Bazar ertəsi günü, 23 noyabr 2026
     

Ərəb ölkələri İrana qarşı birləşir...

Image


ABŞ-İran savaşından ən çox zərər görənlər sırasında Fars körfəzi ölkələri xüsusi yer tutur. Hətta aktiv müharibə getmsə də, yenə bu ölkələr vaxtaşırı hücuma məruz qalır. Bəhreynə, həmçinin Küveytə İran tərəfindən son hücumlar da bunun təsdiqidir. Tehran ABŞ-nin yeni hücumları halında Körfəz ölkələrini daha dağıdıcı zərbələrlə hədələyir. Amma sözügedən ölkələr də artıq Tehranın hücum və təhdidlərindən xilas olmaq üçün İrana qarşı birləşmək, birlikdə hərəkət etmək qərarına gəliblər. Bir tərəfdən ABŞ-ın blokadası və gözlənilən yeni hərbi əməliyyatları, digər tərəfdən ərəb ölkələrinin İrana qarşı birləşməsi, birgə fəaliyyəti Tehranı daha çətin, ağır günlərin gözlədiyini göstərir.

ABŞ ilə davam edən gərginlik fonunda İran qonşu dövlətləri qorxutmağa çalışdı, lakin onlar güzəştə getmək əvəzinə, Tehrana qarşı qüvvələrini birləşdirməyə başladı. Artıq Körfəz ərəb dövlətləri İrana qarşı əvvəlki güzəşt siyasətindən imtina edir və aralarında hərbi əməkdaşlığı gücləndirirlər. Səudiyyə Ərəbistanı bir həftə ərzində İranın dörd dəfə hava hücumuna məruz qalan Bəhreyni dəstəkləyəcəyinə söz verib. Eyni zamanda Körfəz monarxiyaları Küveytdə birgə hərbi qərargah yaradıblar. Əsas məqsəd İranın onlara qarşı hərbi fəaliyyətinə artıq birlikdə cavab verməkdir. Qeyd edək ki, İran 2026-cı ilin fevral ayında müharibənin başlamasından bəri Körfəz ölkələrinə 7000-dən çox raket və dron atıb. İllərdir regionun varlı ərəb ölkələri Tehranı qəzəbləndirməməyə çalışırdılar. Buna görə də, onlar dəfələrlə ABŞ Prezidenti Donald Trampdan Körfəz ərəb dövlətlərini müharibəyə cəlb edə biləcək zərbələr endirməməsini xahiş etdilər və buna nail oldular. Lakin İranın bitməyən təzyiqi artıq mülayim ərəb dövlətlərini, belə demək mümkünsə, qonşularına qarşı artıq “dişlərini göstərməyə” məcbur edir. Son günlərdə İranın Bəhreynə endirdiyi zərbələr ərəb dövlətlərini İrana qarşı daha radikal addımlar atmağa sövq edir.

Bu kiçik, varlı ada dövləti İsrail ilə İbrahim Sazişlərini imzalayıb və ABŞ-nin hərbi dəniz bazasına ev sahibliyi edir. Ər-Riyad Bəhreynin atdığı hər hansı bir addımda onu dəstəkləyəcəyinə söz verib. Küveyt özü son günlərdə ərazisi üzərində İranın dronlarını ələ keçirib. Bundan başqa, ərəb ölkələri İrana qarşı fəaliyyətlərini əlaqələndirməyə başlayıblar. Böyük Britaniyanın “Chatam House” beyin mərkəzinin eksperti Qalip Dalay qeyd edir: “Regional dövlətlərin təhdid qavrayışlarının dəyişən təbiəti onların İrana qarşı strategiyasını formalaşdırır. Ümumilikdə, üç əsas siyasi yanaşma mövcuddur: rejim dəyişikliyi, məhdudlaşdırma və siyasətə əsaslanan müqavimət. ABŞ və İsrail hələ də ilk iki yanaşmaya bağlı qalırlar. Körfəz ərəb dövlətləri isə indi İrana qarşı müqavimət üzərində daha çox fokuslanırlar. Bura təkcə siyasi yox, həm də hərbi müqavimət daxildir. Təbii ki, bu da İran üçün daha böyük çətinliklər deməkdir”.

Körfəz ərəb dövlətlərinin İrana qarşı indiki mövqeyinin formalaşmasında Tehranın hərbi-siyasi addımları müstəsna rol oynayıb. Hələ ABŞ-ın başladığı savaşın ilk günlərində Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Küveyt Amerika ordusunun öz bazalarından İrana hücum etməsinə icazə verməkdən imtina etdilər. Onlar həmin vaxt Trampdan diplomatik razılaşma istəyirdilər. Amma bu ölkələr özləri İran hücumlarının hədəfləri olduqdan sonra Səudiyyə Ərəbistanı və Küveyt öz bazalarını ABŞ qüvvələri üçün yenidən açdılar. Səudiyyə Ərəbistanının narazı salan daha bir məqam İranın təlimatları ilə hərəkət edən Husilərin ölkənin neft infrastrukturuna və ixrac marşrutlarına yaratdığı problemlərdir. Qətər, İordaniya, İraq kimi ölkələr də İrana qarşı vahid cəbhənin yaradılmasında aktiv fəaliyyət həyata keçirirlər. Bu şəraitdə ABŞ və İsrailin İrana qarşı mümkün yeni hərbi əməliyyatları Tehran üçün daha böyük problemlər deməkdir.

