Avropa İttifaqının neft istehsal edən ölkələri sammiti "ələ keçirməkdə" ittiham etməsindən sonra COP31 iqlim danışıqları iflasa uğrayıb. Türkiyənin Antalya şəhərində aparılan danışıqlar bazar günü dalana dirənib, belə ki, Böyük Britaniya, Aİ və digər tərəflərin nümayəndələri qalıq yanacaqların qeyd olunmadığı yekun saziş layihəsini rədd ediblər.
Cümə günü başa çatması gözlənilən, lakin həftəsonuna qədər uzanan iki həftəlik danışıqlardan sonra COP31 konfransının sədri Murat Kurum heç bir razılaşmanın təsdiqlənmədiyini bildirib. Bazar günü o, "Bu zalda mətnə qarşı çıxan tərəflərin olduğu aydındır. Sənədlə bağlı konsensusun olmadığını qəbul edirik. Buna görə də, bu qərarlar qəbul edilmədi," – deyə qeyd edib. Yeni saziş layihəsinin hazırlanmayacağını bildirən Kurum əlavə edib ki, konsensus olmadığı təqdirdə yeni mətn üzərində işlənilməyəcək." Danışıqlar dayandırılacaq və gələn il yenidən bərpa olunacaq.
Təklif olunan sazişdə ilk dəfə olaraq qlobal istiləşmənin sənayeləşmədən əvvəlki səviyyədən 1,5°C yuxarı olan razılaşdırılmış həddi aşmaq üzrə olduğu etiraf edilirdi. Sənəd, həmçinin, bu artımı geri çevirmək üçün karbonun atmosferdən təmizlənməsi texnologiyalarının inkişafının sürətləndirilməsini tələb edirdi.
SAMİRƏ