Cümə günü, 20 noyabr 2026
     

Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

Image


Azər Allahverənov: “Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suveren ərazisində doğulmuş şəxsin doğum yerinin Azərbaycan kimi göstərilməsi beynəlxalq hüququn və coğrafi reallığın məntiqinə uyğundur”

Qarabağdan köçüb getmiş və Ermənistan vətəndaşlığını qəbul etmiş ermənilərin (Ermənistan onları “miqrant” adlandırır) yeni biometrik sənədlərində doğulduğu yer sütununda Azərbaycan qeyd olunub. Ermənistan Daxili İşlər Nazirliyinin Miqrasiya və Vətəndaşlıq Xidməti məsələyə aydınlıq gətirərək bildirib ki, həmin məlumat beynəlxalq aviasiya və ISO standartlarının tələblərinə uyğun olaraq göstərilir. Bildirilib ki, əks halda, şəxslərin dövlətlərarası səfərlər zamanı sərhəd-keçid prosedurlarında problemlərlə üzləşə biləcəyi bildirilir.

Qarabağdan köçmüş ermənilərə verilən pasportlarda doğum yeri kimi Azərbaycanın göstərilməsi məsələsi son vaxtlar müzakirə doğurur. Bu şəxslərin pasportlarında doğum yeri bölməsində Azərbaycan adı qeyd olunur. Bununla bağlı Ermənistan tərəfi məlum izah verib.

Bəs bu izah nə dərəcədə əsaslıdır? Doğrudanmı beynəlxalq standartlar doğum yerinin mütləq Azərbaycan kimi göstərilməsini tələb edir? Əgər həmin şəxslərin doğulduğu ərazi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir, lakin onlar bu ölkənin vətəndaşı deyillərsə, pasportda doğum yerinin göstərilməsi hansı hüquqi normalara əsaslanır? Doğum yeri başqa cür qeyd olunduğu halda, onların dövlətlərarası səfərlərində real olaraq hansı problemlər yarana bilər?

Bu məsələyə miqrasiya qanunvericiliyi və beynəlxalq pasport standartları baxımından necə aydınlıq gətirərdiniz?

Ekspertlərə görə, Ermənistan Daxili İşlər Nazirliyinin Miqrasiya və Vətəndaşlıq Xidmətinin izahı beynəlxalq aviasiya və miqrasiya standartları baxımından tamamilə əsaslıdır. Beynəlxalq səyahət sənədlərinin tərtibatını tənzimləyən qaydalara görə, tanınmamış qondarma qurumların adları və ya mövcud olmayan inzibati vahidlər pasportların "doğum yeri" sütununda qeyd edilə bilməz.

Dünya üzrə pasportların və digər maşınla oxuna bilən səyahət sənədlərinin vahid standartlarını Beynəlxalq Mülki Aviasiya Təşkilatının ICAO Doc 9303 sənədi müəyyən edir:

ICAO Doc 9303 tələb edir ki, sənədlərdə dövlət, vətəndaşlıq və coğrafi məkan (o cümlədən doğum yeri) kodlaşdırılarkən Beynəlxalq Standartlaşdırma Təşkilatının ISO 3166 reyestrindən istifadə olunsun.

ISO 3166-1 yalnız BMT tərəfindən tanınan suveren dövlətlərin və rəsmi ərazilərin kodlarını (məsələn, Azərbaycan üçün AZE, Ermənistan üçün ARM) ehtiva edir. Keçmiş qondarma "Dağlıq Qarabağ Respublikası" və ya "Artsax" heç vaxt BMT və ISO reyestrində mövcud olmayıb.

ICAO qaydalarına görə, doğum yeri sütunu pasportda məcburi deyil (bəzi ölkələr, məsələn Kanada və ya Yaponiya bunu ümumiyyətlə yazmır və ya yalnız şəhər adını qeyd edir). Lakin dövlət bu sütunu pasporta daxil etməyə qərar verirsə və ölkə adını göstərirsə, həmin ölkə mütləq ISO reyestrindəki rəsmi coğrafi mənsubiyyətə uyğun olmalıdır.

Miqrasiya hüququnda vətəndaşlıq (nationality) və doğum yeri (place of birth) tamamilə fərqli anlayışlardır:

• Vətəndaşlıq sütunu şəxsin hazırda hansı dövlətlə hüquqi-siyasi bağlılığının olduğunu göstərir (bu halda ARM — Ermənistan).

