çərşənbə axşamı günü, 17 noyabr 2026
     

İran Zəngəzur dəhlizi ilə bağlı sərt mövqeyə keçdi - İmkan vermərik...

Image


Sahil İsgəndərov: “İran tərəfinin TRIPP layihəsi ilə bağlı səsləndirdiyi narahatlıqlar və irəli sürdüyü iddialar daha çox həm daxili, həm də xarici auditoriyaya hesablanmış siyasi gedişdir”

Ermənistan parlamentinin İranın şimal sərhədi boyunca uzanacaq ABŞ-ın rəhbərlik etdiyi tranzit dəhlizi olan Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu (TRIPP) layihəsini təsdiqləməsi Tehranda həyəcana səbəb olub. İran Beynəlxalq Təşkilatının məlumatına görə, İran rəsmiləri və dövlət mediası layihənin həyata keçirilməsinin Amerikanın İran sərhədlərində mövcudluğuna səbəb olacağı barədə xəbərdarlıq edir.

Ermənistan parlamenti müqaviləni 28 oktyabrda təsdiqləyib. O vaxtdan bəri İranın Ali Liderinin müşaviri İrəvanı təhdid edib və dövlət mediası Tehranı layihəni dayandırmağa çağırıb.

Beynəlxalq Sülh və Rifah Marşrutu (TRIPP) Azərbaycanı Ermənistanın cənubundakı Sünik (Qərbi Zəngəzur) əyaləti vasitəsilə Naxçıvan anklavı ilə birləşdirmək üçün nəzərdə tutulub. Qərbi Zəngəzur İranın Şərqi Azərbaycan əyaləti ilə həmsərhəddir və İranın Ermənistanla, Ermənistan vasitəsilə isə Qafqazın qalan hissəsi ilə yeganə birbaşa quru əlaqəsini təmin edir.

Marşrutun yaradılması 2025-ci ilin avqust ayında Ağ Evdə elan edildi. O dövrdə ABŞ prezidenti Donald Tramp Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanı qəbul etdi. Onlar onilliklər davam edən münaqişədən sonra iki ölkə arasında sülh üçün çərçivə sazişi imzaladılar.

Tehran illərdir Zəngəzur dəhlizinin yaradılmasına qarşı çıxaraq layihənin İranı Ermənistandan ayıra biləcəyi barədə xəbərdarlıq edib.

Hesab etmək olar ki, bu İranın Zəngəzur dəhlizi ilə bağlı yeni və daha kəskin siyasətidir?

Politoloq Sahil İsgəndərov baki-xeber.com-a şərhində “Mən hesab edirəm ki, İran tərəfinin TRIPP layihəsi ilə bağlı səsləndirdiyi narahatlıqlar və irəli sürdüyü iddialar daha çox həm daxili, həm də xarici auditoriyaya hesablanmış siyasi gedişdir. Tehran bununla öz cəmiyyətinə müəyyən mesajlar verməyə, eyni zamanda beynəlxalq ictimaiyyətin diqqətini Cənubi Qafqazda baş verən geosiyasi proseslərə yönəltməyə çalışır.

Əvvəla, TRIPP layihəsinin reallaşdırılması artıq Ermənistanın müstəqil şəkildə qərar verə biləcəyi məsələ çərçivəsindən çıxaraq daha geniş geosiyasi məzmun kəsb edir. Burada Azərbaycanın yaratdığı yeni reallıqlar, ABŞ-ın Cənubi Qafqazda öz maraqlarını gücləndirmək strategiyası və regionun gələcək nəqliyyat-kommunikasiya arxitekturası mühüm rol oynayır.

İran tərəfi Ermənistana nə qədər hədə-qorxu gəlsə, nə qədər sərt və qəzəbli bəyanatlar səsləndirsə də, Ermənistan artıq üzərinə götürdüyü öhdəlikləri və formalaşmış siyasi reallığı dəyişmək imkanında deyil. Ermənistan parlamentinin layihə ilə bağlı qəbul etdiyi qərarlar da bu prosesin hüquqi-siyasi tərəfini göstərir.

Digər tərəfdən, Ermənistan rəsmiləri də dəfələrlə Tehrana izah etməyə çalışıblar ki, TRIPP, ilk növbədə, iqtisadi və logistik layihədir. ABŞ-ın layihədə 74 faizlik iştirak payına malik olması onun avtomatik olaraq İran sərhədlərində hərbi mövqe tutması demək deyil. Bu iki məsələni bir-birindən fərqləndirmək lazımdır.

