Cümə axşamı günü, 19 noyabr 2026
     

“Deputatların “üsyankar” çıxışları idarə olunur” - İddia...

Image


İlqar Hüseynli: “Onların müəyyən siyasi dairələrlə bağlılığı və bu dairələrin təsiri altında fəaliyyət göstərməsi ehtimalı var”

Son həftələrdə Milli Məclisdə bəzi deputatların sosial-iqtisadi vəziyyətlə bağlı daha sərt, tənqidi çıxışlar etməsi, hökumətin ayrı-ayrı fəaliyyət istiqamətlərini açıq şəkildə sorğulaması ictimai müzakirələrə səbəb olur. Bu çıxışların əvvəlki dövrlərlə müqayisədə daha fərqli tonda səslənməsi, bəzən parlament rəhbərliyinin müdaxiləsi və sərt reaksiyası ilə müşayiət olunması müəyyən suallar doğurur.

Burada əsas məsələ deputatların səsləndirdiyi fikirlərin doğru və ya yanlış olması deyil. Söhbət onların siyasi davranışının, çıxışlarının zamanlamasının, üslubunun və bu tənqidlərin arxasında hansısa siyasi motivlərin, yaxud əvvəlcədən müəyyənləşdirilmiş ssenarinin olub-olmaması ehtimalından gedir. Yəni cəmiyyətdə də belə iddialar var ki, danışan deputatlar idarə olunurlar.

Ekspertlər hesab edir ki, o deputatların son çıxışlarını bir neçə istiqamətdə qiymətləndirmək mümkündür. Birincisi, bu, parlament daxilində müəyyən qədər fərqli fikirlərin səsləndirilməsinə ehtiyacın artması ilə bağlı ola bilər. İkincisi, sosial-iqtisadi problemlərin cəmiyyətdə daha çox müzakirə olunması deputatları seçicilərin narazılıqlarını parlament tribunasından ifadə etməyə sövq edə bilər.

Ekspertlərə görə, üçüncüsü isə, bu çıxışların müəyyən siyasi məqsədlər çərçivəsində koordinasiya edildiyi ehtimalı da istisna olunmur.

Ekspertlər hesab edirlər ki, əlbəttə, deputatların çıxışlarının arxasında hansısa siyasi planın, yaxud müəyyən qüvvələrin təsirinin olması barədə iddialar irəli sürülə bilər. Ancaq belə iddiaları təsdiqləyən konkret faktlar olmadan onları həqiqət kimi qəbul etmək düzgün olmazdı. Eyni zamanda, bu ehtimalları tamamilə istisna etmək də siyasi proseslərin təbiətinə uyğun deyil.

Məsələnin maraqlı tərəfi budur ki, bu gün tənqidçi mövqedə çıxış edən deputatlar əvvəllər də Milli Məclisdə təmsil olunublar. Onların sosial-iqtisadi problemləri, vətəndaşların narazılıqlarını, dövlət idarəçiliyindəki nöqsanları daha əvvəl də qaldırmaq imkanları olub. Bəs nə dəyişib? Niyə məhz indi bu məsələlər daha sərt tonda, daha açıq şəkildə səsləndirilir? Bu dəyişiklik şəxsi siyasi mövqelərin formalaşmasıdır, ictimai tələbin nəticəsidir, yoxsa parlament daxilində müəyyən siyasi dinamikanın yaranması?

Ekspertlərin fikrincə, bu sualların cavabını, şübhəsiz ki, həmin deputatların özləri, parlament rəhbərliyi və onların seçiciləri daha yaxşı bilərlər. Biz isə yalnız müşahidə olunan siyasi davranışları təhlil edə, ehtimalları müzakirə edə və konkret faktlar ortaya çıxmadan qəti nəticələrə gəlməkdən çəkinə bilərik.

Əsas məsələ deputatların tənqidlərinin doğru və ya yanlış olması deyil, onların bu tənqidləri hansı səbəbdən, hansı siyasi şəraitdə və hansı məqsədlə daha əvvəlkindən fərqli tonda səsləndirmələridir.

