NATO-nun baş katibi Mark Rutte prezident Donald Trampla görüşmək üçün ABŞ-a səfər edir. ABŞ Prezidenti Donald Tramp və NATO-nun baş katibi Mark Rutte noyabrın 25-də Florida ştatının Palm-Biç şəhərində görüşəcəklər. Ağ Evin mətbuat xidmətinin yaydığı rəsmi iş qrafikinə əsasən, danışıqlar Şükran Günü ərəfəsində baş tutacaq.
NATO-nun mətbuat açıqlamasında deyilir: "NATO-nun baş katibi Rutte 24-25 noyabr tarixlərində ABŞ-ın Florida ştatına səfər edəcək. 25 noyabr çərşənbə günü baş katib Trampla onun Mar-a-Laqodakı iqamətgahında görüşəcək".
Rutte həmçinin ABŞ-ın digər yüksək vəzifəli rəsmiləri ilə də görüşəcək. Danışıqlar mətbuat üçün qapalı qapılar arxasında baş tutacaq və Ağ Ev müzakirələrin rəsmi gündəliyini hələlik açıqlamayıb.
İradə SARIYEVA