Tutaq ki, Ermənistan ərazisində ABŞ-ın 50-60 nəfərlik hərbi kontingenti yerləşdirildi”-deyə bildirdi.

S.İsgəndərov qeyd etdi ki, bunu ABŞ-ın Yaxın Şərqdəki geniş hərbi bazaları və hərbi potensialı ilə müqayisə etdikdə, bunun İran üçün hansı miqyasda real hərbi təhlükə yarada biləcəyi sual doğurur. “Deməli, burada səsləndirilən bəzi bəyanatların spekulyativ xarakter daşıdığını görürük. Məncə, İranın bu ritorikası daha çox siyasi və psixoloji təsir yaratmağa hesablanıb.

Əslində, Tehranın əsas narahatlığı Zəngəzur dəhlizinin reallaşması ilə regionda formalaşacaq yeni nəqliyyat və iqtisadi münasibətlər sistemidir. İran əvvəlki dövrlərdə olduğu kimi, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin məhz öz ərazisindən keçməsində maraqlıdır. Çünki bu marşrut Tehrana həm iqtisadi gəlir, həm də Azərbaycan və Ermənistanla münasibətlərdə müəyyən siyasi təsir imkanları yaradır.

Halbuki Azərbaycanla Naxçıvan arasında nəqliyyat əlaqəsinin təmin edilməsi üçün Araz marşrutu da mövcuddur. Lakin burada əsas məsələ Azərbaycanın öz ərazisindən keçən birbaşa və maneəsiz bağlantıya nail olmaq istəyidir. Bu, Azərbaycanın suveren hüququ və milli maraqları ilə bağlı məsələdir.

Digər mühüm məqam isə TRIPP layihəsinin Ağbənd istiqaməti ilə bağlıdır. Həmin ərazidə sərhəd təhlükəsizliyi məsələləri, Rusiya sərhəd qoşunlarının mövcudluğu və Moskvanın prosesə münasibəti də nəzərə alınmalıdır. Yəni bu layihənin reallaşması yalnız İranın və ya Ermənistanın mövqeyindən asılı deyil. Burada bir neçə güc mərkəzinin maraqları toqquşur.

İran isə bu prosesdə özünün də regional geosiyasi aktor olduğunu nümayiş etdirməyə çalışır. Xüsusilə ABŞ-la münasibətlərinin uzun müddətdir gərgin olduğu, iki ölkə arasında hərbi-siyasi qarşıdurma riskinin yüksək qaldığı bir şəraitdə Tehran Cənubi Qafqazdakı proseslərə də həmin münasibətlər kontekstindən yanaşır”. S.İsgəndərov vurğuladı ki, bununla da diqqəti regionda ABŞ-ın mövcudluğuna yönəltmək və öz narahatlığını beynəlxalq gündəmə gətirmək istəyir.

“Ancaq burada İran rəsmilərinə ünvanlanmalı çox ciddi bir sual var: Azərbaycan torpaqları işğal altında saxlanıldığı dövrdə, Ermənistanın işğal olunmuş ərazilərdən müxtəlif qeyri-qanuni fəaliyyətlər, o cümlədən narkotik vasitələrin daşınması üçün istifadə etdiyi barədə məlumatlar mövcud olduğu zaman Tehran hansı mövqedə idi? İran rəsmiləri Azərbaycanın təhlükəsizlik maraqlarını nə dərəcədə nəzərə alırdılar? Bu gün regional təhlükəsizlikdən danışan İranın həmin dövrdəki siyasəti də unudulmamalıdır.

Məsələ ondadır ki, təhlükəsizlik anlayışı birtərəfli ola bilməz. İran öz sərhədlərinin təhlükəsizliyini və milli maraqlarının qorunmasını tələb edirsə, qonşu dövlətlərin də eyni hüquqa malik olduğunu qəbul etməlidir. Azərbaycan da müstəqil dövlət kimi öz nəqliyyat, iqtisadi və təhlükəsizlik maraqlarını təmin etmək hüququna sahibdir.

Mən düşünürəm ki, İranın Zəngəzur dəhlizinə qarşı mövqeyinin arxasında təkcə təhlükəsizlik narahatlığı dayanmır. Burada daha ciddi iqtisadi maraqlar, tranzit imkanları və regional təsir uğrunda rəqabət mövcuddur. Tehran Azərbaycanın Naxçıvanla birbaşa bağlantısının məhz İran ərazisindən keçməsində maraqlıdır. Çünki belə bir vəziyyət ona həm iqtisadi üstünlük, həm də Bakı və İrəvanla münasibətlərdə müəyyən təsir imkanları qazandırır.

