Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində “Su və Meliorasiya üzrə Layihələndirmə və Elmi Tədqiqat İnstitutu”nun işçilərinin əməkhaqlarının məbləğləri təsdiqlənib.
Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərara əsasən, institutun direktorunun vəzifə maaşı 6 000 manat olacaq.
Direktor müavininin, o cümlədən direktor müavini-baş mühəndisin aylıq vəzifə maaşı 5 000 manat, mərkəz müdirinin 4 200 manat, şöbə müdirinin 4 000 manat, mərkəz müdirinin müavininin 3 400 manat, şöbə müdirinin müavininin isə 3 300 manat müəyyən edilib.
Sahə rəisinin vəzifə maaşı 2 900 manat, sektor müdirinin və sektor müdiri-baş mühasibin 2 700 manat, direktor köməkçisinin 2 600 manat, elmi katibin 2 300 manat, baş məsləhətçinin və baş elmi işçinin 2 100 manat olacaq.
Baş aqronom və baş mexanikin aylıq vəzifə maaşı 2 000 manat, aparıcı məsləhətçi, aparıcı iqtisadçı və aparıcı elmi işçinin 1 800 manat, böyük mühəndis, böyük məsləhətçi və böyük elmi işçinin 1 600 manat, mühəndis, məsləhətçi, elmi işçi və texnoloq-analitikin isə 1 400 manat təşkil edəcək.
Kiçik elmi işçi və böyük laborant üçün 1 200 manat, anbar təsərrüfatının rəhbəri üçün 910 manat, anbardar üçün 890 manat, laborant, kompüter operatoru və dispetçer üçün 700 manat, elektrik və sürücü üçün 600 manat vəzifə maaşı müəyyənləşdirilib.
Texniki işçilərin, o cümlədən qazanxana operatoru, fəhlə, xadimə, bağban və gözətçinin aylıq vəzifə maaşı 500 manat olacaq.
Sənəddə qeyd olunub ki, işçilərin vəzifə maaşlarına əlavələr, mükafatlar və digər ödənişlər institutun göstərdiyi xidmətlərdən əldə edilən gəlir hesabına veriləcək.
Sıra
№-si
Vəzifələrin adı
Aylıq vəzifə maaşı (manatla)
1.
Direktor
6000
2.
Direktor müavini, direktor müavini-baş mühəndis
5000
3.
Mərkəz müdiri
4200
4.
Şöbə müdiri
4000
5.
Mərkəz müdirinin müavini
3400
6.
Şöbə müdirinin müavini
3300
7.
Sahə rəisi
2900
8.
Sektor müdiri, sektor müdiri-baş mühasib
2700
9.
Direktorun köməkçisi
2600
10.
Elmi katib
2300
11.
Baş məsləhətçi, baş elmi işçi
2100
12.
Baş aqronom, baş mexanik
2000
13.
Aparıcı məsləhətçi, aparici iqtisadçı, aparici elmi işçi
1800
14.
Böyük mühəndis, böyük məsləhətçi, böyük elmi işçi
1600
15.
Mühəndis, məsləhətçi, elmi işçi, texnoloq-analtik
1400
16.
Kiçik elmi işçi, böyük laborant
1200
17.
Anbar təsərrüfatının rəhbəri
910
18.
Anbardar
890
19.
Laborant, kompüter operatoru, dispetçer
700
20.
Elektrik, sürücü
600
21.
Texniki işçi (qazanxana operatoru, fəhlə, xadimə, bağban, gözətçi)
500