Bu gün İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi ABŞ prezidenti Donald Trampın Rusiya və Çin liderləri ilə son görüşünü 1943-cü il Tehran Konfransı ilə müqayisə edən paylaşımına münasibət bildirib. Rzayi "X" hesabındakı paylaşımında müasir siyasi mənzərənin və qlobal güc balansının İkinci Dünya müharibəsi dövründən əsaslı şəkildə fərqləndiyini vurğulayıb. "2026-cı ilin İranı 1943-cü ilin Tehran Konfransının və ya 1945-ci ilin Yalta Konfransının İranı deyil. Eyni zamanda, 2026-cı ilin Amerikası da artıq həmin dövrün Amerikası deyil – o, qalib dövlətdən məğlub dövlətə çevrilib. Dünya dəyişib; köhnə, solğun fotoşəkillərdən istifadə etməklə mövcud dünya nizamını keçmişə qaytarmaq mümkün deyil", – deyə Rzayi qeyd edib.
İRADƏ