• Doğum yeri sütunu isə siyasi mənsubiyyəti deyil, yalnız coğrafi faktı təsbit edir. Beynəlxalq hüquqa görə, Qarabağ bölgəsi beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazisi olduğundan, şəxsin Azərbaycan vətəndaşı olub-olmamasından asılı olmayaraq, onun doğulduğu coğrafi məkanın hüquqi adı Azərbaycandır.

Ekspertlərin qeyd etdiyinə görə, SSRİ dövründə doğulan şəxslərin pasportlarında doğum yeri kimi USSR (və ya SUN) və ya müvafiq müttəfiq respublika yazılsa da, 1991-ci ildən sonra doğulanlar və ya müasir biometrik sistemlərə keçən ölkələr üçün mövcud BMT sərhədləri əsas götürülür.

Əgər Ermənistan biometrik pasportların elektron çipində və vizual zonasında doğum yeri kimi tanınmamış bir ad (məsələn, "Artsax" və ya "NKR") qeyd etsəydi, sənəd sahibləri sərhəd-keçid məntəqələrində ciddi texniki və hüquqi maneələrlə üzləşərdilər:

Yeri gəlmişkən, Ermənistan DİN-nin qeyd etdiyinə görə, əvvəlki illərdə verilmiş köhnə nümunəli pasportlardakı qeyri-standart qeydlər səbəbindən xarici ölkələrin sərhəd xidmətlərindən İrəvana dəfələrlə rəsmi sorğular daxil olub və vətəndaşlar səfərlər zamanı çətinliklərlə üzləşiblər. Yeni biometrik sistemə keçid bu texniki və hüquqi uyğunsuzluğu aradan qaldırmaq məqsədi daşıyır.

Milli Məclisin deputatı, "Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması" İctimai Birliyinin sədri Azər Allahverənov baki-xeber.com-a bildirdi: “Ümumiyyətlə, ilk növbədə bu məsələyə münasibət bildirərkən qeyd etmək istəyirəm ki, vaxtilə Azərbaycanın işğal altında olan ərazilərində yaşamış, sonradan Ermənistana köçərək bu ölkənin vətəndaşlığını əldə etmiş şəxslərin miqrant adlandırılması hüquqi baxımdan düzgün deyil. Çünki miqrant statusu, əsasən, bir dövlətin vətəndaşının başqa dövlətin ərazisində yaşaması ilə bağlı yaranır. Həmin şəxslər müəyyən dövrdə miqrant, yaxud başqa hüquqi statusa malik ola bilərdilər. Lakin sonradan Ermənistan vətəndaşlığı əldə etdikləri halda, artıq onları miqrant kimi təqdim etmək doğru deyil. Düşünürəm ki, Ermənistanın aidiyyəti dövlət qurumları bu məsələdə terminologiyaya daha dəqiq yanaşmalıdırlar.

Ermənistan Daxili İşlər Nazirliyinin Miqrasiya və Vətəndaşlıq Xidmətinin 20 noyabr 2026-cı il tarixli açıqlamasından da görünür ki, əvvəlki nümunəli pasportlarda doğum yeri ilə bağlı qeydlər müxtəlif ölkələrin sərhəd xidmətləri tərəfindən əlavə sualların yaranmasına səbəb olub. Bu isə, görünür, Ermənistanın aidiyyəti strukturlarını məsələyə daha konkret yanaşmağa və yeni biometrik pasport sistemində vahid qaydanın tətbiqinə sövq edib.

Burada əsas məsələ ondan ibarətdir ki, şəxsin doğulduğu yer onun vətəndaşlıq statusunu müəyyən etmir. Pasportda vətəndaşlıq və doğum yeri ilə bağlı məlumatların göstərilməsi bir-birinə zidd deyil. Əksinə, bunlar fərqli hüquqi məzmun daşıyan məlumatlardır. Vətəndaşlıq şəxsin hansı dövlətlə hüquqi-siyasi bağlılığını ifadə edir, doğum yeri isə onun harada dünyaya gəldiyini göstərir.

