Cümə günü, 20 noyabr 2026
     

Azərbaycan tarixinin öyrənilməmiş səhifələri

Image


Sovet Rusiyasının Polşaya qarşı təcüvüzdə Azərbaycandan istifadə etməsi (1920-ci il)

Azərbaycanla Polşa arasında diplomatik əlaqələrin əsası 1472-ci ildə Ağqoyunlu dövləti tərəfindən qoyulub, sonrakı dövrlərdə də davam etmişdir.

Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra gənc respublikanın dövlət və hərbi quruculuğunda bir çox polyakların əvəzsiz xidməti olmuş, respublikanın süqutunadək ölkəmizin hüdudlarını tərk etməyərək düşmənə qarşı azərbaycanlı qardaşları ilə birgə mübarizə aparmışlar. Azərbaycan Xalq Cümhuriyyəti Silahlı Qüvvələrinin Qərargah rəisi polyak əsilli Azərbaycan generalı Maçiey Sulkieviç olmuşdur.

Azərbaycan xalqının azadlığı və inkişafı naminə fəaliyyət göstərmiş bütün polyaklara minnətdarlıq əlaməti olaraq 2010-cu ildən etibarən Azərbaycan Respublikasının Polşada səfirlyi tərəfindən “Təşəkkürlük xatirəsi” layihəsinin həyata keçirilib. Bu layihə çərçivəsində müxtəlif dövrlərdə Azərbaycanın iqtisadi və mədəni inkişafında, müstəqilliyinin möhkəmlənməsində xidmətləri olmuş polyaklara Polşa ərazisində 2012-2015-ci illər ərzində 12 abidə qoyulmuşdur.

Azərbaycan Xalq Cümhuriyyətinin bolşeviklər tərəfindən işğalından sonra bir sıra azərbaycanlı zabitlər 1923-1924-cü illərdə mühacirət edərək Polşa ordusunda müqavilə əsasında xidmər etmişlər. Bunlardan Vəli bəy Yadigarov, İsrafil bəy Məhəmməd, Kazım bəy Cahangir, Həmid bəy Məmmədzadə, Kazım bəy Səfəroğlunu göstərmək olar.

Bu faktlar hər iki xalqın müxtəlif illərdə iqtisadi, mədəni, hərbi əlaqələrin inkişafında maraqlı olduğunu sübut edir. Lakin Rusiyanın müstəmləkəçilik siyasəti bu əlqaələrin inkişafına imkan verməmişdir.

Bolşeviklər çevriliş yolu ilə Rusiyada hakimiyyətə gəldikdən sonra “Millətlərin öz müqəddaratını təyin etmək hüququ” haqqında elan etdikləri şüarın əksinə olaraq imperiyanı başqa adla bərpa etmək siyasətinə üstünlük verdilər. Bolşeviklər çar Rusiyasının süqutundan sonra yaranmış müstəqil dövlətlərə qarşı açıq təcavüz siyasəti həyata keçirdilər. Bu zaman işğal etdiyi ərazilərin canlı qüvvələrindən digər ərazilərin işğalında istifadə etdilər ki, bu da klassik müstəmləkə siyasətini yeni formada davamı idi. Buna misal olaraq Azərbaycan Xalq Cümhuriyyətinin işğalından sonra Polşaya qarşı təcüvüzdə sovet Rusiyasının “1-ci Bakı kommunist polku” adlandırdıqları alaydan və Azərbaycanın digər əhalisindən istifadəsini göstərmək olar.

Polşanın istiqlalı uğrunda bolşeviklərə qarşı döyüşlərdə iştirak etməklə şərəfli ömür yaşamış azərbaycanlılar haqqında elmi ədəbiyyatda məlumatlar olsa da, bolşeviklərin Polşaya qarşı təcüvüzdə istifadə etdikləri, sovet siyasətinin qurbanı olmuş azərbaycanlıların acı taleyi haqqında demək olar ki, məlumatlar yox dərəcəsindədir.

