Albaniya Xarici İşlər Nazirliyi Ukraynanın Liviya sahillərində Rusiyanın “Merkuri” korvetinə hücum edən dəniz dronlarının Albaniya ərazisindən buraxılması ilə bağlı məlumatları qəti şəkildə təkzib edib.
Nazirliyin “X” sosial şəbəkəsində yaydığı açıqlamada bildirilib ki, Albaniyanın hücumda iştirakı olmayıb və ölkə ərazisindən belə bir əməliyyatın həyata keçirilməsi üçün istifadə edilməyib.
Qurum yayılan məlumatların həqiqətə uyğun olmadığını və təsdiqlənə bilən sübutlara əsaslanmadığını vurğulayıb.
Albaniya XİN bu iddiaları yayanları məlumatları düzəltməyə, həssas məsələlərlə bağlı xəbərlərdə dəqiqliyə və məsuliyyətə riayət etməyə çağırıb.
Tahir TAĞIYEV