Lakin bir məsələni İran tərəfi düzgün anlamalıdır: Azərbaycan müstəqil dövlətdir və öz milli maraqlarına uyğun qərarlar qəbul etmək hüququna malikdir. Bakı bu məsələdə öz siyasi iradəsini ortaya qoyub. Zəngəzur dəhlizinin reallaşdırılması Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında bağlantının təmin edilməsi, regional kommunikasiyaların açılması və ölkəmizin geosiyasi mövqeyinin möhkəmləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.

Nəticə etibarilə, İranın bu layihəyə münasibətini yalnız hərbi təhlükəsizlik prizmasından qiymətləndirmək düzgün olmazdı. Burada iqtisadi maraqlar, tranzit marşrutlarına nəzarət və Cənubi Qafqazda geosiyasi təsir imkanlarının qorunması kimi amillər də var.

Böyük geosiyasətdə emosional bəyanatların, hədə-qorxunun və siyasi təzyiqlərin müəyyən həddi var. Dövlətlər öz maraqlarını yalnız bəyanatlarla deyil, real siyasi, iqtisadi və strateji imkanlarla qoruyurlar. Azərbaycan da artıq regionda formalaşmış yeni geosiyasi reallıqların əsas iştirakçılarından biridir. Buna görə də TRIPP layihəsinin gələcəyi Azərbaycanın siyasi iradəsi, milli maraqları və regional əməkdaşlığın real şərtləri nəzərə alınmaqla qiymətləndirilməlidir”-deyə S.İsgəndərov vurğualdı.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

17.11.2026 / 20:49
İran Zəngəzur dəhlizi ilə bağlı sərt mövqeyə keçdi - İmkan vermərik...

17.11.2026 / 20:32
Tiflislə Moskva inanılmaz danışıqlara başlayır - bölgə üçün yeni təhlükə yetişir...

17.11.2026 / 20:17
Ukraynanın hücumundan sonra Krım körpüsünün bir hissəsi dənizə çökdü - hərəkət dayandırıldı...

17.11.2026 / 20:06
İran Bəhreynin hava hücumundan müdafiə qüvvələrini məhv etdi...

17.11.2026 / 19:48
Azərbaycan MDB-də Britaniya üçün 3-cü dövlət oldu - hərbi əməkdaşlıq...

17.11.2026 / 19:33
Avropa Rusiya qarşısında vahid tələb qoyur - Ordunuzu bütün ölkələrdən çıxarın...

17.11.2026 / 19:14
Ölkədə vergi borcları sürətlə artır - 28 faiz...

17.11.2026 / 19:02
Feldşer vəzifələri üzrə hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan edilib

17.11.2026 / 18:42
Rumıniya Bakı və İrəvanın da daxil olduğu təzə format yaradır...

17.11.2026 / 18:23
Prezident İlham Əliyevin sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavininin qəbulu ilə bağlı videoçarx paylaşılıb

17.11.2026 / 18:14
Prezidentin sosial media hesablarında Almaniyanın xarici işlər nazirinin qəbulu ilə bağlı videoçarx paylaşılıb

17.11.2026 / 18:10
Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib - FOTO

17.11.2026 / 17:58
Ermənistanda Azərbaycanı nümunə göstərirlər...

17.11.2026 / 17:47
Rusiya Krım körpüsünə hücumdan sonra ballistik raketlərlə Kiyevdə körpüləri vurdu...

17.11.2026 / 17:42
Tural Turan beynəlxalq mükafata layiq görülüb

17.11.2026 / 17:36
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul etdi - FOTO

17.11.2026 / 17:32
Prezident İlham Əliyev Almaniyanın xarici işlər nazirini qəbul edib - FOTO

17.11.2026 / 17:03
ABŞ-İran savaşının təsirləri Amerika torpaqlarına çatdı...

17.11.2026 / 16:53
Ermənistan Rusiyaya münasibətdə Estoniya təcrübəsini tətbiq ermək eşqinə düşdü...

17.11.2026 / 16:37
Zakir Həsənov Gürcüstan Müdafiə Qüvvələri komandanını qəbul etdi

17.11.2026 / 16:20
Pensiyalara 8,67 milyard manat ayrılacaq – orta aylıq pensiya 639 manata çatacaq...