1919 - 1921-ci illəri əhatə etmiş Sovet - Polşa müharibəsinin həlledici mərhələsi olan 1920-ci ilin may ayında Azərbaycandan hərbiçilərin Polşaya göndərilməsi tariximizin qara səhifələrindən biridir. Polşa ordusunun 1920-ci ilin may ayında Ukrayna istiqamətində hücuma keçərək Kiyevi ələ keçirdikdın sonra “1-ci Bakı kommunist polku” nun və Azərbaycandan olan digər hərbiçilərin bolşeviklər tərəfindən müharibəyə cəlb edilməsi ilə bağlı elmi ədəbiyyatda çox az məlumat var. Bu qüvvələrin 1920-ci ilin iyun-iyul aylarında baş vermis Varşava, sentyabr ayında olmuş Neman çayı ətrafında döyüşlərində iştiraklarına aid isə demək olar ki, heç bir məlumat yoxdur. Sovet- Polşa müharibəsi, hərbi əsirlərin siyahısı haqqında və s. məlumatların Polşa Milli Xatirə İnstitutunda (IPN), Polşa Mərkəzi Hərbi Arxivində, 1-ci Bakı polku Polşaya hansı hərbi birləşmənin tərkibində göndərilməsi, şəxsi heyətin siyahısı və 1920-ci ildən sonrakı hadisələrə dair sənədlərin Azərbaycan Respublikası Dövlət Axivində saxlanınması haqqında məlumatlar olsa da bu sənədlər indiyənə qədər araşdırılmayıb. Gələcəkdə tədqiatçıların bu istiqamətdə araşdırmalar aparmalarına ciddi ehtiyac var. Bunun elmi şəkildə obyektiv tədqiqi əvvəlki illərdə olduğu kimi bu gün də çox aktualdır.

Bolşevik Rusiyasının 1920-ci ildə Polşaya Azərbaycandan hərbi qüvvə göndərməsi ilə çar Rusiyasının XIX əsrin 30-cu illərində Qubadan Varşava süvari alayına atılılar toplamaq əməliyyatı arasında fikrimizcə müəyyən oxşarlıq var. Hər ikisi Rusiyanın müxtəlif dövrlərə aid yeritdiyi müstəmləkə siyasətinə aid etmək olar. 1837-ci ildə ba. vermiş güclü Quba üsyanının əsas səbəblərindən biri də məhz bu ərazidən Varşava süvari alayına atılılar toplamağa qarşı etiraz olmuşdur.

İşğalçı sovet rejimi Polşa və Vrangel ağqvardiyaçılarına qarşı Azərbaycan əhalisindən istifadə etdiyinə dair sovet dövründə nəşr olunmu kitablarda az da olsa faktlar mövcuddur. Məsələn, 1958-ci ildə nəşr olunmuş “Azərbaycan Kommunist Partiyasının Tarixi” kitabının I hissəsinin 419-cu səhifəsində qeyd olunur ki, “Polşa panlarına və Vrangel ağqvardiyaçı quldur dəstələrinə qarşı mübarizədə Qızıl Orduya Sovet Rusiyası, Ukrayna və Belorusiya Sovet Sosialist Respublikalarının zəhmətkeşləri ilə birlikdə Sovet Azərbaycanın fəhlə və kəndliləri də böyük yardım göstərdilər... 1920-ci il mayın 26-da 1-ci Bakı kommunist polku Bakıdan Polşa cəbhəsinə göndərildi. Azərbaycandan cəbhəyə minlərlə başqa kommunist, bitərəf fəhlə və kəndlilər də getdi.”

Sovet tarixşünaslığında olan bu faktlar sonradan tədqiqat obyekti olmadığından bolşeviklərin Polşaya göndərdiyi hərbi hissələrin tərkibində nə qədər azərbaycanlının olması, bunların şəxsiyyəti və sonrakı taleləri haqqında məlumat əldə etmək hələlik mümkün olmamışdı.

