Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə 31-ci Konfransı (COP31) qalıq yanacaqlarla bağlı fikir ayrılıqlarına görə yekun saziş imzalanmadan başa çatıb. COP31 prezidenti və Türkiyənin ətraf mühit naziri Murat Kurum sammitin yekun iclasında tərəflərin yekun sənəd üzərində razılığa gələ bilmədiyini açıqlayıb. Euronews xəbər verir ki, planlaşdırılandan iki gün daha uzun davam edən iqlim sammiti faktiki olaraq heç nə ilə başa çatmadı.
Avropa İttifaqı və bir neçə başqa ölkə saziş layihəsini rədd etdi, çünki orada qazıntı yanacaqlarından bəhs edilməyib. Aİ-yə sədrlik edən İrlandiyanın İqlim və Energetika naziri Darragh O'Brien əvvəllər "iqlim dəyişikliyinin əsas hərəkətverici qüvvəsi" olan qazıntı yanacaqları olmadan Aİ-nin sazişi təsdiqləməyəcəyini bildirmişdi, çünki o, "müasir deyildi".
Əvvəlki versiyalarda qazıntı yanacaqlarından sürətli şəkildə imtina tələb olunurdu. Bir neçə ölkənin etirazlarına baxmayaraq, cümə axşamı dərc olunmuş yeni versiyada bu ifadə çıxarıldı və bərpa edilmədi BMT-nin Baş katibi Antonio Quterreş danışıqlarda konsensusun olmamasından "dərin məyusluğunu" bildirib: "İqlim böhranının yaratdığı çətinliklərin öhdəsindən hökumətlərin gəlməsini gözləyən hər kəslə dərin bir məyusluq hissi keçirirəm.
Planetimizin məhvindən faydalananlar onu xilas etmək üçün mübarizənin şərtlərini diktə etməməlidirlər. Qazıntı yanacaqları iqlim böhranını sürətləndirir." Qeyd edək ki, noyabrın 9-da başlayan və rəsmi olaraq noyabrın 20-də (cümə günü) bitməli olan danışıqlar razılıq əldə edilmədiyi üçün iki gün əlavə (bazar gününə qədər) uzadılaraq COP tarixinin ən uzunmüddətli sammitinə çevrilib.
İradə SARIYEVA