ABŞ Prezidenti Donald Trampın administrasiyası Ukrayna və Rusiya arasında sülh sazişinin 2027-ci ilin yanvar ayının əvvəlinədək əldə olunmasına nail olmağı planlaşdırır.
“Financial Times” qəzetinin yazdığına görə, Vaşinqton bu niyyəti Avropa və Ukrayna rəsmilərinə çatdırıb. Administrasiyanın hədəfi ABŞ Konqresində demokratların nəzarəti ələ almasından əvvəl müharibənin başa çatdırılması ilə bağlı razılığa nail olmaqdır.
Məlumatda qeyd olunur ki, 2026-cı ilin noyabrında keçirilən aralıq seçkilərdən sonra Respublikaçılar Partiyası Konqresin hər iki palatasında nəzarəti itirib. Demokratların hakim mövqelərini gücləndirməsindən sonra Ağ Evə Ukraynaya hərbi və maliyyə yardımının artırılması, eləcə də Moskva ilə bağlı mövqeyin sərtləşdirilməsi istiqamətində təzyiqlərin artacağı gözlənilir.
Tahir TAĞIYEV