çərşənbə axşamı günü, 24 noyabr 2026
     

Zelenski nöqtəni qoydu - "Krım körpüsü mövcud olmayacaq"...

Image


Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın NBC telekanalına müsahibəsində bildirib ki, Krım körpüsü Ukraynanın qanuni hərbi hədəfidir və Rusiya Prezidenti Vladimir Putin bu körpünün toxunulmaz qalmayacağını anlamalıdır.

Zelenskinin sözlərinə görə, Krım 2014-cü ildən Rusiya tərəfindən işğal olunub və Moskvanın yarımadanı öz ərazisi elan etməsi beynəlxalq səviyyədə tanınmayıb. O vurğulayıb ki, Rusiya Krım körpüsünü tikərək onu öz ərazisinin bir hissəsi kimi təqdim etməyə çalışsa da, bu, Ukraynanın həmin ərazi üzərində hüquqlarını dəyişmir.

Ukrayna Prezidenti Krım körpüsünə hücumların davam edə biləcəyinə işarə edərək bildirib ki, Rusiya Ukraynaya qarşı hücumlarının nəticələrini özü də hiss etməlidir. Onun sözlərinə görə, Moskva Ukraynanın obyektlərinə zərbələr endirdiyinə görə Kiyev də cavab tədbirləri görməyə məcbur olub. Zelenski əlavə edib ki, Ukrayna Krımın işğalı ilə heç vaxt barışmayacaq və yarımadanın azad edilməsi üçün həm diplomatik, həm də hərbi vasitələrdən istifadə edəcək.

Müsahibədə Krım körpüsünün Rusiyanın yarımadaya silah və hərbi texnika daşıması üçün istifadə olunduğu da qeyd edilib.

DW-nin məlumatına görə, noyabrın 16-da Krım körpüsünə ilk zərbələrdən sonra nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Sonrakı hücumlar nəticəsində körpünün tağlarından biri və avtomobil yolunun bir hissəsi dənizə uçub. Noyabrın 19-da isə körpünün dəmir yolu hissəsi hədəfə alınıb və ciddi zədələnib.

Rusiya baş nazirinin müavini Marat Xusnullin noyabrın 20-də bildirib ki, körpünün əsas aşırım tirinə və tağına ciddi ziyan dəyib, bərpa müddəti isə hələ məlum deyil. Onun sözlərinə görə, təmir müddəti mühəndislik və layihələndirmə işlərindən sonra müəyyənləşdiriləcək.

Kiyev Milli Nəqliyyat Universitetinin mütəxəssisi Andrey Koretski isə körpünün tam bərpasının 1,5–3 il çəkə biləcəyini bildirib. Onun qiymətləndirməsinə görə, təkcə yeni tağın hazırlanması təxminən bir il vaxt aparacaq. Bundan sonra onun yığılması, daşınması və quraşdırılması tələb olunacaq.

Zelenskinin Krım körpüsünü Ukraynanın qanuni hərbi hədəfi adlandırması və onun məhv ediləcəyini bəyan etməsi müharibənin gələcək gedişatı baxımından nə dərəcədə ciddi mesajdır? Bu açıqlama Rusiyaya hansı hərbi və siyasi təzyiq göstərmək məqsədi daşıyır?

Rusiya-Ukrayna müharibəsində tərəflərin strateji hədəfləri getdikcə genişlənir. Ukraynanın Krım körpüsünü qanuni hərbi hədəf elan etməsi isə Kiyevin müharibənin gedişində daha sərt və fəal strategiyaya keçdiyini göstərir. Bu addım həm hərbi-logistik, həm də siyasi-psixoloji baxımdan Rusiya üçün ciddi əhəmiyyət daşıyır. Krım körpüsü Moskva üçün sadəcə nəqliyyat infrastrukturu deyil, həm də Krımın ilhaqının simvoludur.

Zeynal Əmrəliyev: "Ukraynanın ən güclü strategiyası Rusiyanın növbəti zərbənin haradan gələcəyini bilməməsidir"

Zeynal Əmrəliyev:

Politoloq Zeynal Əmrəliyev məsələ ilə əlaqədar "Bakı-Xəbər" qəzetinə açıqlamasında bildirib ki, Krım körpüsünün vurulması və sıradan çıxarılması müharibənin gedişinə ciddi təsir göstərə bilər. Onun sözlərinə görə, bu körpü Rusiya üçün strateji logistika xətti olmaqla yanaşı, Krımın Rusiyaya birləşdirilməsinin siyasi simvolu hesab olunur. Buna görə də körpünün məhv edilməsi Rusiyanın həm hərbi mövqelərinə, həm də işğal altında saxladığı ərazilərdəki qüvvələrinin mənəvi-psixoloji vəziyyətinə təsirsiz ötüşməyəcək.

