Ermənistanın Baş naziri Nikol Paşinyan yeni Konstitusiyanın qəbulu ilə bağlı referendumun nəticəsindən asılı olmayaraq, sənəd qəbul ediləcəyi təqdirdə baş nazir vəzifəsinə namizədliyini irəli sürməyəcəyini açıqlayıb.
Ermənistan mediasının məlumatına görə, Paşinyan bildirib ki, xalq yeni Konstitusiyanın qəbulunu rədd edərsə, istefa verəcək. O, müxalifətin təklifini qəbul etməyəcəyi təqdirdə, hakimiyyətin onu siyasi prosesdən kənarlaşdıracağını da qeyd edib.
Baş nazir əlavə edib ki, referendumun nəticəsindən asılı olmayaraq, xalq onun istefasına nail olmaq üçün etiraz edə bilər.
Paşinyan Ermənistanın müstəqillik dövründə siyasi liderliyinin Daşnaksütyun partiyasının ideologiyası üzərində formalaşdığını bildirib. Onun sözlərinə görə, Ermənistanı münaqişə məntiqindən çıxarmaq lazımdır.
Baş nazir xüsusilə Müstəqillik Bəyannaməsində yer alan “Qərbi Ermənistan” və “Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistanla birləşdirilməsi” müddəalarını tənqid edib. O, bu yanaşmaların ölkəni münaqişə məntiqinə bağladığını vurğulayıb.
Tahir TAĞIYEV