Cümə günü, 20 noyabr 2026
     

Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

Image


Çində keçirilən görüş zamanı üç dünya liderinin Qəzzada davam edən müharibə ilə bağlı heç bir fikir bildirməməsi diqqət çəkib. Yaxın Şərqdə baş verən hadisələrin beynəlxalq gündəmin əsas mövzularından biri olduğu, Qəzzadakı humanitar vəziyyətin geniş müzakirə edildiyi bir vaxtda bu susqunluq müxtəlif suallar doğurur. Belə bir mövqenin diplomatik ehtiyatlılıqdan, siyasi maraqlardan, yoxsa tərəflərin müəyyən məsələlərdə ortaq mövqe nümayiş etdirmək istəyindən qaynaqlandığı müzakirə mövzusudur.

Çində keçirilən görüşdə Qəzza müharibəsinin ümumiyyətlə müzakirə olunmaması hansı siyasi və diplomatik mesajı verir? Bu susqunluğu tərəflərin Yaxın Şərq məsələsində maraqlarının üst-üstə düşməməsi, yoxsa müəyyən geosiyasi hesablamalarla izah etmək mümkündür?

ABŞ, Çin və Rusiya liderlərinin iştirakı ilə keçirilən üçtərəfli görüş beynəlxalq münasibətlər sistemində diqqət çəkən hadisələrdən biri olsa da, onun qlobal təhlükəsizliyin təmin olunmasına real töhfə verəcəyi ilə bağlı gözləntilər özünü doğrultmadı. Görüşün yekununda bəyannamənin qəbul edilməsi müəyyən siyasi razılaşmaların əldə olunduğunu göstərsə də, beynəlxalq gündəliyin ən ağrılı məsələlərindən biri olan Qəzza böhranının müzakirə edilməməsi ciddi suallar doğurur. Xüsusilə dünyanın aparıcı güclərinin bir araya gəldiyi platformada humanitar fəlakətə çevrilmiş bu problemin diqqətdən kənarda qalması görüşün mahiyyəti və prioritetləri barədə mübahisələri gücləndirir.

Məhəmməd Əsədullazadə: "Qəzza məsələsinin gündəmə gətirilməməsi görüşə kölgə saldı"

Məhəmməd Əsədullazadə

Politoloq Məhəmməd Əsədullazadə məsələ ilə əlaqədar "Bakı-Xəbər" qəzetinə açıqlamasında bildirib ki, ABŞ, Çin və Rusiya liderlərinin görüşündə qəbul edilən bəyannaməyə baxmayaraq, bu toplantının beynəlxalq təhlükəsizliyin təmin olunmasında ciddi rol oynayacağına inanmaq çətindir.

Politoloqun sözlərinə görə, görüş iştirakçılarının mövqeləri ümumi beynəlxalq maraqlardan daha çox ayrı-ayrı dövlətlərin geosiyasi və siyasi prioritetləri əsasında formalaşıb: "Göründüyü kimi, bu görüşdə Qəzza məsələsi müzakirə olunmadı. Bu da onu göstərir ki, toplantı heç də beynəlxalq təhlükəsizliyin təmin olunmasına xidmət edən ciddi siyasi platforma təsiri bağışlamır. Sadəcə olaraq, bu ölkələrin öz maraqları var. Çin, Rusiya və ABŞ məsələlərə məhz öz geosiyasi maraqları çərçivəsində yanaşırlar. Qəzza məsələsində də tərəflərin mövqeləri üst-üstə düşmədiyindən bu problem görüşün gündəliyinə daxil edilməyib".

M.Əsədullazadə hesab edir ki, Qəzza böhranının müzakirədən kənarda qalması görüşün siyasi əhəmiyyətinə kölgə salan əsas məqamlardan biridir. Çünki Qəzzada baş verənlər artıq yalnız regional münaqişə deyil, beynəlxalq münasibətlər sisteminin ən ciddi böhranlarından birinə çevrilib. Burada yaşanan humanitar faciə, mülki əhalinin üzləşdiyi ağır vəziyyət və siyasi qarşıdurmanın dərinləşməsi dünya dövlətlərinin daha fəal mövqe nümayiş etdirməsini zəruri edir.

