Cümə axşamı günü, 19 noyabr 2026
     

Tramp İranla bağlı təzə taktika işə salıb - "məhdud zərbələr"...

Image


ABŞ Prezidenti Donald Tramp İranla müharibənin başa çatdığını bəyan etsə də, regionda hərbi qarşıdurma səngimək bilmir. Əksinə, son günlər ABŞ qüvvələrinin İran ərazisindəki hərbi obyektlərə zərbələr endirməsi, Tehranın isə buna cavab olaraq Amerika hərbi mövqelərini hədəfə alması gərginliyi yenidən artırıb. Xüsusilə Hörmüz boğazında neft tankerlərinin partlayışlara məruz qalması və dəniz nəqliyyatının təhlükə altında olması vəziyyəti daha da mürəkkəbləşdirir. Belə görünür ki, Vaşinqton müharibənin başa çatdığını elan etsə də, hərbi əməliyyatlar faktiki olaraq davam edir. Bu isə Tramp administrasiyasının siyasi bəyanatları ilə ABŞ ordusunun real addımları arasında ciddi ziddiyyət yaradır.

Trampın İranla müharibənin başa çatdığını bəyan etməsinə baxmayaraq, ABŞ qüvvələrinin İran ərazisinə zərbələr endirməyə davam etməsinin arxasında hansı siyasi və hərbi məqsədlər dayanır? Vaşinqton müharibəni bitmiş hesab edir, yoxsa sadəcə genişmiqyaslı əməliyyatları məhdud zərbələrlə əvəzləyib?

Bəhruz Quliyev: "Tramp müharibənin başa çatdığını elan edə bilər, amma Hörmüz boğazında silahlar susmayınca regionda müharibənin bitdiyini söyləmək mümkün deyil"

Bəhruz Quliyev: "Heydər Əliyev həm də milli medianın inkişaf strategiyasını müəyyənləşdirdi"

"ABŞ Prezidenti Donald Trampın İranla müharibənin başa çatdığı barədə bəyanatları ilə Yaxın Şərqdəki real hərbi-siyasi vəziyyət arasında ciddi ziddiyyət müşahidə olunur. Əslində, bu gün baş verənlər göstərir ki, müharibənin başa çatması ilə bağlı siyasi bəyanatlarla hərbi əməliyyatların faktiki dayandırılması heç də eyni məna daşımır.

Hesab edirəm ki, Tramp administrasiyasının hazırkı strategiyasının arxasında bir neçə mühüm siyasi və hərbi məqsəd dayanır.

Əvvəla, Vaşinqton İranla genişmiqyaslı müharibəni davam etdirməkdə maraqlı görünmür. Çünki belə bir müharibənin ABŞ üçün həm iqtisadi, həm hərbi, həm də siyasi xərcləri kifayət qədər ağırdır. Xüsusilə, Amerika cəmiyyətində müharibəyə münasibət, enerji bazarlarında yaranan qeyri-sabitlik və qarşıdan gələn siyasi çağırışlar Tramp administrasiyasını daha ehtiyatlı davranmağa vadar edir.

Digər tərəfdən, ABŞ müharibəni dayandırmaqdan daha çox, İranın hərbi imkanlarını məhdudlaşdırmaq, onun regional təsir mexanizmlərini zəiflətmək və Tehranın strateji qərarlarına təsir göstərmək xəttini davam etdirir. Bu baxımdan, ayrı-ayrı hərbi obyektlərə zərbələr endirilməsi Vaşinqtonun genişmiqyaslı müharibəyə qayıtmadan hərbi təzyiq vasitəsini əlində saxlamaq cəhdi kimi qiymətləndirilə bilər".

Bu fikirləri "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev "Bakı-Xəbər" qəzetinə deyib.

Ekspert qeyd edib ki, bu məsələnin ən həssas tərəfi Hörmüz boğazıdır. Bu boğaz sadəcə İranla ABŞ arasında mübahisə predmeti deyil. Bura dünya enerji təhlükəsizliyinin əsas arteriyalarından biridir. Burada tankerlərə hücumlar, partlayışlar və gəmiçiliyin təhlükə altına düşməsi bütün dünyanın iqtisadi maraqlarına toxunur. Ona görə də Hörmüzdə baş verənlər artıq regional qarşıdurma çərçivəsini aşaraq qlobal təhlükəsizlik məsələsinə çevrilib.