Fikrimizcə, mövzunu obyektiv şəkildə araşdırmaq üçün aşağıdakı suallara cavab tapmaq vacibdir:

- Sovet işğalına qarşı Gəncədə güclü xalq üsyanı (26-31 may 1920) başlayan gün, yəni 1920-ci il mayın 26-da Bakıdan Polşa cəbhəsinə göndərilən “1-ci Bakı kommunist alayı”nın və digər hərbi qüvvələrin tərkibi kimlərdən ibarət olub və bu alayın şəxsi heyətinin neçə faizini azərbaycanlılar təşkil edib?

- Polşa qarşı hərbi əməliyyatlara cəlb edilmiş azərbaycanlılar sovet tarixşünaslığının yazdığı kimi könüllülərdən ibarət olub, yoxsa onlar zor gücünə bu təcüvüzdə iştirak ediblər?

- Bakıda neçə bu cür alayyaradılıb və hansı ərazilərdə bolşeviklərin təcüvüzkar siyasətinin qurbanına çevriliblər?

- Bolşeviklər tərəfindən Polşaya qarşı təcüvüzdə istifadə etdikləri hərbiçilərin sonrakı taleyi necə oldu? Onlar da sonradan represiyaya məruz qaldılarmı? və s.

Bu suallara obyektiv cavabların tapılması Rusiyanın işğalçı siyasətinin qonşu xalqlara qarşı yaratdığı faciələrə aid yeni faktların ortaya çıxmasına və tariximizin qaranlıq səhifələrindən birinin obyektiv tədqiqnə kömək edə bilər.

Məhərrəm Zülfüqarlı
t.ü.e.d., professor



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

SON XƏBƏRLƏR

20.11.2026 / 00:11
Qarakənd faciəsindən 35 il ötür...

20.11.2026 / 00:01
Bu gün Ağdam Şəhəri Günüdür - Qarabağın dirçəliş rəmzinə çevrilən Ağdam...

19.11.2026 / 22:53
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri

19.11.2026 / 22:35
Sadiq həmişə müharibənin qələbə ilə bitəcəyini deyirdi…

19.11.2026 / 21:58
Yeni prezident seçkilərinə qədər Əkrəm İmamoğluna “siyasətlə məşğulluq” qadağası qoyuldu...

19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

19.11.2026 / 21:17
Almaniya Cənubi Qafqazda sülh prosesi ilə bağlı yeni kurs elan etdi...

19.11.2026 / 21:04
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı videoçarx paylaşılıb

19.11.2026 / 20:50
Paşinyan Azərbaycan XİN-lə tam razılaşdı...

19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

19.11.2026 / 20:15
Aşqabad bütün istiqamətlərdə diplomatiyanı dəyişir, tək Türk birliyindən başqa - Şok səbəblər...

19.11.2026 / 19:55
Paşinyandan üsyan etdi - 1870-ci illərdən bəri... bizi türklərə düşmən etdilər...

19.11.2026 / 19:35
Sumqayıtda “Psixologiya və Şəxsi İnkişaf” forumu keçirilib - FOTO

19.11.2026 / 19:18
2023-cü ilin 1 yanvarından bu yana 220 manat məbləği dəyişməyib - niyə?

19.11.2026 / 19:02
Ermənistan Alban irsini özününküləşdirərək UNESCO-ya daxil etmək istəyir – TƏXRİBAT

19.11.2026 / 18:56
Tramp Putin və Cinpinlə görüşdə İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyini bəyan etdi...

19.11.2026 / 18:43
Putindən sərt mesajlar - Krım körpüsünə cavab, ərazi məsələsində güzəştsizlik və Qərbə xəbərdarlıq...