Sosial-iqtisadi məsələlər üzrə ekspert İlqar Hüseynli baki-xeber.com-a bildirdi ki, parlamentdəki deputatların əksəriyyətinin kənardan idarə olunması barədə iddialar inandırıcı görsənir. “Mən konkret olaraq bir və ya iki deputat haqqında fikir söyləmək istəmirəm. Ümumiyyətlə, hesab edirəm ki, Azərbaycan parlamentinin formalaşmasında uzun illər kənar təsirlərin, müəyyən siyasi qrupların və şəxslərin rolunun olduğu barədə ciddi müzakirələr aparmaq mümkündür. Xüsusilə, Ramiz Mehdiyevin siyasi təsirinin güclü olduğu dövrlərdə, onun diktəsi ilə parlamentə gətirilən şəxslər az olmayıb.

Azərbaycanın müstəqilliyinin əleyhinə səs vermiş insanların bu gün parlamentdə təmsil olunması da müəyyən suallar doğurur. Belə şəxslərin hansı siyasi iradəni ifadə etdikləri, kimlərin təsiri altında fəaliyyət göstərdikləri barədə düşünmək üçün kifayət qədər əsas var.

Mən hələ 2016-cı ildə Tallində Avropa İttifaqının təşkil etdiyi forumda televiziya müsahibəsi zamanı demişdim ki, Azərbaycan parlamentinin təxminən 40 faizindən çoxu birbaşa Lavrovun və Ramiz Mehdiyevin diktəsi ilə parlamentə gətirilmiş şəxslərdir. Bu, həmin dövrdə səsləndirdiyim siyasi mövqeyim idi.

Amma bu gün konkret olaraq son zamanlar tənqidi çıxışlar edən deputatların hansısa şəxs və ya qüvvə tərəfindən idarə olunduğunu qəti şəkildə söyləmək doğru olmaz. Bununla belə, mən ümumi mənzərəni nəzərdə tuturam. Hesab edirəm ki, parlamentdə müəyyən deputatların fəaliyyətinə kənar təsirlərin olması ehtimalı istisna edilə bilməz.

Son zamanlar bəzi deputatların sosial və iqtisadi problemləri daha açıq şəkildə gündəmə gətirməsi də müəyyən siyasi məqsədlərə xidmət edə bilər. Ola bilsin ki, bu çıxışlar parlamentdə demokratikləşmə görüntüsü yaratmaq, ictimai narazılığın müəyyən istiqamətə yönəldilməsi və ya siyasi proseslərdə balans yaratmaq məqsədi daşıyır.

Mənim qənaətim budur ki, bu deputatlar öz siyasi iradələri ilə müstəqil fəaliyyət göstərən şəxslər deyillər. Onların müəyyən siyasi dairələrlə bağlılığı və bu dairələrin təsiri altında fəaliyyət göstərməsi ehtimalı var. Əsas məsələ də məhz budur: bu çıxışların arxasında həqiqətən müstəqil deputat iradəsi dayanır, yoxsa müəyyən siyasi qüvvələrin yönləndirməsi?”-deyə İ.Hüseynli vurğuladı.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

19.11.2026 / 17:41
“Deputatların “üsyankar” çıxışları idarə olunur” - İddia...

19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

19.11.2026 / 16:10
Almaniya Qafqazda ümidini Azərbaycana bağladı - enerjinin gücü budur bax...

19.11.2026 / 15:49
Tramp İranla bağlı təzə taktika işə salıb - "məhdud zərbələr"...

19.11.2026 / 15:18
Anna Akopyan Nikol Paşinyanı hakimiyyətdən devirir...(?)

19.11.2026 / 14:46
Qərbi Azərbaycan İcması Tom Lantos Komissiyasını qərəzli yanaşmadan əl çəkməyə çağırdı

19.11.2026 / 14:41
Bakı-İrəvan sülh prosesinin "altına bomba qoyulur" - qatil Monte Melkonyana kino çəkildi...

19.11.2026 / 14:40
Azərbaycanda ərzağa xərclənən pullar artır, lakin başadüşülən səbəblər var...

19.11.2026 / 14:26
Tramp APEC sammitində Cinpin danışarkən yatdı... - VİDEO

19.11.2026 / 14:11
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

19.11.2026 / 13:57
Rusiyanın ABŞ-la yeni bazarlıq planları - Kalininqraddan çıxırıq, Ukraynanı NATO-ya buraxırıq...

