Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Almaniyanın müdafiə naziri Boris Pistorius və britaniyalı siyasətçi Ues Stritinq "qeyri-adekvat vəziyyətdədirlər". Rusiya xarici işlər naziri bu fikirləri Qərb siyasətçilərinin Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinə endirdiyi zərbələrlə bağlı bəyanatlarını şərh edərkən səsləndirib. Jurnalistin sualını cavablandıran Lavrov "qeyri-adekvat vəziyyətdə olan insanların bəyanatlarını şərh edə bilmərəm"- deyib. Lavrov bildirib ki, Avropa İttifaqı silah tədarükünü davam etdirmək məqsədilə Ukraynaya möhlət qazandırmağa çalışır. Bundan əvvəl isə Rusiya XİN rəhbəri Avropa siyasətçilərinin Ukraynadakı vəziyyətlə bağlı dialoqa başlamaq üçün şərt kimi irəli sürdükləri tələblərə istehza ilə cavab vermişdi. SAMİRƏ