"Saxta marşrutlar" heç vaxt "real dəhlizləri" əvəz edə bilməz – söhbət istər Hörmüz boğazından keçən cənub marşrutundan, istərsə də TRIPP (Zəngəzur) dəhlizindən getsin. Bunu İranın Ali Rəhbərinin müşaviri Məhəmməd Muxber bəyan edib.
"İranın regiondakı geosiyasi maraqları bizim "qırmızı xətt"imizdir və biz bu maraqların kənara qoyulmasına imkan verməyəcəyik. Hörmüz boğazı nümunəsindən dərs çıxarın", – o deyib. Xatırladaq ki, artıq Ermənistan və ABŞ TRIPP layihəsinin başladığını elan ediblər.
SAMİRƏ