19.11.2026 / 13:56
"Ermənistanın 200-dən çox kütləvi məzarlığın yerini açıqlamasını gözləyirik" - Hikmət Hacıyev

19.11.2026 / 13:44
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan Cənubi Qafqazda əsas logistika və energetika habıdır"

19.11.2026 / 13:42
"Heydər Əliyev Fondu Vyetnamla humanitar münasibətlərin dərinləşməsinə fəal surətdə kömək edir" - Prezident

19.11.2026 / 13:40
Prezident: "Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatında iştirakı münasibətlərin mühüm tərkib hissəsidir"

19.11.2026 / 13:37
Paşinyan yeni Konstitusiya qəbul olunmayacağı təqdirdə istefa verəcəyini bəyan etdi...

19.11.2026 / 13:34
"Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir" - Prezident

19.11.2026 / 13:32
Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib

19.11.2026 / 13:21
Cinpin Tayvanla bağlı Trampa çağırış etdi - Tramp ABŞ-ın Tayvanın müstəqilliyini dəstəkləmədiyini dedi...

19.11.2026 / 13:06
Alen Simonyan müxalifəti hədələdi – “yeni Konstitusiya qəbul edilməsə... onları darmadağın edəcəyik”

19.11.2026 / 12:47
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başladı...

19.11.2026 / 12:26
Putin və Tramp arasında görüş keçirildi...

19.11.2026 / 12:07
Xəzərin sahilboyu ərazilərinin idarə olunması üçün yeni mexanizmlər tətbiq ediləcək...

19.11.2026 / 11:59
Simonyan Azərbaycana gəlir...

19.11.2026 / 11:43
Xəzərin sahilindəki qanunsuz tikililərin taleyi necə olacaq? - Açıqlama

19.11.2026 / 11:30
"Xəzərin sahilboyu ərazilərində qanunsuz fəaliyyətlər də mövcuddur" - İlqar Həbiyev

19.11.2026 / 11:17
“Dünya misli görünməmiş kiberdəyişikliklərin yalnız başlanğıcındadır" - DTX rəis müavini

19.11.2026 / 10:30
Bakıda ilk dəfə avtobuslar üçün ayrıca svetofor quraşdırılacaq...

19.11.2026 / 10:07
Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin edildi

19.11.2026 / 10:05
Elçin Babayev Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edildi

19.11.2026 / 09:41
ABŞ-ın üç aviadaşıyıcısından biri Yaxın Şərqi tərk etdi - nə baş verir?

19.11.2026 / 09:12
Vəkil Orxan Kəngərli saxlanıldı

19.11.2026 / 08:50
Azərbaycan Fransanı regionda sülh prosesinə mane olan qərəzli mövqeyindən əl çəkməyə çağırdı

19.11.2026 / 06:02
Çexiya da rus idmançıların ölkəyə girişini yasaqladı

18.11.2026 / 22:36
Ukraynada "ikinci Çernobıl" təhlükəsi... Avropada nüvə qəzası risqi son 40 ilin ən yüksək səviyyəsinə çatdı - 38 ölkədən XƏBƏRDARLIQ...

18.11.2026 / 22:10
İtaliyada İsraili tənqid etmək qadağan edildi...

18.11.2026 / 21:44
Kaya Kallası Rusiya ilə danışıqlarda iştirakdan kim (lər) məhrum etdi...

18.11.2026 / 21:27
9-cu əsrdə Rusiyanı xristianlaşdıran da ermənilər olublarmış...

18.11.2026 / 21:11
Tramp ölkənin “bütün” hərbi gücünü İranın üstünə tökdü...

18.11.2026 / 20:53
Spiker Rubinyan sülh sazişinə Paşinyandan fərqli mövqe göstərdi...

18.11.2026 / 20:36
Ermənistan və Rusiya dəmiryolu üzrə qapalı İşçi qruplar yaratdı...

18.11.2026 / 20:20
Ermənistan parlamentində inanılmaz konstitusiya “bazarlığı” başladı...

18.11.2026 / 20:03
Ermənistanın hökumət sənədində Azərbaycana qarşı “070” kodlu təxribat rəsmiləşdirilir...

18.11.2026 / 19:44
Məmurlar Prezidentin qərarından sui-istifadəni davam etdirirlər...

18.11.2026 / 19:27
Britaniya Avropa İttifaqından çıxmasına peşman olub, yenidən quruma qayıtmaq istəyir

18.11.2026 / 19:15
8 nəfər saxlandı, 104 kiloqram narkotik ələ keçirildi - DİN-dən irimiqyaslı əməliyyat...

