Vyananın İmmiqrasiya və Vətəndaşlıq İdarəsi (MA 35) Avstriyanın keçmiş xarici işlər naziri Karin Knayslın vətəndaşlığının ləğvi məsələsinə baxır. Bu barədə Vyananın vitse-meri Bettina Emmerlinq “Kronen Zeitung” qəzetinə məlumat verib.
Qərarın səbəbi isə onun illər öncə Pusiya prezidenti Vladimir Putinlə rəqs etməsi olub.
Belə ki, 2017-ci ildən 2019-cu ilə qədər Avstriyanın xarici işlər naziri vəzifəsində çalışan Kneyssl 2018-ci ildə Rusiya Prezidenti Vladimir Putini öz toyuna dəvət edib və kameralar qarşısında onunla vals oynayıb. SAMİRƏ