İsrailin Milli Təhlükəsizlik Tədqiqatları İnstitutunun baş elmi işçisi Sima Şain qeyd edir: “ABŞ və İsrailin yeni genişmiqyaslı hücumları halında İran Fars körfəzi ölkələrinin enerji infrastrukturunu hədəf almağa cəhd edə bilər. Belə bir ssenari yeni hərbi qarşıdurmaya qarşı çıxan regional hökumətlər arasında ciddi narahatlıq doğurur. O səbəbdən onlar indidən buna qarşı hazırlıq görürlər. Bəhreyn və Küveytə hücumlar da daxil olmaqla, son zamanlar gərginləşən hadisələr də ərəb ölkələrinin hazırlıqlarını sürətləndirir. İranın qonşu İraqla münasibətləri tezliklə məzhəb zəminində toqquşmalara gətirib çıxara bilər. Bunu şərtləndirən səbəb rəsmi Bağdadın İranpərəst qruplardan biri olan “Kataib Hizbullah”la dərinləşən qarşıdurmasıdır. Qruplaşmadan əsas qalaları olan Curf əl-Səxr şəhərini tərk etmələri tələb olunur. Lakin şiə radikal qruplarının əsas himayədarı olan İran İraqdakı müttəfiqlərini silahlarını yerə qoymamağa çağırır. İran İslam İnqilabı Keşikçiləri Korpusuna birbaşa tabe olan İraq şiə qrupu “Kataib Hizbullah” İraq ordusu ilə birbaşa münaqişəyə hazırlaşır. Mərkəzi hökumətin planına əsasən isə, “Kataib Hizbullah” 2014-cü ildən bəri birtərəfli nəzarətdə saxladığı şəhərdən tamamilə çıxmalıdır. Britaniyanın “Chatham House” analitik mərkəzinin tədqiqatçısı Heydər əl-Şakiri bildirir: “İraq hökumətinin addımları artıq ritorikadan real icra mərhələsinə keçib. İraq ordusu, siyasi rəhbərlik və təhlükəsizlik institutları vahid mövqedə qaldığı təqdirdə, Curf əs-Səxrə nəzarəti ələ keçirə bilər. “Kataib Hizbullah”ın İranla münasibətləri bu böhranın regional əhəmiyyətini artırır. Qruplaşma İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələri ilə sıx əlaqələri olan İraqdakı ən güclü silahlı strukturlardan biridir”. Beləliklə, Ərəb ölkələri hələlik İrana qarşı müharibədə birbaşa iştirak etmirlər. İndiyə qədər Körfəz ölkələri özlərini şifahi bəyanatlar və diplomatik tədbirlərlə məhdudlaşdırıblar. Amma real vəziyyət artıq onları da İranla bağlı siyasətlərini kəskin şəkildə dəyişməyə vadar edir.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

23.11.2026 / 17:51
Moskva-İrəvan dəmiryolu toqquşması şiddətlənir - Ermənistanda ruslar sıxışdırılır...

23.11.2026 / 17:47
Ərəb ölkələri İrana qarşı birləşir...

23.11.2026 / 17:39
Avropa liderləri Kremldə Putinin qəbulunda - ABŞ Avropanı nəyə sövq edir...

23.11.2026 / 16:40
Prezident İlham Əliyev Trampa təşəkkür etdi

23.11.2026 / 15:40
Pekindəki "üçlü görüş formatı" heç vaxt təkrar olunmayacaq - Putin eyham vurdu

23.11.2026 / 15:38
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzaladı

23.11.2026 / 14:57
Tramp TRIPP layihəsinin icrasına verdiyi töhfəyə görə Prezident Əliyevə təşəkkür etdi

23.11.2026 / 14:52
Ukrayna ilə saziş naminə Putin yeni şərt irəli sürdü - Avropa liderləri getsin...

23.11.2026 / 14:17
Bəzi hərbi qulluqçuların leytenantlıq müddəti artırılır

23.11.2026 / 14:12
Prezident ətraf mühitin mühafizəsi ilə bağlı qanunlara edilən dəyişiklikləri təsdiqlədi

23.11.2026 / 14:10
TRIPP layihəsinin icrasına start verildi – Naxçıvanla quru bağlantısı reallaşır...

23.11.2026 / 13:53
Ukrayna-Rusiya savaşı Aralıq dənizinə də sıçradı – iki rus gəmisi və helikopteri dənizdə batırıldı...

23.11.2026 / 13:35
Ukraynadan Rusiyanın neft sənayesinə ağır zərbə – Vahid Ələkbərovun şirkətində yanğınlar başladı...

