məmurlarımız bu çağırışa nə dərəcədə əməl ediblər?

Hesab edirəm ki, bu sualların cavabı ictimaiyyət üçün açıq olmalıdır. Çünki söhbət yalnız kabinetin interyerindən, mebelin rəngindən və ya dizaynından getmir. Söhbət dövlət başçısının müəyyən etdiyi iqtisadi siyasətə münasibətdən, yerli sahibkarın müdafiəsindən, milli istehsalın stimullaşdırılmasından və dövlət vəsaitinə məsuliyyətli yanaşmadan gedir."

Bu fikirləri “Səs” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev baki-xeber.com-a deyib.

Ekspert qeyd edib ki, rəqəmlərə diqqət yetirsək bu mənzərə tam aydınlaşar. Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, 2024-cü ildə Azərbaycan xaricdən 164,4 milyon ABŞ dolları dəyərində mebel və onun hissələrini idxal edib. 2025-ci ildə isə bu göstərici 145,9 milyon dollar təşkil edib. Yəni təkcə iki il ərzində ölkəyə idxal olunan mebel və onun hissələrinin ümumi dəyəri 310 milyon dollardan çox olub.

Əlbəttə, bu rəqəmlərin hamısını dövlət qurumlarının və ya məmurların kabinetləri üçün alınmış mebellər kimi təqdim etmək doğru olmaz. Buraya əhali, özəl sektor, otellər, müəssisələr və digər istehlakçılar üçün idxal olunan məhsullar da daxildir. Ancaq bu qədər böyük idxal dövriyyəsi fonunda dövlət satınalmalarında yerli istehsala nə qədər üstünlük verildiyi ayrıca araşdırılmalıdır.

"Mənim təklifim budur ki, Hesablama Palatası, Maliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi və müvafiq satınalma qurumları bu istiqamətdə konkret araşdırma aparsınlar. 2016-cı ildən bu günədək dövlət qurumlarının mebel alışına nə qədər vəsait xərclədiyi, bu vəsaitin nə qədərinin yerli istehsalçılara, nə qədərinin xarici məhsulların alınmasına yönəldiyi ictimaiyyətə açıqlansın. Həmçinin yerli mebel istehsalçılarının dövlət satınalmalarında iştirak imkanları və onların qarşılaşdıqları problemlər araşdırılsın.

Xüsusilə, idxalçı şirkətlər vasitəsilə dövlət qurumlarına gətirilən mebellərin mənşəyi, satınalma məbləği və son alıcıları barədə şəffaf məlumat olmalıdır. Çünki idxal olunan mebelin arxasında hansı şirkətlərin dayandığını, dövlət vəsaitinin hansı istiqamətə yönəldiyini bilmədən məsələyə tam aydınlıq gətirmək mümkün deyil.

Bir daha vurğulamaq istəyirəm ki, Prezident tapşırıq verəndən sonra onun icrasına nəzarət etmək, nəticəni təmin etmək müvafiq dövlət qurumlarının vəzifəsidir. Prezident hər bir məmurun kabinetində masanın, kreslonun, dolabın hansı ölkədə istehsal olunduğunu yoxlamalı deyil ki.

Dövlət məmuru ilk növbədə öz davranışı ilə nümunə göstərməlidir. Əgər yerli istehsal keyfiyyətlidirsə, rəqabətqabiliyyətlidirsə, niyə öz ölkəmizin məhsuluna üstünlük verilməsin? Niyə Azərbaycan sahibkarının istehsal etdiyi məhsul əvəzinə milyonlarla vəsait xarici bazarlara yönəldilsin?

Bu, sadəcə mebel məsələsi deyil. Bu, dövlətçilik məsuliyyəti, iqtisadi vətənpərvərlik və Prezidentin müəyyən etdiyi siyasətə sədaqət məsələsidir. İndi əsas məsələ verilən tapşırığın kağız üzərində qalıb-qalmadığını deyil, real həyatda hansı nəticəni verdiyini ortaya qoymaqdır." - deyə, B.Quliyev əlavə edib.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

19.11.2026 / 20:50
Paşinyan Azərbaycan XİN-lə tam razılaşdı...

19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

19.11.2026 / 20:15
Aşqabad bütün istiqamətlərdə diplomatiyanı dəyişir, tək Türk birliyindən başqa - Şok səbəblər...

19.11.2026 / 19:55
Paşinyandan üsyan etdi - 1870-ci illərdən bəri... bizi türklərə düşmən etdilər...

19.11.2026 / 19:35
Sumqayıtda “Psixologiya və Şəxsi İnkişaf” forumu keçirilib - FOTO

19.11.2026 / 19:18
2023-cü ilin 1 yanvarından bu yana 220 manat məbləği dəyişməyib - niyə?

