İran Broadcasting-in İran Hərbi Dəniz Qüvvələrinə istinadən verdiyi məlumata görə, Hörmüz boğazının şərqində iki neft tankeri minalara dəydikdən sonra alovlanıb.
Bildirilib ki, "iki neft tankeri naviqasiya sistemlərini sıradan çıxararaq Hörmüz boğazının şərq hissəsində naviqasiya olmayan zonaya daxil olub. Partlayışlar nəticəsində gəmilər hərəkət mexanizmini itirib və alovlanıb".
Onlar bir daha təkrarlayıblar ki, İranın məqsədləri və tələbləri yerinə yetirilənə qədər boğaz gəmiçilik üçün bağlı qalacaq və neft tankerləri sahibləri sulardan keçidi İran silahlı qüvvələri ilə əlaqələndirməlidirlər.
İran İslam İnqilabı Keşikçiləri Korpusu dəfələrlə Oman sahili yaxınlığından keçən marşrutdan istifadə etməmək barədə xəbərdarlıq edib və Hörmüz boğazının onun nəzarəti və tam nəzarəti altında qaldığını vurğulayıb.
İradə SARIYEVA