Moldova, paytaxt Kişinyova doğru hərəkət edən bir hücum dronunun aşkar edilməsindən sonra milli hava məkanını bağlayıb. Müdafiə Nazirliyinin məlumatına görə, "Şahed" tipli bir dronun "cənubdan Kişinyovun Botanika sektoruna doğru hərəkət etdiyi" barədə xəbərlərdən sonra, yerli vaxtla saat 16:27-də hava məkanı "təhlükəsizlik səbəbindən" bağlanıb. Ukrayna ilə həmsərhəd olan bu Şərqi Avropa ölkəsi cari ildə dronların sərhədi pozması hallarının artması ilə üzləşib. Prezident Maya Sandu çərşənbə axşamı "bir neçə Rusiya dronunun" Moldovanın hava məkanını pozduğunu, onlardan birinin isə Kişinyovun üzərindən keçdiyini bildirib.
SAMİRƏ