Digər tərəfdən, Trampın müharibənin başa çatdığını elan etməsi Tehranın da mübarizəni dayandırdığı anlamına gəlmir. İran özünün hərbi və geosiyasi imkanlarını qorumağa, ABŞ-ın regiondakı mövqelərinə təzyiq göstərməyə və Hörmüz boğazından danışıqlarda strateji rıçaq kimi istifadə etməyə çalışır.

"Burada bir mühüm məqam da var ki, Vaşinqton hərbi əməliyyatları məhdudlaşdırmaqla diplomatik danışıqlarda üstün mövqe qazanmaq istəyir. Yəni bir tərəfdən danışıqlara hazır olduğunu nümayiş etdirir, digər tərəfdən isə hərbi təzyiq imkanlarını saxlayır. Bu, əslində, güc nümayişi ilə diplomatiyanın paralel aparılması strategiyasıdır.

Lakin bu siyasətin ciddi riskləri də var. Çünki məhdud zərbələr qarşı tərəfdən daha geniş cavab doğura, bir tankerə hücum bütöv bir regionda eskalasiyaya səbəb ola bilər. Belə vəziyyətdə nəzarət altında saxlanıldığı düşünülən münaqişə gözlənilmədən daha böyük müharibəyə çevrilə bilər.

Mənim qənaətim budur ki, ABŞ İranla müharibəni siyasi ritorika səviyyəsində başa çatmış elan etsə də, strateji qarşıdurma hələ bitməyib. Sadəcə, genişmiqyaslı hərbi əməliyyatlar mərhələsindən məhdud zərbələr, dəniz blokadası, iqtisadi təzyiq və diplomatik manevrlər mərhələsinə keçid müşahidə olunur.

Bu isə o deməkdir ki, regionda sülhün bərqərar olması üçün təkcə Vaşinqtonun bəyanatları kifayət deyil. ABŞ və İran arasında real razılaşma, Hörmüz boğazında təhlükəsiz gəmiçiliyin təmin olunması və tərəflərin qarşılıqlı hərbi təhdidlərdən geri çəkilməsi vacibdir. Əks halda, müharibə rəsmi olaraq başa çatmış sayılsa belə, onun nəticələri və təhlükələri uzun müddət regionu, eləcə də dünya iqtisadiyyatını təhdid etməkdə davam edəcək."-deyə, B.Quliyev əlavə edib.

Akif NƏSİRLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

19.11.2026 / 15:49
Tramp İranla bağlı təzə taktika işə salıb - "məhdud zərbələr"...

19.11.2026 / 15:18
Anna Akopyan Nikol Paşinyanı hakimiyyətdən devirir...(?)

19.11.2026 / 14:46
Qərbi Azərbaycan İcması Tom Lantos Komissiyasını qərəzli yanaşmadan əl çəkməyə çağırdı

19.11.2026 / 14:41
Bakı-İrəvan sülh prosesinin "altına bomba qoyulur" - qatil Monte Melkonyana kino çəkildi...

19.11.2026 / 14:40
Azərbaycanda ərzağa xərclənən pullar artır, lakin başadüşülən səbəblər var...

19.11.2026 / 14:26
Tramp APEC sammitində Cinpin danışarkən yatdı... - VİDEO

19.11.2026 / 14:11
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

19.11.2026 / 13:57
Rusiyanın ABŞ-la yeni bazarlıq planları - Kalininqraddan çıxırıq, Ukraynanı NATO-ya buraxırıq...

19.11.2026 / 13:56
"Ermənistanın 200-dən çox kütləvi məzarlığın yerini açıqlamasını gözləyirik" - Hikmət Hacıyev

19.11.2026 / 13:44
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan Cənubi Qafqazda əsas logistika və energetika habıdır"

19.11.2026 / 13:42
"Heydər Əliyev Fondu Vyetnamla humanitar münasibətlərin dərinləşməsinə fəal surətdə kömək edir" - Prezident

19.11.2026 / 13:40
Prezident: "Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatında iştirakı münasibətlərin mühüm tərkib hissəsidir"

19.11.2026 / 13:37
Paşinyan yeni Konstitusiya qəbul olunmayacağı təqdirdə istefa verəcəyini bəyan etdi...