Politoloqun fikrincə, ABŞ-ın Qəzza məsələsinin müzakirəyə çıxarılmasında maraqlı olmaması ehtimalı da diqqətdən kənarda qalmamalıdır. Vaşinqtonun İsrailə münasibəti və Donald Trampla İsrailin Baş naziri Benyamin Netanyahu arasında mövcud siyasi yaxınlıq bu məsələdə ABŞ-ın mövqeyinə təsir edən amillərdən biri ola bilər. Belə bir şəraitdə Qəzza probleminin üç böyük dövlətin müzakirə platformasından kənarda qalması təsadüfi görünmür.

M.Əsədullazadə qeyd edib ki, görüşdə Yaxın Şərqdəki vəziyyət, İran ətrafında baş verən proseslər və Ukrayna müharibəsi əsas müzakirə mövzuları olub. Lakin bu məsələlərin müzakirəsi də özlüyündə qlobal təhlükəsizlik arxitekturasının formalaşdırılması baxımından ciddi nəticələrin əldə edildiyini göstərmir. Çünki tərəflər arasında fundamental fikir ayrılıqları qalmaqdadır və hər bir dövlət ilk növbədə öz strateji maraqlarını qorumağa çalışır.

Politoloq hesab edir ki, Çin, ABŞ və Rusiya kimi nüvə və geosiyasi gücə malik dövlətlərin bir araya gəlməsi beynəlxalq ictimaiyyətdə müəyyən gözləntilər yaratsa da, qəbul edilən bəyannamə bu gözləntiləri doğrultmayıb. Onun fikrincə, əldə olunan nəticələr daha çox formal və nümayiş xarakteri daşıyır. Görüş iştirakçıları beynəlxalq problemlərin həlli istiqamətində vahid mövqe ortaya qoymaq əvəzinə, öz maraqlarının uzlaşdırılması ilə kifayətləniblər.

Beləliklə, politoloqun qənaətinə görə, üç böyük dövlətin iştirakı ilə keçirilən görüşün əsas çatışmazlığı qlobal böhranlara vahid yanaşmanın formalaşdırılmaması, xüsusilə də Qəzza kimi ciddi humanitar problemin diqqətdən kənarda saxlanılmasıdır. Bu isə qəbul edilən bəyannamənin real siyasi təsir imkanlarını və görüşün beynəlxalq təhlükəsizlik baxımından əhəmiyyətini sual altına qoyur.

Dəniz NƏSİRLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

20.11.2026 / 13:59
AMEA-nın strukturunda dəyişiklik edilib

20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb

20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...

20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı - körpülər vuruldu...

20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi - sonra ondan üzr istəyirəm...

20.11.2026 / 13:03
Vyetnam Azərbaycanda səfirlik açır...

20.11.2026 / 12:51
Jurnalistlər üçün müsabiqə elan edildi

20.11.2026 / 12:36
ABŞ-da hakerlər “Visa”, “Mastercard” və “JPMorgan Chase” müştərilərinin məlumatlarını ələ keçirdi…

20.11.2026 / 12:21
Sahibə Qafarova Qurbanqulu Berdiməhəmmədovla görüşdə iştirak edib

20.11.2026 / 12:14
Uşaqların energetik içkilərə marağı artır – nəzarət gücləndirilə bilər...

20.11.2026 / 12:01
Media və Yayım Şurasının müsabiqələrinin keçirilməsi qaydalarında yenilik edildi

20.11.2026 / 11:50
İspaniya futbolunun dörd nəhəngi İstanbulda üz-üzə gəlir

20.11.2026 / 11:37
Jurnalist müsabiqəsində sosial media aktivliyi də nəzərə alınacaq - YENİ QAYDA...

20.11.2026 / 11:23
Keçmiş təhsil nazirinə yeni vəzifə verildi...

20.11.2026 / 11:09
Dəbilqəsiz elektroskuter sürmək qadağan edilə bilər - Ombudsmandan təklif...

20.11.2026 / 10:54
Bu halda media subyektinə yardım dayandırılacaq...

20.11.2026 / 10:36
Sülhə mane olan sənəd Ermənistanın rəsmi saytlarında açılmır

20.11.2026 / 10:18
Prezident İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb - FOTO/YENİLƏNDİ

20.11.2026 / 10:03
Tramp İrana yeni hücumla bağlı yeni tarix açıqladı – nələrin baş verəcəyini görəcəyik…

20.11.2026 / 09:47
Abşeron-Xızı Təhsil İdarəsinin müdiri yeni vəzifəyə təyin edildi...