23.11.2026 / 13:18
Ermənistanın yeni Konstitusiya layihəsində kilsəsi ilə bağlı dəyişiklik edildi...

23.11.2026 / 13:03
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Antonio Tayanini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

23.11.2026 / 12:48
Rusiya ilə Hollandiya arasında gərginlik pik həddə – Moskva Haaqaya müharibə mesajı verdi...

23.11.2026 / 12:39
Azərbaycan-İtaliya biznes-forumu çərçivəsində bir sıra sənədlər imzalandı

23.11.2026 / 12:24
Türkiyədən Paşinyana çağırış – sülh istəyirsinizsə, Metsamor AES-i bağlayın...

23.11.2026 / 12:10
Prezident İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul etdi FOTO

23.11.2026 / 12:09
Paşinyan “topu” erməni xalqına atdı...

23.11.2026 / 11:56
Ən çox boşanma bu rayonda qeydə alınıb – SİYAHI

23.11.2026 / 11:43
Ukraynanın gələcəyi ilə bağlı sensasiyalı iddia – Putin NATO modelinə razılaşdı, Donbası tələb edir...

23.11.2026 / 11:27
Çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edildi

23.11.2026 / 11:12
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan etdi

23.11.2026 / 11:07
Astarada saxlanan şəxslərdən 10 kq-dan artıq narkotik aşkarlandı

23.11.2026 / 10:43
Ukrayna Tatarıstandakı neft anbarlarını yenidən vurdu...

23.11.2026 / 10:34
Azərbaycanda ən yüksəkgərginlikli yeni enerji dəhlizi yaradılır

23.11.2026 / 10:29
Ermənistanın yeni Konstitusiya layihəsi açıqlandı – Azərbaycanla sülhə mane olan müddəa çıxarıldı...

23.11.2026 / 10:21
Bakıda Azərbaycan-İtaliya biznes-forumu keçirilir

23.11.2026 / 10:10
Asif Əsgərov “Şöhrət” ordeni ilə təltif edildi

23.11.2026 / 09:52
Hörmüz boğazında təhlükəli eskalasiya – İranın gəmilərə hücumları rekord həddə çatdı...

23.11.2026 / 09:39
Trampdan demokratlara sərt ittiham – onların qələbəsi İran daha da aqressivləşdirdi...

23.11.2026 / 09:24
Şəhərdə təmizliyi pozanları bu qədər cərimə gözləyir...

23.11.2026 / 09:02
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

23.11.2026 / 08:46
Lavrov Almaniya müdafiə naziri və britaniyalı siyasətçini “qeyri-adekvat” adlandırdı

23.11.2026 / 08:40
COP31 danışıqları iflasa uğradı - qalıq yanacaqlarla bağlı mübahisə səbəbindən…

22.11.2026 / 23:18
Tramp İrana yeni ilədək vaxt verdi - hücumları bərpa edəcəyik...

22.11.2026 / 22:46
Pezeşkian həyəcan təbili çaldı – vəziyyətimiz yaxşı deyil... İranda qışda elektrik böhranı yaşana bilər...

22.11.2026 / 22:23
Aralıq dənizində Rusiya gəmisi vuruldu – hücumun arxasında Ukraynanın dayandığı iddia olunur...

22.11.2026 / 21:43
BMT-nin iqlim sammitində qalıq yanacaqlar maneəyə çevrildi - Yekun sənəd imzalanmadı...

22.11.2026 / 20:30
ABŞ Milli Kəşfiyyatının rəhbəri il ərzində ölkədə kiberinsidentlərin sayını açıqlayıb

22.11.2026 / 20:12
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib - FOTO

22.11.2026 / 14:43
WSJ: Tramp Epşteyn əlaqələri səbəbindən katib Lutniki işdən çıxarmağı düşünüb

22.11.2026 / 14:37
NATO Şurası 23 noyabrda Polşaya düşən raketlərlə bağlı hadisəni müzakirə edəcək

22.11.2026 / 14:28
"El Pais": Kallas Rusiya ilə danışıqlar aparmaq üçün real namizəd deyildi

22.11.2026 / 14:04
Qəribabadi: “ABŞ ilə diplomatiya pəncərəsi açıqdır”

22.11.2026 / 14:01
Rzayi: “ ABŞ artıq qalib deyil, məğlub dövlətə çevrilib”

22.11.2026 / 13:23
SEPAH: "ABŞ-a məxsus "MQ-1" tipli PUA Hörmüz boğazında vurulub"

22.11.2026 / 12:55
Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik etdi

22.11.2026 / 12:14
Cənubi Koreyanın təhsil naziri bu səbəbdən istefa verib

22.11.2026 / 11:39
Tramp artıq İranda rejim dəyişikliyinin baş verdiyini deyir - “Üçüncü eşelon” kim(lər)dir?

22.11.2026 / 10:42
Vidadi Qafarovun “Teatr sənət deyil” kitabı: düşüncənin konseptual axtarışları

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