19.11.2026 / 13:34
"Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir" - Prezident

19.11.2026 / 13:32
Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib

19.11.2026 / 13:21
Cinpin Tayvanla bağlı Trampa çağırış etdi - Tramp ABŞ-ın Tayvanın müstəqilliyini dəstəkləmədiyini dedi...

19.11.2026 / 13:06
Alen Simonyan müxalifəti hədələdi – “yeni Konstitusiya qəbul edilməsə... onları darmadağın edəcəyik”

19.11.2026 / 12:47
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başladı...

19.11.2026 / 12:26
Putin və Tramp arasında görüş keçirildi...

19.11.2026 / 12:07
Xəzərin sahilboyu ərazilərinin idarə olunması üçün yeni mexanizmlər tətbiq ediləcək...

19.11.2026 / 11:59
Simonyan Azərbaycana gəlir...

19.11.2026 / 11:43
Xəzərin sahilindəki qanunsuz tikililərin taleyi necə olacaq? - Açıqlama

19.11.2026 / 11:30
"Xəzərin sahilboyu ərazilərində qanunsuz fəaliyyətlər də mövcuddur" - İlqar Həbiyev

19.11.2026 / 11:17
“Dünya misli görünməmiş kiberdəyişikliklərin yalnız başlanğıcındadır" - DTX rəis müavini

19.11.2026 / 10:30
Bakıda ilk dəfə avtobuslar üçün ayrıca svetofor quraşdırılacaq...

19.11.2026 / 10:07
Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin edildi

19.11.2026 / 10:05
Elçin Babayev Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edildi

19.11.2026 / 09:41
ABŞ-ın üç aviadaşıyıcısından biri Yaxın Şərqi tərk etdi - nə baş verir?

19.11.2026 / 09:12
Vəkil Orxan Kəngərli saxlanıldı

19.11.2026 / 08:50
Azərbaycan Fransanı regionda sülh prosesinə mane olan qərəzli mövqeyindən əl çəkməyə çağırdı

19.11.2026 / 06:02
Çexiya da rus idmançıların ölkəyə girişini yasaqladı

18.11.2026 / 22:36
Ukraynada "ikinci Çernobıl" təhlükəsi... Avropada nüvə qəzası risqi son 40 ilin ən yüksək səviyyəsinə çatdı - 38 ölkədən XƏBƏRDARLIQ...

18.11.2026 / 22:10
İtaliyada İsraili tənqid etmək qadağan edildi...

18.11.2026 / 21:44
Kaya Kallası Rusiya ilə danışıqlarda iştirakdan kim (lər) məhrum etdi...

18.11.2026 / 21:27
9-cu əsrdə Rusiyanı xristianlaşdıran da ermənilər olublarmış...

18.11.2026 / 21:11
Tramp ölkənin “bütün” hərbi gücünü İranın üstünə tökdü...

18.11.2026 / 20:53
Spiker Rubinyan sülh sazişinə Paşinyandan fərqli mövqe göstərdi...

18.11.2026 / 20:36
Ermənistan və Rusiya dəmiryolu üzrə qapalı İşçi qruplar yaratdı...

18.11.2026 / 20:20
Ermənistan parlamentində inanılmaz konstitusiya “bazarlığı” başladı...

18.11.2026 / 20:03
Ermənistanın hökumət sənədində Azərbaycana qarşı “070” kodlu təxribat rəsmiləşdirilir...

18.11.2026 / 19:44
Məmurlar Prezidentin qərarından sui-istifadəni davam etdirirlər...

18.11.2026 / 19:27
Britaniya Avropa İttifaqından çıxmasına peşman olub, yenidən quruma qayıtmaq istəyir

18.11.2026 / 19:15
8 nəfər saxlandı, 104 kiloqram narkotik ələ keçirildi - DİN-dən irimiqyaslı əməliyyat...

18.11.2026 / 19:06
Kollegiyadan saxlanılan vəkillərlə bağlı xəbərlərə REAKSİYA

18.11.2026 / 18:53
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşdü

18.11.2026 / 18:49
Türkiyədə AK Parti iqtidarı “Sözcü TV”-ni də bağladı, müxalifətə qarşı cəza yürüşləri davam edir...

18.11.2026 / 18:34
Din xadimləri dövlət qulluğunda işləyə bilməyəcəklər...

18.11.2026 / 18:19
“Türkiyə və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir” - Yaşar Gülər

18.11.2026 / 18:01
Bakı Dialoqunun yekun Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi yayıldı

18.11.2026 / 17:50
Rusiya Kalininqraddakı qoşunları çıxarmaq müqabilində NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb edir...