Məsələyə konkret olaraq Qarabağda doğulmuş erməni əsilli şəxslərin pasportlarında doğum yerinin göstərilməsi kontekstində yanaşsaq, burada hər hansı hüquqi qeyri-müəyyənliyə yer yoxdur. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suveren ərazisində doğulmuş şəxsin doğum yerinin Azərbaycan kimi göstərilməsi beynəlxalq hüququn və coğrafi reallığın məntiqinə uyğundur.

Ermənistanın bu məsələ ilə bağlı istinad etdiyi beynəlxalq standartlara da diqqət yetirmək lazımdır. Beynəlxalq Mülki Aviasiya Təşkilatının — ICAO-nun Machine Readable Travel Documents (Maşınla oxuna bilən səyahət sənədləri) standartı, yəni Doc 9303 sənədi pasportların və digər səyahət sənədlərinin texniki və informasiya standartlarını müəyyən edir.

Həmin sənədin müvafiq müddəalarına əsasən, pasportda doğum yerinin göstərilməsi məcburi tələb deyil. Bu məlumatın pasporta daxil edilməsi sənədi verən dövlətin seçimindədir. Əgər doğum yeri göstərilirsə, bu məlumat şəhər, yaşayış məntəqəsi və ya dövlət adı formasında qeyd oluna bilər. Doğum yeri kimi dövlətin adı göstərildiyi halda isə müvafiq beynəlxalq standartlara uyğun ölkə kodundan istifadə edilir.

Beləliklə, Ermənistanın istinad etdiyi beynəlxalq standartın özü doğum yerinin mütləq ölkə adı ilə göstərilməsini tələb etmir. Əksinə, bu məlumatın pasporta daxil edilib-edilməməsi məsələsini sənədi verən dövlətin qərarına buraxır. Lakin doğum yeri ölkə adı ilə göstərilirsə, həmin ərazinin beynəlxalq səviyyədə tanınmış dövlət mənsubiyyəti nəzərə alınmalıdır”.

A.Allahverənov hesab edir ki, bu baxımdan Qarabağda doğulmuş şəxslərin pasportlarında doğum yerinin Azərbaycan kimi qeyd olunması hüquqi və coğrafi baxımdan əsaslıdır.

“Məlumdur ki, işğal dövründə Azərbaycanın həmin ərazilərində yaşayan erməni əsilli şəxslər arasında kifayət qədər aktiv miqrasiya prosesi baş verib. Bu şəxslər Ermənistan Respublikasının vətəndaş pasportları ilə müxtəlif ölkələrə səfər ediblər. Lakin həmin pasportlarda doğum yeri ilə bağlı təhrif olunmuş coğrafi adların göstərilməsi, eləcə də müxtəlif qeyri-rəsmi qurumlara və rejimə aid atributlardan istifadə edilməsi beynəlxalq sərhəd və miqrasiya xidmətləri tərəfindən əlavə sualların yaranmasına səbəb olub.

Bu məsələdə Ermənistan tərəfinin zamanında ciddi siyasi və hüquqi səhvlərə yol verdiyini düşünürəm. İşğal altında saxlanılan Azərbaycan ərazilərindəki coğrafi adların təhrif olunaraq pasportlarda göstərilməsi beynəlxalq hüququn fundamental prinsiplərinə uyğun deyildi. Azərbaycan tərəfi də uzun müddət bu cür hallarla bağlı etirazlarını və müvafiq müraciətlərini bildirib.

İndi isə görünür, Ermənistan yeni biometrik pasport sisteminin tətbiqi ilə bu məsələdə vahid yanaşma formalaşdırmağa çalışır. Bununla belə, məsələni yalnız texniki və hüquqi dəyişiklik kimi qiymətləndirmək olmaz. Burada siyasi manipulyasiya elementləri də müşahidə olunur. Xüsusilə miqrant anlayışından istifadə etməklə Qarabağdan Ermənistana köçmüş şəxslərin statusunun təqdim edilməsi məsələsində müəyyən yanlışlıqlar var.