19.11.2026 / 19:02
Ermənistan Alban irsini özününküləşdirərək UNESCO-ya daxil etmək istəyir – TƏXRİBAT

19.11.2026 / 18:56
Tramp Putin və Cinpinlə görüşdə İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyini bəyan etdi...

19.11.2026 / 18:43
Putindən sərt mesajlar - Krım körpüsünə cavab, ərazi məsələsində güzəştsizlik və Qərbə xəbərdarlıq...

19.11.2026 / 18:41
ORMEŞƏNİN ŞƏRƏF DASTANI - Vətənə, qəhrəmanlığa və yaddaşa yazılan əbədi abidə

19.11.2026 / 18:28
YAP: 34 illik zəngin siyasi irs və yeni dövrün strateji hədəfləri

19.11.2026 / 18:21
Şəhid adı əbədidir...

19.11.2026 / 18:18
Ermənistanda TRIPP layihəsinin həyata keçirilməsi üçün vəsait ayırdı...

19.11.2026 / 18:13
Putin, Tramp və Si Cinpin sülh haqqında Bəyannamə qəbul etdilər

19.11.2026 / 18:01
İranın ağası və... dığası - YUNUS OĞUZ yazır

19.11.2026 / 17:57
Səməd Vurğunun böyük Vətən sevgisi

19.11.2026 / 17:41
“Deputatların “üsyankar” çıxışları idarə olunur” - İddia...

19.11.2026 / 17:10
Prezident İlham Əliyev Vyetnama səfərə edib - FOTO

19.11.2026 / 16:55
Çində tarixi görüş - Putin, Tramp və Cinpin nələri müzakirə etdi...

19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

19.11.2026 / 16:10
Almaniya Qafqazda ümidini Azərbaycana bağladı - enerjinin gücü budur bax...

19.11.2026 / 15:49
Tramp İranla bağlı təzə taktika işə salıb - "məhdud zərbələr"...

19.11.2026 / 15:18
Anna Akopyan Nikol Paşinyanı hakimiyyətdən devirir...(?)

19.11.2026 / 14:46
Qərbi Azərbaycan İcması Tom Lantos Komissiyasını qərəzli yanaşmadan əl çəkməyə çağırdı

19.11.2026 / 14:41
Bakı-İrəvan sülh prosesinin "altına bomba qoyulur" - qatil Monte Melkonyana kino çəkildi...

19.11.2026 / 14:40
Azərbaycanda ərzağa xərclənən pullar artır, lakin başadüşülən səbəblər var...

19.11.2026 / 14:26
Tramp APEC sammitində Cinpin danışarkən yatdı... - VİDEO

19.11.2026 / 14:22
Parakənd Xalkolit yaşayış yeri

19.11.2026 / 14:11
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

19.11.2026 / 13:57
Rusiyanın ABŞ-la yeni bazarlıq planları - Kalininqraddan çıxırıq, Ukraynanı NATO-ya buraxırıq...

19.11.2026 / 13:56
"Ermənistanın 200-dən çox kütləvi məzarlığın yerini açıqlamasını gözləyirik" - Hikmət Hacıyev

19.11.2026 / 13:44
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan Cənubi Qafqazda əsas logistika və energetika habıdır"

19.11.2026 / 13:42
"Heydər Əliyev Fondu Vyetnamla humanitar münasibətlərin dərinləşməsinə fəal surətdə kömək edir" - Prezident

19.11.2026 / 13:40
Prezident: "Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatında iştirakı münasibətlərin mühüm tərkib hissəsidir"

19.11.2026 / 13:37
Paşinyan yeni Konstitusiya qəbul olunmayacağı təqdirdə istefa verəcəyini bəyan etdi...

19.11.2026 / 13:34
"Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir" - Prezident

19.11.2026 / 13:32
Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib

19.11.2026 / 13:21
Cinpin Tayvanla bağlı Trampa çağırış etdi - Tramp ABŞ-ın Tayvanın müstəqilliyini dəstəkləmədiyini dedi...

19.11.2026 / 13:06
Alen Simonyan müxalifəti hədələdi – “yeni Konstitusiya qəbul edilməsə... onları darmadağın edəcəyik”

19.11.2026 / 12:47
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başladı...

19.11.2026 / 12:26
Putin və Tramp arasında görüş keçirildi...

19.11.2026 / 12:12
Xeyirxahlıq missiyası

19.11.2026 / 12:07
Xəzərin sahilboyu ərazilərinin idarə olunması üçün yeni mexanizmlər tətbiq ediləcək...

19.11.2026 / 11:59
Simonyan Azərbaycana gəlir...