Politoloq qeyd edib ki, Ukrayna Qərbin dəstəyi hesabına hərbi imkanlarını əhəmiyyətli dərəcədə artırıb və hazırda Rusiyaya qarşı daha fəal addımlar atır. Onun fikrincə, məsələ yalnız Krım körpüsü ilə məhdudlaşmaya bilər. Ukraynanın Rusiya ərazisində zərbə endirə biləcəyi çoxsaylı hərbi və strateji obyektlər mövcuddur. Eyni zamanda, Rusiya hərbçilərinə qarşı həyata keçirilən sui-qəsdlər və Ukrayna kəşfiyyatının fəallaşması da müharibənin yeni istiqamətlərindən xəbər verir.

Z.Əmrəliyevin sözlərinə görə, Ukraynanın bu müharibədə əsas üstünlüklərindən biri hərbi əməliyyatların istiqamətini və növbəti hədəfləri qarşı tərəf üçün qeyri-müəyyən saxlamasıdır. Rusiya Ukraynanın hansı istiqamətdən və hansı obyektə zərbə endirəcəyini əvvəlcədən müəyyənləşdirməkdə çətinlik çəkir.

Politoloq hesab edir ki, Krım körpüsünün qanuni hərbi hədəf elan edilməsi rəsmi Kiyevin bu məsələdə geri çəkilmək niyyətində olmadığını göstərir. Buna görə də gələcəkdə körpüyə yeni hücumların və Rusiyanın digər strateji obyektlərinə zərbələrin endirilməsi ehtimalı yüksəkdir.

Dəniz NƏSİRLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

24.11.2026 / 15:59
Portuqaliyada qatarların yarıdan çoxu maşinistlərin tətili səbəbindən yoldan çıxıb

24.11.2026 / 15:57
Tramp və Rutte noyabrın 25-də danışıqlar aparacaqlar

24.11.2026 / 15:50
TRIPP-in açılışı Rusiya və İranın Ermənistana hücumlarını artırır...

24.11.2026 / 15:46
Qalibaf: “Vaşinqton bu yeddi şərti qəbul edənə qədər Tehran regional vəziyyətin nizamlanması üçün danışıqlar aparmaq niyyətində deyil”

24.11.2026 / 15:38
Zelenski nöqtəni qoydu - "Krım körpüsü mövcud olmayacaq"...

24.11.2026 / 15:37
“Özbəkfilm” neyroşəbəkələr vasitəsilə film çəkməyə başlayacaq

24.11.2026 / 14:37
Memarlıq və İncəsənət İnstitutunun əməkdaşının məqaləsi Türkiyədə çapdan çıxıb

24.11.2026 / 14:18
Yunanıstan pasportunda Xankəndi “Stepanakert” kimi göstərilib - XİN faktı araşdıracaq

24.11.2026 / 13:50
ABŞ-da Azərbaycan bayrağı ilə bağlı yayılan məlumatlar təkzib edildi

24.11.2026 / 13:25
İlham Əliyev Beynəlxalq Konqres qarşısında vəzifə qoydu - İpək yolunun bərpa imkanları... - İpək yolunun bərpa imkanları...

24.11.2026 / 12:49
Qafqazda və Azərbaycan memarlığında Kəlbəcər abidələrinin yeri və rolu

24.11.2026 / 12:46
Azərbaycançılıq: milli suverenlik və dövlətçilik ideologiyası

24.11.2026 / 12:31
"Heç bir dastanımızda Azərbaycan kişisinin iki qadını yoxdur" – Gündüz İsmayılov

24.11.2026 / 12:18
Prezidentin sosial şəbəkə hesablarında Monteneqronun Baş nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

24.11.2026 / 11:56
Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib - FOTO

24.11.2026 / 11:55
"Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib" - Prezident

24.11.2026 / 11:31
Prezident İlham Əliyev Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciət ünvanlayıb

24.11.2026 / 11:25
Yaxın Şərq müharibəsi Avropaya sıçraya bilər – Tehran ABŞ-ın Avropadakı müttəfiqlərinə xəbərdarlıq etdi

24.11.2026 / 11:05
ABŞ Suriyaya yenidən qoşun göndərir – 15 ölkənin iştirakı ilə hərbi missiya planı...