17.11.2026 / 16:04
Saxta sənədlərlə Azərbaycandan yük çıxarmaq istəyən sürücülər yaxalandı

17.11.2026 / 15:29
“Jalə xanım ikinci oldu, mən 44-cü, heç cür anlaya bilmirəm” – Deputat təəccübləndi...

17.11.2026 / 15:12
Avropa nümayəndələri Ukrayna danışıqlarına rəsmən qatıldı - Rusiya təkzib edir…

17.11.2026 / 14:48
Dünyada süni intellektə qarşı üsyan başlayıb...

17.11.2026 / 14:36
Üç liderin Çin sammiti iflasa uğradı - Ukrayna mövzusu masaya çıxmadı...

17.11.2026 / 14:16
"Dövlət qulluğunda din xadimləri ilə bağlı məhdudiyyətlərə dair məlumatlar manipulyasiya xarakteri daşıyır" - Media və Yayım Şurası

17.11.2026 / 14:05
Avropa əsl simasını göstərir - beş ölkədən insanlar Afrikaya qovulur...

17.11.2026 / 13:52
Səfir: “Bu səfərlər Strateji Tərəfdaşlıq sazişinin tamamlanmasına zəmin yaratdı”

17.11.2026 / 13:50
Dankan Norman: “Böyük Britaniya ilə Azərbaycan arasında təhsil əlaqələri güclüdür və inkişaf etməkdədir”

17.11.2026 / 13:47
Səfir Norman: “Azərbaycan Böyük Britaniya üçün dəyərli müdafiə və təhlükəsizlik tərəfdaşıdır”

17.11.2026 / 13:45
Səfir: “Böyük Britaniya və Azərbaycan arasındakı tərəfdaşlıq hər zamankından daha böyük əhəmiyyət daşıyır”

17.11.2026 / 13:35
Bura "danışmaqxana" deyil! – deputatla spiker arasında GƏRGİNLİK yarandı

17.11.2026 / 13:21
Parlament 2027-cı ilin dövlət büdcəsi layihəsini birinci oxunuşda təsdiqlədi

17.11.2026 / 13:15
Cızma-qara yazıb dərsliklərə salırlar – Komitə sədridən SƏRT İTTİHAM...

17.11.2026 / 13:02
Yol polisləri səhhəti pisləşən əcnəbi sürücünü xilas etdilər... - VİDEO

17.11.2026 / 12:42
Paşinyan Türkiyədən “oğurladığı” bananı cibinə qoyub üç ölkəni gəzdirdi...

17.11.2026 / 12:27
“Ermənistanda seçki prosesləri beynəlxalq qarşıdurma meydanına çevrilib” - Medvedev

17.11.2026 / 12:16
Naxçıvanda deputat qəzaya düşdü - FOTO

17.11.2026 / 12:04
Irandan Azərbaycana 50 kq narkotik keçirilməsinin qarşısı alındı

17.11.2026 / 11:52
Avropanın Azərbaycan və ABŞ-dan asılılığı artır

17.11.2026 / 11:39
Dankan Norman: ""Birgə Bəyannamə” ölkələrimiz arasında iqtisadi əməkdaşlıqda yeni mərhələnin əsasını qoyur"

17.11.2026 / 11:35
Britaniya şirkəti Naxçıvan şəhəri üçün 20 illik baş plan hazırlayır

17.11.2026 / 11:33
Səfir: Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığı iqtisadi artıma və təhlükəsizliyə töhfə verəcək

17.11.2026 / 11:21
Ukrayna Rusiyanın Başqırdıstandakı ən böyük neft-kimya komplekslərindən birini vurdu...

17.11.2026 / 11:05
Dərsliklərdəki məzmun necə yoxlanılır? – Nazirlikdən AÇIQLAMA

17.11.2026 / 10:48
Türkiyədə daha bir müxalif media qurumuna qarşı əməliyyat - həbslər aparıldı, “Sözcü TV”yə qəyyum təyin edildi...