20.11.2026 / 09:30
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir

20.11.2026 / 09:20
Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub - FOTO/YENİLƏNDİ

20.11.2026 / 08:41
Prezident İlham Əliyev Hanoyda Ho Şi Minin məqbərəsini ziyarət etdi - FOTO

20.11.2026 / 08:21
Ukraynanın NATO-ya üzvlüyü gündəmdə - yalnız ərazi güzəşti qarşılığında…

20.11.2026 / 08:11
Netanyahunun əsas rəqibi hərəkətə keçdi - Ayzenkot ərəb partiyaları ilə koalisiyaya gedir

20.11.2026 / 08:10
Prezident İlham Əliyev Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət edib - FOTO

20.11.2026 / 08:01
Senat Trampın İrana qarşı müharibə səlahiyyətini məhdudlaşdırmaq cəhdini rədd etdi

20.11.2026 / 00:45
Beynəlxalq Məhkəmədən tarixi qərar... Myanma Arakan müsəlmanlarına qarşı rəsmən soyqırımda ittiham olundu – təzminat ödəyəcəklər…

20.11.2026 / 00:11
Qarakənd faciəsindən 35 il ötür...

20.11.2026 / 00:01
Bu gün Ağdam Şəhəri Günüdür - Qarabağın dirçəliş rəmzinə çevrilən Ağdam...

19.11.2026 / 22:53
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri

19.11.2026 / 22:35
Sadiq həmişə müharibənin qələbə ilə bitəcəyini deyirdi…

19.11.2026 / 21:58
Yeni prezident seçkilərinə qədər Əkrəm İmamoğluna “siyasətlə məşğulluq” qadağası qoyuldu...

19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

19.11.2026 / 21:17
Almaniya Cənubi Qafqazda sülh prosesi ilə bağlı yeni kurs elan etdi...

19.11.2026 / 21:04
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı videoçarx paylaşılıb

19.11.2026 / 20:50
Paşinyan Azərbaycan XİN-lə tam razılaşdı...

19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

19.11.2026 / 20:19
QHT “Süni intellekt dövrünün tələbəsi necə olmalıdır” adlı layihə icra edir...

19.11.2026 / 20:15
Aşqabad bütün istiqamətlərdə diplomatiyanı dəyişir, tək Türk birliyindən başqa - Şok səbəblər...

19.11.2026 / 19:55
Paşinyandan üsyan etdi - 1870-ci illərdən bəri... bizi türklərə düşmən etdilər...

19.11.2026 / 19:35
Sumqayıtda “Psixologiya və Şəxsi İnkişaf” forumu keçirilib - FOTO

19.11.2026 / 19:18
2023-cü ilin 1 yanvarından bu yana 220 manat məbləği dəyişməyib - niyə?

19.11.2026 / 19:02
Ermənistan Alban irsini özününküləşdirərək UNESCO-ya daxil etmək istəyir – TƏXRİBAT

19.11.2026 / 18:56
Tramp Putin və Cinpinlə görüşdə İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyini bəyan etdi...

19.11.2026 / 18:43
Putindən sərt mesajlar - Krım körpüsünə cavab, ərazi məsələsində güzəştsizlik və Qərbə xəbərdarlıq...

19.11.2026 / 18:41
ORMEŞƏNİN ŞƏRƏF DASTANI - Vətənə, qəhrəmanlığa və yaddaşa yazılan əbədi abidə

19.11.2026 / 18:28
YAP: 34 illik zəngin siyasi irs və yeni dövrün strateji hədəfləri

19.11.2026 / 18:23
Sahibə Qafarova Türkmənistanda Matviyenko ilə görüşdü

19.11.2026 / 18:21
Şəhid adı əbədidir...

19.11.2026 / 18:18
Ermənistanda TRIPP layihəsinin həyata keçirilməsi üçün vəsait ayırdı...

19.11.2026 / 18:13
Putin, Tramp və Si Cinpin sülh haqqında Bəyannamə qəbul etdilər

19.11.2026 / 18:01
İranın ağası və... dığası - YUNUS OĞUZ yazır

19.11.2026 / 17:57
Səməd Vurğunun böyük Vətən sevgisi

19.11.2026 / 17:41
“Deputatların “üsyankar” çıxışları idarə olunur” - İddia...

19.11.2026 / 17:24
Astanada TÜRKPA Səhiyyə komitələri üzvlərinin 3-cü iclası keçirilib

19.11.2026 / 17:10
Prezident İlham Əliyev Vyetnama səfərə edib - FOTO

19.11.2026 / 16:55
Çində tarixi görüş - Putin, Tramp və Cinpin nələri müzakirə etdi...

19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