24.11.2026 / 10:54
ABŞ-ın hərbi müşayiəti də kömək etmədi – Hörmüzdə daha üç tanker alov aldı...

24.11.2026 / 10:46
ABŞ senatoru Prezident Əliyevi və Paşinyanı təbrik etdi

24.11.2026 / 10:23
Sürücülük hüququ olmayan şəxs ailəsi ilə birlikdə qəzaya düşdü...

24.11.2026 / 10:07
Yaxın Şərq yeni qarşıdurmanın astanasında – Qətər Vaşinqtona xəbərdarlıq etdi...

24.11.2026 / 09:48
Bakıda yeni işıqforlar quraşdırılacaq - avtobus sürücülərinin nəzərinə...

24.11.2026 / 09:12
Hacıqabulda müəmmalı ölüm - ADSEA yayılan məlumatı təkzib etdi

24.11.2026 / 08:40
İran Ali rəhbərinin müşaviri TRİPP-i “saxta dəhliz” adlandırdı - “Hörmüzdən dərs çıxarın” nə deməkdir?

24.11.2026 / 08:05
Rusiya Kosmosa nüvə peyki buraxır? Alman kəşfiyyatından şok xəbər

23.11.2026 / 22:41
Moskvanın Avropada gizli casus əməliyyatı – 20 milyondan çox elanın arxasındakı gizli plan ortaya çıxdı

23.11.2026 / 22:16
Türkiyə NATO-dan çıxa bilər - Fidanın ikibaşlı anonsu...

23.11.2026 / 21:59
İllər əvvəl qırılmış Moskva-Tbilisi dialoqu müəmmalı şəkildə bərpa olundu...

23.11.2026 / 21:56
Hədəf mərkəzdə, ruh yüksəkdə!” – Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbələri üçün oxatma təlimi keçirilib

23.11.2026 / 21:44
Netanyahu Fələstinlə bağlı Teampın planına tam əks şərt irəli sürdü...

23.11.2026 / 21:29
Fürsətçi… YUNUS OĞUZ yazır

23.11.2026 / 21:27
“Azərbaycan Ermənistana öz qubernatorunu göndərəcək, ölkə Bakıdan idarə olunacaq...”

23.11.2026 / 21:10
Trampla Si "üçlü görüş" barədə mətbuat konfransı keçirmədi - səbəb...

23.11.2026 / 21:06
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib - FOTO

23.11.2026 / 21:01
Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət attaşesi “Sərdar Sandıq-Mücrü Ocağı”nda

23.11.2026 / 20:50
Moskva Azərbaycana və Ermənistana yenidən vasitəçilik təklif etdi...

23.11.2026 / 20:37
Ermənistanla müharibədə Azərbaycana dəstək vermiş daha bir dövlətin adı açıqlandı...

23.11.2026 / 20:23
Azərbaycan xarici siyasətdə yeni vektoru fəallaşdırır...

23.11.2026 / 20:08
ABŞ-da Çin şirkətlərinə qarşı təqiblər gücləndi... Tramp-Si görüşü boşa çıxdı...

23.11.2026 / 19:55
Hüquq-mühafizə orqanları Türkmənistanda ucuz ərzaq növbəsinə duranları qorxudur

23.11.2026 / 19:36
Aralıq dənizində Rusiya gəmisini batıran dronlarla bağlı yeni iddia - Albaniya ittihamları rədd etdi...

23.11.2026 / 19:23
Türkiyə müharibəyə (?) hazırlaşır - 81 şəhərdə sığınacaqlar tikilir...

23.11.2026 / 19:07
Səddam Hüseynin təyyarəsi satışa çıxarıldı – qiyməti 900 min dollardır...

23.11.2026 / 18:44
70-ci illərdə ermənilərin Türk dünyasına düşmənçiliyi bu hadisdən başlayıb...