17.11.2026 / 10:37
Akademik Əhliman Əmiraslanovun doğum günüdür

17.11.2026 / 10:24
Gürcüstandan Azərbaycana avtomobil gətirənlərə PİS XƏBƏR – Yeni rüsum tətbiq edildi

17.11.2026 / 10:12
Zakir Həsənov hərbi qulluqçulara ali hərbi rütbələri təqdim edib

17.11.2026 / 10:05
Bakıda qarlı havalara hazırlıqla bağlı müşavirələr keçirildi

17.11.2026 / 09:37
Azərbaycan və Aİ ikitərəfli əməkdaşlığın yeni istiqamətlərini müzakirə ediblər

17.11.2026 / 09:33
Hikmət Hacıyev Aİ nümayəndələri ilə Azərbaycanla əməkdaşlığı müzakirə edib

17.11.2026 / 09:10
Siqaret bahalaşacaq...

17.11.2026 / 08:49
Mehriban Əliyeva Milli Dirçəliş Günü ilə bağlı paylaşım edib

17.11.2026 / 08:35
Xocavənd, Cəbrayıl və Zəngilana növbəti köç karvanı yola salındı - 83 ailə...

17.11.2026 / 07:02
ABŞ banklarında genişmiqyaslı elektron sistem nasazlığı baş verib - yetkililər kibercinayətkarlığı istisna edir

16.11.2026 / 23:42
Mossadın 2006-cı ildə İstanbulda bir İran generalını qaçıraraq öldürdüyü ortaya çıxdı – ƏMƏLİYYATIN DEATALLARI açıldı...

16.11.2026 / 23:33
Hikmət Hacıyev və Aİ-nin xüsusi nümayəndəsi Azərbaycan-Aİ tərəfdaşlığını müzakirə ediblər

16.11.2026 / 22:47
Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında iştirak edib

16.11.2026 / 22:35
Kremldən hakim partiya deputatlarına tapşırıq gəldi - qələbəyə hazırlaşın...

16.11.2026 / 22:20
Trampın kürəkəninin Serbiyadakı biznesi ləğv edildi

16.11.2026 / 22:14
Rusiyanın Gürcüstan və Ukraynaya hücumlarından əvvəlki vəziyyət yaranır - Avropaya yeni müharibə xəbərdarlığı...

16.11.2026 / 22:11
Fatma Betülün ardından İstanbul Fond Birjasının keçmiş rəhbəri də saxlandı

16.11.2026 / 21:58
Trampın oğullarının Qazaxlstanda 1.2 milyard dollarlıq investisiya layihəsi var...

16.11.2026 / 21:50
Ukrayna üzrə növbəti danışıqlar Avropada keçirilə bilər - Aİ ölkələri yeni təkliflər irəli sürdü...

16.11.2026 / 21:32
Polşa Ukrayna danışıqlarında rol aldı - PURL boykotu bitəcək?

16.11.2026 / 21:14
Qaraqoyunlu Cahanşahın ermənilərə simpatiyasının sirləri - Eçmiədzini ermənələrə hədiyyə edənlər...

16.11.2026 / 20:57
İran müharibəsi artıq bitdi...Əsas yekunlar...

16.11.2026 / 20:40
ASB-nin Dublin Zirvəsində Naxçıvanın mühüm bir məsələsi həll edildi...

16.11.2026 / 20:24
Universitet tələbələri ilə görüşən Şərurlu İsfəndiyar hansı qəbahətlərə yol verdi?!...

16.11.2026 / 20:09
Azərbaycanın Strateji tərəfdaşlıq bəyannamələrində tək riskli məqam - analitiklər razılaşmır...

16.11.2026 / 19:53
Avropa siyasi məkanına yeni diplomatik fəallıq fenomeni gəlir...

16.11.2026 / 19:38
ASB-nin Dublin sammitində Əliyev daha bir uğur qazandı - Litva prezidenti açıqladı...

16.11.2026 / 19:24
Türkdilli xalqların ortaq mədəni irsi memarlıq timsalında

16.11.2026 / 19:10
Qara dənizdə içərisində 4 azərbaycanlının da olduğu gəmi vurularaq batırıldı...

16.11.2026 / 18:56
ABŞ-ın Avropadan çəkilməsinə icazə verilmir - Tramp çətinə düşdü...

16.11.2026 / 18:42
Paşinyan Azərbaycanın tam haqlı olduğunu bütün Avropaya bəyan etdi...

16.11.2026 / 18:27
Üç ölkə liderləri Çin görüşünün gündəliyində razılaşa bilmədilər

16.11.2026 / 18:23
Ceyhun Bayramovla Birləşmiş Krallığın XİN başçısı arasında telefon danışığı olub

16.11.2026 / 18:18
AMEA-da Səhəndin 100 illiyinə həsr olunmuş elmi konfrans keçirilib - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