Nəticə etibarilə, Ermənistan vətəndaşlığını əldə etmiş Qarabağ erməni əsilli şəxsin pasportunda vətəndaşlıq Ermənistan Respublikası, doğum yeri isə Azərbaycan göstərilə bilər. Bu, heç bir halda bir-birinə zidd olan məlumatlar deyil. Vətəndaşlıq şəxsin hüquqi-siyasi bağlılığını, doğum yeri isə onun dünyaya gəldiyi coğrafi məkanı ifadə edir. Ərazi mənsubiyyəti isə həmin coğrafi məkanın hansı dövlətin beynəlxalq səviyyədə tanınmış suveren ərazisi olduğunu göstərir.

Bu baxımdan, Qarabağda doğulmuş şəxslərin pasportlarında doğum yerinin Azərbaycan kimi qeyd edilməsi həm beynəlxalq hüquqi normalara, həm də coğrafi reallığa uyğundur. Ermənistanın yeni pasport sistemində bu yanaşmanın tətbiq edilməsi, əslində, əvvəlki dövrdə yol verilmiş yanlışlıqların aradan qaldırılması istiqamətində atılan addım kimi qiymətləndirilə bilər”-deyə A.Allahverənov vurğuladı.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

20.11.2026 / 13:59
AMEA-nın strukturunda dəyişiklik edilib

20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb

20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...

20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı - körpülər vuruldu...

20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi - sonra ondan üzr istəyirəm...

20.11.2026 / 13:03
Vyetnam Azərbaycanda səfirlik açır...

20.11.2026 / 12:51
Jurnalistlər üçün müsabiqə elan edildi

20.11.2026 / 12:36
ABŞ-da hakerlər “Visa”, “Mastercard” və “JPMorgan Chase” müştərilərinin məlumatlarını ələ keçirdi…

20.11.2026 / 12:21
Sahibə Qafarova Qurbanqulu Berdiməhəmmədovla görüşdə iştirak edib

20.11.2026 / 12:14
Uşaqların energetik içkilərə marağı artır – nəzarət gücləndirilə bilər...

20.11.2026 / 12:01
Media və Yayım Şurasının müsabiqələrinin keçirilməsi qaydalarında yenilik edildi

20.11.2026 / 11:50
İspaniya futbolunun dörd nəhəngi İstanbulda üz-üzə gəlir

20.11.2026 / 11:37
Jurnalist müsabiqəsində sosial media aktivliyi də nəzərə alınacaq - YENİ QAYDA...

20.11.2026 / 11:23
Keçmiş təhsil nazirinə yeni vəzifə verildi...

20.11.2026 / 11:09
Dəbilqəsiz elektroskuter sürmək qadağan edilə bilər - Ombudsmandan təklif...

20.11.2026 / 10:54
Bu halda media subyektinə yardım dayandırılacaq...

20.11.2026 / 10:36
Sülhə mane olan sənəd Ermənistanın rəsmi saytlarında açılmır

20.11.2026 / 10:18
Prezident İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb - FOTO/YENİLƏNDİ

20.11.2026 / 10:03
Tramp İrana yeni hücumla bağlı yeni tarix açıqladı – nələrin baş verəcəyini görəcəyik…

20.11.2026 / 09:47
Abşeron-Xızı Təhsil İdarəsinin müdiri yeni vəzifəyə təyin edildi...

20.11.2026 / 09:30
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir

20.11.2026 / 09:20
Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub - FOTO/YENİLƏNDİ

20.11.2026 / 08:41
Prezident İlham Əliyev Hanoyda Ho Şi Minin məqbərəsini ziyarət etdi - FOTO

20.11.2026 / 08:21
Ukraynanın NATO-ya üzvlüyü gündəmdə - yalnız ərazi güzəşti qarşılığında…

20.11.2026 / 08:11
Netanyahunun əsas rəqibi hərəkətə keçdi - Ayzenkot ərəb partiyaları ilə koalisiyaya gedir

20.11.2026 / 08:10
Prezident İlham Əliyev Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət edib - FOTO

20.11.2026 / 08:01
Senat Trampın İrana qarşı müharibə səlahiyyətini məhdudlaşdırmaq cəhdini rədd etdi

20.11.2026 / 00:45
Beynəlxalq Məhkəmədən tarixi qərar... Myanma Arakan müsəlmanlarına qarşı rəsmən soyqırımda ittiham olundu – təzminat ödəyəcəklər…

20.11.2026 / 00:11
Qarakənd faciəsindən 35 il ötür...

20.11.2026 / 00:01
Bu gün Ağdam Şəhəri Günüdür - Qarabağın dirçəliş rəmzinə çevrilən Ağdam...

