ABŞ Prezidenti Donald Tramp "Fox News" telekanalına müsahibəsində İranı, qarşılıqlı anlaşma memorandumunu imzaladıqdan cəmi bir gün sonra onu pozmaqda ittiham edib. Eyni zamanda, Amerika lideri Tehranla uzunmüddətli bir razılaşma əldə etmək niyyətində olduğunu bildirib; bu razılaşma İranın gələcəkdə nüvə silahına sahib olmasının qarşısını almalıdır. Tramp vurğulayıb ki, İranla bağlanacaq istənilən saziş, ölkənin nüvə silahı əldə etməməsinə təminat verməlidir. "Mən daimi bir razılaşma əldə edəcəyəm", - deyə ABŞ Prezidenti bəyan edib. Tramp həmçinin qeyd edib ki, o, İranda rejim dəyişikliyinə nail olmağa çalışmır və ölkənin hazırkı rəhbərliyini "daha rasional" kimi xarakterizə edib. Daha sonra ABŞ Prezidenti bildirib ki, İranda artıq "köklü rejim dəyişikliyi" baş verib. Onun sözlərinə görə, Vaşinqton hazırda İran rəhbərliyinin "üçüncü eşelon" adlandırdığı qrupla danışıqlar aparır.
SAMİRƏ