18.11.2026 / 19:06
Kollegiyadan saxlanılan vəkillərlə bağlı xəbərlərə REAKSİYA

18.11.2026 / 18:53
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşdü

18.11.2026 / 18:49
Türkiyədə AK Parti iqtidarı “Sözcü TV”-ni də bağladı, müxalifətə qarşı cəza yürüşləri davam edir...

18.11.2026 / 18:34
Din xadimləri dövlət qulluğunda işləyə bilməyəcəklər...

18.11.2026 / 18:19
“Türkiyə və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir” - Yaşar Gülər

18.11.2026 / 18:01
Bakı Dialoqunun yekun Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi yayıldı

18.11.2026 / 17:50
Rusiya Kalininqraddakı qoşunları çıxarmaq müqabilində NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb edir...

18.11.2026 / 17:26
“Ermənistan və Azərbaycan transsərhəd su ehtiyatlarının idarə olunması üzrə işçi qrupları yaradır” - Paşinyan

18.11.2026 / 17:12
Putin və Tramp Çində görüşdü...

18.11.2026 / 17:06
Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib - FOTO

18.11.2026 / 16:50
İnstitut direktoru 6 min, müavinləri 5 min maaş alacaq – Əli Əsədov qərar verdi

18.11.2026 / 16:35
İrəvan Moskvanın dəmir yolu siyasətinə qarşı mövqeyini sərtləşdirdi...

18.11.2026 / 16:20
İran Qars-Gümrü keçidinin açılmasına qarşı çıxdı...

18.11.2026 / 16:19
Azərbaycan Cənubi Qafqazın qapılarını Qərbə açır...

18.11.2026 / 16:11
Azərbaycan dili və informatika dövlət qulluğu imtahanından çıxarılır? - DİM-dən AÇIQLAMA...

18.11.2026 / 16:01
Peskov: APEC sammiti çərçivəsində Putin və Tramp arasında tammiqyaslı danışıqların baş tutacağını gözləmir

18.11.2026 / 15:52
Fransada kütləvi nümayiş günü polislər işə çıxmaqdan imtina edib - Bütün zabitlər xəstəlik məzuniyyətinə çıxıblar

18.11.2026 / 15:41
Putin və Trampın görüşü bu gün axşam saatlarında baş tuta bilər - Uşakov açıqladı...

18.11.2026 / 15:37
"Daşnaksütyun" Qarabağ uğrunda 13 mənasız tələblə cəbhə açdı...

18.11.2026 / 15:14
Prezident İlham Əliyev Oman Sultanını milli bayram münasibətilə təbrik etdi

18.11.2026 / 15:10
Prezident İlham Əliyev Latviya Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib

18.11.2026 / 14:41
Xəzər İran-ABŞ savaşının əsas meydanlarından birinə çevrilir.

18.11.2026 / 14:36
Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavinlərinin sayı artırıldı

18.11.2026 / 14:33
Hörmüz boğazında üç tanker minaya düşdü – boğaz tam bağlandı...

18.11.2026 / 14:18
Ukrayna Krasnodarda iki iri neft emalı zavoduna yenidən zərbə endirdi...

18.11.2026 / 14:01
Putin Tramla görüşdən əvvəl Cinplə iki saatdan çox qapalı görüş keçirdi

18.11.2026 / 13:52
Tramp Çinə gedib

18.11.2026 / 13:49
Almaniya Cənubi Qafqazda Rusiya ilə açıq mübarizəni bəyan etdi...

18.11.2026 / 13:46
Türkiyənin qlobal elektrikləşməni 35 faizə çatdırmaq təşəbüsünə 75 ölkə dəstək verib

18.11.2026 / 13:33
Kərkük folkloru və musiqi irsi gənclərə tanıdıldı

18.11.2026 / 13:30
Körfəzdə gərginlik yenidən artır - İran Küveytdəki ABŞ hərbi bazasını bombaladı...

18.11.2026 / 13:23
"DƏDƏMİZ DƏDƏ MƏDƏD" ADLI TOPLU-KİTABIN TƏQDİMATI KEÇİRİLİB

18.11.2026 / 13:15
“Diplom varsa, avtomatik biliklər də var” – Nazir bu yanaşmanı tənqid etdi

18.11.2026 / 13:07
ABŞ-da Azərbaycan bayrağının endirilməsi xəbərləri yalan çıxdı - Dövlət Komitəsindən açıqlama...

18.11.2026 / 12:55
Alman nazir Azərbaycanı Avropanın enerji təchizatında mühüm tərəfdaş adlandırdı...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