19.11.2026 / 22:53
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri

19.11.2026 / 22:35
Sadiq həmişə müharibənin qələbə ilə bitəcəyini deyirdi…

19.11.2026 / 21:58
Yeni prezident seçkilərinə qədər Əkrəm İmamoğluna “siyasətlə məşğulluq” qadağası qoyuldu...

19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

19.11.2026 / 21:17
Almaniya Cənubi Qafqazda sülh prosesi ilə bağlı yeni kurs elan etdi...

19.11.2026 / 21:04
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı videoçarx paylaşılıb

19.11.2026 / 20:50
Paşinyan Azərbaycan XİN-lə tam razılaşdı...

19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

19.11.2026 / 20:19
QHT “Süni intellekt dövrünün tələbəsi necə olmalıdır” adlı layihə icra edir...

19.11.2026 / 20:15
Aşqabad bütün istiqamətlərdə diplomatiyanı dəyişir, tək Türk birliyindən başqa - Şok səbəblər...

19.11.2026 / 19:55
Paşinyandan üsyan etdi - 1870-ci illərdən bəri... bizi türklərə düşmən etdilər...

19.11.2026 / 19:35
Sumqayıtda “Psixologiya və Şəxsi İnkişaf” forumu keçirilib - FOTO

19.11.2026 / 19:18
2023-cü ilin 1 yanvarından bu yana 220 manat məbləği dəyişməyib - niyə?

19.11.2026 / 19:02
Ermənistan Alban irsini özününküləşdirərək UNESCO-ya daxil etmək istəyir – TƏXRİBAT

19.11.2026 / 18:56
Tramp Putin və Cinpinlə görüşdə İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyini bəyan etdi...

19.11.2026 / 18:43
Putindən sərt mesajlar - Krım körpüsünə cavab, ərazi məsələsində güzəştsizlik və Qərbə xəbərdarlıq...

19.11.2026 / 18:41
ORMEŞƏNİN ŞƏRƏF DASTANI - Vətənə, qəhrəmanlığa və yaddaşa yazılan əbədi abidə

19.11.2026 / 18:28
YAP: 34 illik zəngin siyasi irs və yeni dövrün strateji hədəfləri

19.11.2026 / 18:23
Sahibə Qafarova Türkmənistanda Matviyenko ilə görüşdü

19.11.2026 / 18:21
Şəhid adı əbədidir...

19.11.2026 / 18:18
Ermənistanda TRIPP layihəsinin həyata keçirilməsi üçün vəsait ayırdı...

19.11.2026 / 18:13
Putin, Tramp və Si Cinpin sülh haqqında Bəyannamə qəbul etdilər

19.11.2026 / 18:01
İranın ağası və... dığası - YUNUS OĞUZ yazır

19.11.2026 / 17:57
Səməd Vurğunun böyük Vətən sevgisi

19.11.2026 / 17:41
“Deputatların “üsyankar” çıxışları idarə olunur” - İddia...

19.11.2026 / 17:24
Astanada TÜRKPA Səhiyyə komitələri üzvlərinin 3-cü iclası keçirilib

19.11.2026 / 17:10
Prezident İlham Əliyev Vyetnama səfərə edib - FOTO

19.11.2026 / 16:55
Çində tarixi görüş - Putin, Tramp və Cinpin nələri müzakirə etdi...

19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

19.11.2026 / 16:10
Almaniya Qafqazda ümidini Azərbaycana bağladı - enerjinin gücü budur bax...

19.11.2026 / 15:49
Tramp İranla bağlı təzə taktika işə salıb - "məhdud zərbələr"...

19.11.2026 / 15:18
Anna Akopyan Nikol Paşinyanı hakimiyyətdən devirir...(?)

19.11.2026 / 14:46
Qərbi Azərbaycan İcması Tom Lantos Komissiyasını qərəzli yanaşmadan əl çəkməyə çağırdı

19.11.2026 / 14:41
Bakı-İrəvan sülh prosesinin "altına bomba qoyulur" - qatil Monte Melkonyana kino çəkildi...

19.11.2026 / 14:40
Azərbaycanda ərzağa xərclənən pullar artır, lakin başadüşülən səbəblər var...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