Portuqaliyalı RTP telekanalının məlumatına görə, çərşənbə axşamı qatar maşinistlərinin tətili səbəbindən Portuqaliya qatar xidmətlərinin yarıdan çoxu ləğv edilib.
"Portuqaliya Dəmir Yolları Lissabon, Porto və Koimbra şəhərətrafı, regional və şəhərlərarası qatarların cədvəllərində, eləcə də şəhərətrafı qatarların hərəkətində ciddi pozuntular barədə xəbərdarlıq edib", - deyə telekanal bildirib.
"246 planlaşdırılan qatardan yalnız 106-sı hərəkət edib. Bu, ləğv edilmiş qatarların ümumi sayını 140-a çatdırır ki, bu da 57%-i təşkil edir", - RTP bildirib.
Milli Qatar Maşinistləri Həmkarlar İttifaqı tərəfindən elan edilən tətil dünən başlayıb və cümə gününə qədər davam edəcək. Ləğvlərin pik həddi çərşənbə gününə planlaşdırılıb. Təşkilatçılar əmək haqqının və bonusların artırılmasını, iş şəraitinin yaxşılaşdırılmasını və dəmir yollarında təhlükəsizliyin yaxşılaşdırılmasını tələb edirlər.
İradə SARIYEVA