İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi ABŞ ilə anlaşmaya nail olmaq məqsədilə müzakirələrin davam etdiyini, bununla yanaşı, Tehranın mümkün bütün ssenarilərə hazır olduğunu bildirib. Qəribabadi Məhkəmə-Ədliyyə Sisteminin mətbu orqanı olan "Mizan Online" saytına müsahibəsində diplomatiya imkanlarının hələ də açıq olduğunu vurğulayıb. "Diplomatiya pəncərəsi açıq qalır və müzakirələr aparılır", – deyə o qeyd edib. XİN rəsmisi əlavə edib ki, İran hər hansı digər ssenariyə də tam hazırdır və qarşı tərəf Tehranın mümkün bütün variantlara hazırlıqlı olduğunu anlamalıdır.
İRADƏ