18.11.2026 / 17:26
“Ermənistan və Azərbaycan transsərhəd su ehtiyatlarının idarə olunması üzrə işçi qrupları yaradır” - Paşinyan

18.11.2026 / 17:12
Putin və Tramp Çində görüşdü...

18.11.2026 / 17:06
Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib - FOTO

18.11.2026 / 16:50
İnstitut direktoru 6 min, müavinləri 5 min maaş alacaq – Əli Əsədov qərar verdi

18.11.2026 / 16:35
İrəvan Moskvanın dəmir yolu siyasətinə qarşı mövqeyini sərtləşdirdi...

18.11.2026 / 16:20
İran Qars-Gümrü keçidinin açılmasına qarşı çıxdı...

18.11.2026 / 16:19
Azərbaycan Cənubi Qafqazın qapılarını Qərbə açır...

18.11.2026 / 16:11
Azərbaycan dili və informatika dövlət qulluğu imtahanından çıxarılır? - DİM-dən AÇIQLAMA...

18.11.2026 / 16:01
Peskov: APEC sammiti çərçivəsində Putin və Tramp arasında tammiqyaslı danışıqların baş tutacağını gözləmir

18.11.2026 / 15:52
Fransada kütləvi nümayiş günü polislər işə çıxmaqdan imtina edib - Bütün zabitlər xəstəlik məzuniyyətinə çıxıblar

18.11.2026 / 15:41
Putin və Trampın görüşü bu gün axşam saatlarında baş tuta bilər - Uşakov açıqladı...

18.11.2026 / 15:37
"Daşnaksütyun" Qarabağ uğrunda 13 mənasız tələblə cəbhə açdı...

18.11.2026 / 15:14
Prezident İlham Əliyev Oman Sultanını milli bayram münasibətilə təbrik etdi

18.11.2026 / 15:10
Prezident İlham Əliyev Latviya Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib

18.11.2026 / 14:41
Xəzər İran-ABŞ savaşının əsas meydanlarından birinə çevrilir.

18.11.2026 / 14:36
Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavinlərinin sayı artırıldı

18.11.2026 / 14:33
Hörmüz boğazında üç tanker minaya düşdü – boğaz tam bağlandı...

18.11.2026 / 14:18
Ukrayna Krasnodarda iki iri neft emalı zavoduna yenidən zərbə endirdi...

18.11.2026 / 14:01
Putin Tramla görüşdən əvvəl Cinplə iki saatdan çox qapalı görüş keçirdi

18.11.2026 / 13:52
Tramp Çinə gedib

18.11.2026 / 13:49
Almaniya Cənubi Qafqazda Rusiya ilə açıq mübarizəni bəyan etdi...

18.11.2026 / 13:46
Türkiyənin qlobal elektrikləşməni 35 faizə çatdırmaq təşəbüsünə 75 ölkə dəstək verib

18.11.2026 / 13:33
Kərkük folkloru və musiqi irsi gənclərə tanıdıldı

18.11.2026 / 13:30
Körfəzdə gərginlik yenidən artır - İran Küveytdəki ABŞ hərbi bazasını bombaladı...

18.11.2026 / 13:23
"DƏDƏMİZ DƏDƏ MƏDƏD" ADLI TOPLU-KİTABIN TƏQDİMATI KEÇİRİLİB

18.11.2026 / 13:15
“Diplom varsa, avtomatik biliklər də var” – Nazir bu yanaşmanı tənqid etdi

18.11.2026 / 13:07
ABŞ-da Azərbaycan bayrağının endirilməsi xəbərləri yalan çıxdı - Dövlət Komitəsindən açıqlama...

18.11.2026 / 12:55
Alman nazir Azərbaycanı Avropanın enerji təchizatında mühüm tərəfdaş adlandırdı...

18.11.2026 / 12:39
İkinci əl avtomobillərin satışı üçün yeni vergi proseduru müəyyənləşir...

18.11.2026 / 12:25
Kuryerlər də vergiyə cəb edilir - ayda 15 manat ödəyəcəklər...

18.11.2026 / 12:14
Ceyhun Bayramov: "Kiminsə müxalifət nümayəndəsi olması onu hüquqi məsuliyyətdən azad etmir"

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