19.11.2026 / 18:41
ORMEŞƏNİN ŞƏRƏF DASTANI - Vətənə, qəhrəmanlığa və yaddaşa yazılan əbədi abidə

19.11.2026 / 18:28
YAP: 34 illik zəngin siyasi irs və yeni dövrün strateji hədəfləri

19.11.2026 / 18:23
Sahibə Qafarova Türkmənistanda Matviyenko ilə görüşdü

19.11.2026 / 18:21
Şəhid adı əbədidir...

19.11.2026 / 18:18
Ermənistanda TRIPP layihəsinin həyata keçirilməsi üçün vəsait ayırdı...

19.11.2026 / 18:13
Putin, Tramp və Si Cinpin sülh haqqında Bəyannamə qəbul etdilər

19.11.2026 / 18:01
İranın ağası və... dığası - YUNUS OĞUZ yazır

19.11.2026 / 17:57
Səməd Vurğunun böyük Vətən sevgisi

19.11.2026 / 17:41
“Deputatların “üsyankar” çıxışları idarə olunur” - İddia...

19.11.2026 / 17:24
Astanada TÜRKPA Səhiyyə komitələri üzvlərinin 3-cü iclası keçirilib

19.11.2026 / 17:10
Prezident İlham Əliyev Vyetnama səfərə edib - FOTO

19.11.2026 / 16:55
Çində tarixi görüş - Putin, Tramp və Cinpin nələri müzakirə etdi...

19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

19.11.2026 / 16:10
Almaniya Qafqazda ümidini Azərbaycana bağladı - enerjinin gücü budur bax...

19.11.2026 / 15:49
Tramp İranla bağlı təzə taktika işə salıb - "məhdud zərbələr"...

19.11.2026 / 15:18
Anna Akopyan Nikol Paşinyanı hakimiyyətdən devirir...(?)

19.11.2026 / 14:46
Qərbi Azərbaycan İcması Tom Lantos Komissiyasını qərəzli yanaşmadan əl çəkməyə çağırdı

19.11.2026 / 14:41
Bakı-İrəvan sülh prosesinin "altına bomba qoyulur" - qatil Monte Melkonyana kino çəkildi...

19.11.2026 / 14:40
Azərbaycanda ərzağa xərclənən pullar artır, lakin başadüşülən səbəblər var...

19.11.2026 / 14:26
Tramp APEC sammitində Cinpin danışarkən yatdı... - VİDEO

19.11.2026 / 14:22
Parakənd Xalkolit yaşayış yeri

19.11.2026 / 14:11
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

19.11.2026 / 13:57
Rusiyanın ABŞ-la yeni bazarlıq planları - Kalininqraddan çıxırıq, Ukraynanı NATO-ya buraxırıq...

19.11.2026 / 13:56
"Ermənistanın 200-dən çox kütləvi məzarlığın yerini açıqlamasını gözləyirik" - Hikmət Hacıyev

19.11.2026 / 13:44
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan Cənubi Qafqazda əsas logistika və energetika habıdır"

19.11.2026 / 13:42
"Heydər Əliyev Fondu Vyetnamla humanitar münasibətlərin dərinləşməsinə fəal surətdə kömək edir" - Prezident

19.11.2026 / 13:40
Prezident: "Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatında iştirakı münasibətlərin mühüm tərkib hissəsidir"

19.11.2026 / 13:37
Paşinyan yeni Konstitusiya qəbul olunmayacağı təqdirdə istefa verəcəyini bəyan etdi...

19.11.2026 / 13:34
"Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir" - Prezident

19.11.2026 / 13:32
Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib

19.11.2026 / 13:21
Cinpin Tayvanla bağlı Trampa çağırış etdi - Tramp ABŞ-ın Tayvanın müstəqilliyini dəstəkləmədiyini dedi...

19.11.2026 / 13:06
Alen Simonyan müxalifəti hədələdi – “yeni Konstitusiya qəbul edilməsə... onları darmadağın edəcəyik”

19.11.2026 / 12:47
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başladı...