19.11.2026 / 11:43
Xəzərin sahilindəki qanunsuz tikililərin taleyi necə olacaq? - Açıqlama

19.11.2026 / 11:30
"Xəzərin sahilboyu ərazilərində qanunsuz fəaliyyətlər də mövcuddur" - İlqar Həbiyev

19.11.2026 / 11:17
“Dünya misli görünməmiş kiberdəyişikliklərin yalnız başlanğıcındadır" - DTX rəis müavini

19.11.2026 / 10:30
Bakıda ilk dəfə avtobuslar üçün ayrıca svetofor quraşdırılacaq...

19.11.2026 / 10:07
Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin edildi

19.11.2026 / 10:05
Elçin Babayev Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edildi

19.11.2026 / 09:41
ABŞ-ın üç aviadaşıyıcısından biri Yaxın Şərqi tərk etdi - nə baş verir?

19.11.2026 / 09:12
Vəkil Orxan Kəngərli saxlanıldı

19.11.2026 / 08:50
Azərbaycan Fransanı regionda sülh prosesinə mane olan qərəzli mövqeyindən əl çəkməyə çağırdı

19.11.2026 / 06:02
Çexiya da rus idmançıların ölkəyə girişini yasaqladı

18.11.2026 / 22:36
Ukraynada "ikinci Çernobıl" təhlükəsi... Avropada nüvə qəzası risqi son 40 ilin ən yüksək səviyyəsinə çatdı - 38 ölkədən XƏBƏRDARLIQ...

18.11.2026 / 22:10
İtaliyada İsraili tənqid etmək qadağan edildi...

18.11.2026 / 21:44
Kaya Kallası Rusiya ilə danışıqlarda iştirakdan kim (lər) məhrum etdi...

18.11.2026 / 21:27
9-cu əsrdə Rusiyanı xristianlaşdıran da ermənilər olublarmış...

18.11.2026 / 21:11
Tramp ölkənin “bütün” hərbi gücünü İranın üstünə tökdü...

18.11.2026 / 20:53
Spiker Rubinyan sülh sazişinə Paşinyandan fərqli mövqe göstərdi...

18.11.2026 / 20:36
Ermənistan və Rusiya dəmiryolu üzrə qapalı İşçi qruplar yaratdı...

18.11.2026 / 20:20
Ermənistan parlamentində inanılmaz konstitusiya “bazarlığı” başladı...

18.11.2026 / 20:03
Ermənistanın hökumət sənədində Azərbaycana qarşı “070” kodlu təxribat rəsmiləşdirilir...

18.11.2026 / 19:44
Məmurlar Prezidentin qərarından sui-istifadəni davam etdirirlər...

18.11.2026 / 19:27
Britaniya Avropa İttifaqından çıxmasına peşman olub, yenidən quruma qayıtmaq istəyir

18.11.2026 / 19:15
8 nəfər saxlandı, 104 kiloqram narkotik ələ keçirildi - DİN-dən irimiqyaslı əməliyyat...

18.11.2026 / 19:06
Kollegiyadan saxlanılan vəkillərlə bağlı xəbərlərə REAKSİYA

18.11.2026 / 18:53
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşdü

18.11.2026 / 18:49
Türkiyədə AK Parti iqtidarı “Sözcü TV”-ni də bağladı, müxalifətə qarşı cəza yürüşləri davam edir...

18.11.2026 / 18:34
Din xadimləri dövlət qulluğunda işləyə bilməyəcəklər...

18.11.2026 / 18:19
“Türkiyə və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir” - Yaşar Gülər

18.11.2026 / 18:01
Bakı Dialoqunun yekun Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi yayıldı

18.11.2026 / 17:50
Rusiya Kalininqraddakı qoşunları çıxarmaq müqabilində NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb edir...

18.11.2026 / 17:26
“Ermənistan və Azərbaycan transsərhəd su ehtiyatlarının idarə olunması üzrə işçi qrupları yaradır” - Paşinyan

18.11.2026 / 17:12
Putin və Tramp Çində görüşdü...

18.11.2026 / 17:06
Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib - FOTO

18.11.2026 / 16:50
İnstitut direktoru 6 min, müavinləri 5 min maaş alacaq – Əli Əsədov qərar verdi

18.11.2026 / 16:35
İrəvan Moskvanın dəmir yolu siyasətinə qarşı mövqeyini sərtləşdirdi...

18.11.2026 / 16:20
İran Qars-Gümrü keçidinin açılmasına qarşı çıxdı...

18.11.2026 / 16:19
Azərbaycan Cənubi Qafqazın qapılarını Qərbə açır...

18.11.2026 / 16:11
Azərbaycan dili və informatika dövlət qulluğu imtahanından çıxarılır? - DİM-dən AÇIQLAMA...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