Türkiyə və Azərbaycan qarşılıqlı etimad əsasında hərbi əməkdaşlığı genişləndirir. Əsas diqqət birgə hərbi təlimlərə və müdafiə sənayesi sahəsində əməkdaşlığa yönəldilir.
Bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər “TRT Haber”ə açıqlamasında bildirib.
Nazir qeyd edib ki, Türkiyə Azərbaycanla hərbi əməkdaşlığı birgə hazırlıq, təlimlər və müdafiə sənayesi sahələrində daha da gücləndirir.
Gülər, həmçinin Azərbaycanla Ermənistan arasında sülh prosesini diqqətlə izlədiklərini vurğulayıb. Onun sözlərinə görə, davamlı sülhün əldə olunması Cənubi Qafqazda sabitliyin möhkəmlənməsinə, nəqliyyat və ticarət əlaqələrinin, eləcə də iqtisadi əməkdaşlığın inkişafına şərait yaradacaq.
Tahir TAĞIYEV