23.11.2026 / 18:21
Azərbaycan ticarət müstəvisində Ermənistanı özündən asılı vəziyyətə salır

23.11.2026 / 17:51
Moskva-İrəvan dəmiryolu toqquşması şiddətlənir - Ermənistanda ruslar sıxışdırılır...

23.11.2026 / 17:47
Ərəb ölkələri İrana qarşı birləşir...

23.11.2026 / 17:39
Avropa liderləri Kremldə Putinin qəbulunda - ABŞ Avropanı nəyə sövq edir...

23.11.2026 / 17:21
AQTA Bakıda məşhur restoranın fəaliyyətini dayandırdı

23.11.2026 / 16:58
Ceyhun Bayramov italiyalı nazirlə görüşdü...

23.11.2026 / 16:40
Prezident İlham Əliyev Trampa təşəkkür etdi

23.11.2026 / 15:40
Pekindəki "üçlü görüş formatı" heç vaxt təkrar olunmayacaq - Putin eyham vurdu

23.11.2026 / 15:38
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzaladı

23.11.2026 / 14:57
Tramp TRIPP layihəsinin icrasına verdiyi töhfəyə görə Prezident Əliyevə təşəkkür etdi

23.11.2026 / 14:52
Ukrayna ilə saziş naminə Putin yeni şərt irəli sürdü - Avropa liderləri getsin...

23.11.2026 / 14:17
Bəzi hərbi qulluqçuların leytenantlıq müddəti artırılır

23.11.2026 / 14:12
Prezident ətraf mühitin mühafizəsi ilə bağlı qanunlara edilən dəyişiklikləri təsdiqlədi

23.11.2026 / 14:10
TRIPP layihəsinin icrasına start verildi – Naxçıvanla quru bağlantısı reallaşır...

23.11.2026 / 13:53
Ukrayna-Rusiya savaşı Aralıq dənizinə də sıçradı – iki rus gəmisi və helikopteri dənizdə batırıldı...

23.11.2026 / 13:35
Ukraynadan Rusiyanın neft sənayesinə ağır zərbə – Vahid Ələkbərovun şirkətində yanğınlar başladı...

23.11.2026 / 13:18
Ermənistanın yeni Konstitusiya layihəsində kilsəsi ilə bağlı dəyişiklik edildi...

23.11.2026 / 13:03
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Antonio Tayanini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

23.11.2026 / 12:48
Rusiya ilə Hollandiya arasında gərginlik pik həddə – Moskva Haaqaya müharibə mesajı verdi...

23.11.2026 / 12:39
Azərbaycan-İtaliya biznes-forumu çərçivəsində bir sıra sənədlər imzalandı

23.11.2026 / 12:24
Türkiyədən Paşinyana çağırış – sülh istəyirsinizsə, Metsamor AES-i bağlayın...

23.11.2026 / 12:10
Prezident İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul etdi FOTO

23.11.2026 / 12:09
Paşinyan “topu” erməni xalqına atdı...

23.11.2026 / 11:56
Ən çox boşanma bu rayonda qeydə alınıb – SİYAHI

23.11.2026 / 11:43
Ukraynanın gələcəyi ilə bağlı sensasiyalı iddia – Putin NATO modelinə razılaşdı, Donbası tələb edir...

23.11.2026 / 11:27
Çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edildi

23.11.2026 / 11:12
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan etdi

23.11.2026 / 11:07
Astarada saxlanan şəxslərdən 10 kq-dan artıq narkotik aşkarlandı

23.11.2026 / 10:43
Ukrayna Tatarıstandakı neft anbarlarını yenidən vurdu...

23.11.2026 / 10:34
Azərbaycanda ən yüksəkgərginlikli yeni enerji dəhlizi yaradılır

23.11.2026 / 10:29
Ermənistanın yeni Konstitusiya layihəsi açıqlandı – Azərbaycanla sülhə mane olan müddəa çıxarıldı...

23.11.2026 / 10:21
Bakıda Azərbaycan-İtaliya biznes-forumu keçirilir

23.11.2026 / 10:10
Asif Əsgərov “Şöhrət” ordeni ilə təltif edildi

23.11.2026 / 09:52
Hörmüz boğazında təhlükəli eskalasiya – İranın gəmilərə hücumları rekord həddə çatdı...

23.11.2026 / 09:39
Trampdan demokratlara sərt ittiham – onların qələbəsi İran daha da aqressivləşdirdi...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