19.11.2026 / 12:26
Putin və Tramp arasında görüş keçirildi...

19.11.2026 / 12:12
Xeyirxahlıq missiyası

19.11.2026 / 12:07
Xəzərin sahilboyu ərazilərinin idarə olunması üçün yeni mexanizmlər tətbiq ediləcək...

19.11.2026 / 11:59
Simonyan Azərbaycana gəlir...

19.11.2026 / 11:43
Xəzərin sahilindəki qanunsuz tikililərin taleyi necə olacaq? - Açıqlama

19.11.2026 / 11:30
"Xəzərin sahilboyu ərazilərində qanunsuz fəaliyyətlər də mövcuddur" - İlqar Həbiyev

19.11.2026 / 11:17
“Dünya misli görünməmiş kiberdəyişikliklərin yalnız başlanğıcındadır" - DTX rəis müavini

19.11.2026 / 10:30
Bakıda ilk dəfə avtobuslar üçün ayrıca svetofor quraşdırılacaq...

19.11.2026 / 10:07
Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin edildi

19.11.2026 / 10:05
Elçin Babayev Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edildi

19.11.2026 / 09:41
ABŞ-ın üç aviadaşıyıcısından biri Yaxın Şərqi tərk etdi - nə baş verir?

19.11.2026 / 09:12
Vəkil Orxan Kəngərli saxlanıldı

19.11.2026 / 08:50
Azərbaycan Fransanı regionda sülh prosesinə mane olan qərəzli mövqeyindən əl çəkməyə çağırdı

19.11.2026 / 06:02
Çexiya da rus idmançıların ölkəyə girişini yasaqladı

18.11.2026 / 22:36
Ukraynada "ikinci Çernobıl" təhlükəsi... Avropada nüvə qəzası risqi son 40 ilin ən yüksək səviyyəsinə çatdı - 38 ölkədən XƏBƏRDARLIQ...

18.11.2026 / 22:10
İtaliyada İsraili tənqid etmək qadağan edildi...

18.11.2026 / 21:44
Kaya Kallası Rusiya ilə danışıqlarda iştirakdan kim (lər) məhrum etdi...

18.11.2026 / 21:27
9-cu əsrdə Rusiyanı xristianlaşdıran da ermənilər olublarmış...

18.11.2026 / 21:11
Tramp ölkənin “bütün” hərbi gücünü İranın üstünə tökdü...

18.11.2026 / 20:53
Spiker Rubinyan sülh sazişinə Paşinyandan fərqli mövqe göstərdi...

18.11.2026 / 20:36
Ermənistan və Rusiya dəmiryolu üzrə qapalı İşçi qruplar yaratdı...

18.11.2026 / 20:20
Ermənistan parlamentində inanılmaz konstitusiya “bazarlığı” başladı...

18.11.2026 / 20:03
Ermənistanın hökumət sənədində Azərbaycana qarşı “070” kodlu təxribat rəsmiləşdirilir...

18.11.2026 / 19:44
Məmurlar Prezidentin qərarından sui-istifadəni davam etdirirlər...

18.11.2026 / 19:27
Britaniya Avropa İttifaqından çıxmasına peşman olub, yenidən quruma qayıtmaq istəyir

18.11.2026 / 19:15
8 nəfər saxlandı, 104 kiloqram narkotik ələ keçirildi - DİN-dən irimiqyaslı əməliyyat...

18.11.2026 / 19:06
Kollegiyadan saxlanılan vəkillərlə bağlı xəbərlərə REAKSİYA

18.11.2026 / 18:53
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşdü

18.11.2026 / 18:49
Türkiyədə AK Parti iqtidarı “Sözcü TV”-ni də bağladı, müxalifətə qarşı cəza yürüşləri davam edir...

18.11.2026 / 18:34
Din xadimləri dövlət qulluğunda işləyə bilməyəcəklər...

18.11.2026 / 18:19
“Türkiyə və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir” - Yaşar Gülər

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