çərşənbə axşamı günü, 24 noyabr 2026
     

Qafqazda və Azərbaycan memarlığında Kəlbəcər abidələrinin yeri və rolu

Image


Kiçik Qafqazın mərkəzi hissəsində, Tərtərçay hövzəsində yerləşən Kəlbəcər rayonu zəngin təbii ehtiyatları ilə yanaşı, qədim dövrlərdən başlayaraq formalaşmış unikal maddi-mədəniyyət və memarlıq irsinə malikdir. İbtidai icma quruluşundan (Sərsəng və Zar mağara düşərgələri, Qobustan tipli qayaüstü təsvirlər) orta əsrlərə qədər uzanan davamlı məskunlaşma bu ərazidə özünəməxsus tikinti mədəniyyətinin yaranmasına zəmin yaratmışdır.
Kəlbəcər memarlığı həm yerli tikinti ənənələrini, həm də Ön Asiya və Qafqaz xalqlarının mədəni qarşılıqlı əlaqələrini özündə birləşdirir. Xüsusilə erkən orta əsrlərdə Qafqaz Albaniyasının memarlıq məktəbinin aparıcı mərkəzlərindən biri kimi bu bölgə Cənubi Qafqazın monumental daş memarlığının inkişafında mühüm mərhələ təşkil etmişdir.
Kəlbəcər abidələri sırasında dini-memarlıq kompleksləri həm həcm-məkan kompozisiyasına, həm də bədii-estetik dəyərinə görə xüsusi yer tutur. Bu abidələrin əksəriyyəti IV–XIII əsrləri əhatə edən Qafqaz Albaniyası memarlıq ənənələri əsasında inşa edilmişdir. Belə abidələrdən biri də, Xudavəng (Dədivəng) monastır kompleksidir. Rayonun Vəng kəndi ərazisində, Tərtərçayın sol sahilində yerləşən bu kompleks Qafqazın ən iri monastır ansambllarından biridir. Kompleksə daxil olan qədim bazilika (VI–VII əsrlər), Arzu xatun kilsəsi (1214-cü il), Həsən Cəlal kilsəsi, zəng qülləsi və mülki təyinatlı tikililər vahid şəhərsalma prinsipinə uyğun yerləşdirilmişdir. Arzu xatun kilsəsinin günbəzaltı konstruksiyası, baraban hissəsinin incə daş oymaları və interyerindəki freskalar Azərbaycan memarlıq tarixində nadir sənət nümunələri hesab olunur. Tərtər vadisi boyunca inşa edilmiş möhtəşəm və maraqlı memarlığa malik olan abidələr sırasında
Lök və Çərəkdar adlı məbədlərin də xüsusi yeri var. Bu abidələr erkən xristian bazilikalarının yerli daş materiallardan (əsasən bazalt və əhəngdaşı) istifadə edilməklə yaradılmış səciyyəvi nümunələridir. Onların sadə, lakin monumentallığı ilə seçilən fasad həlli dağlıq relyeflə tam harmoniya təşkil edir.
Bu abidələrin konstruktiv təhlili göstərir ki, Alban memarları seysmik baxımdan aktiv olan dağlıq ərazilərdə tikililərin dayanıqlığını təmin etmək üçün üçqat divar hörgü sistemindən (ortası əhəng məhlulu və çay daşı ilə doldurulan) və yüngülləşdirici tağ konstruksiyalarından məharətlə istifadə etmişlər.
Kəlbəcərin strateji coğrafi mövqeyi – Murovdağ və Şahdağ silsilələri arasında yerləşməsi, eləcə də qədim karvan yollarının bu ərazidən keçməsi burada güclü müdafiə sisteminin qurulmasını zəruri etmişdir. Tədqiaatlar göstərir ki, bölgənin qala memarlığı, relyefdən maksimum istifadə prinsipi ilə səciyyələnir. Bu baxımdan Lev (Lök) qalası özəlliyi ilə seçilir. Belə ki, qala dəniz səviyyəsindən təqribən 2000 metr yüksəklikdə, sıldırım qayalıqlar üzərində ucaldılmışdır. Qalanın divarları qayaların təbii konturlarını təkrarlayaraq alınmaz müdafiə səddi yaradır. Burada müşahidə bürcləri, yeraltı su anbarları və gizli keçidlərin mövcudluğu orta əsr Azərbaycan hərb sənətinin və mühəndis düşüncəsinin yüksək səviyyəsini sübut edir.
Uluxan və Comərd qalalarında da bu səviyyə hişş olunur. Bu istehkamlar Tərtərçay dərəsinə nəzarət edən strateji nöqtələrdə inşa edilmişdir. Onların tikintisində yerli qaya parçalarından və yüksək keyfiyyətli əhəng məhlulundan istifadə olunmuşdur ki, bu da əsrlər boyu abidələrin sərt dağ iqliminə davam gətirməsini təmin etmişdir.
Kəlbəcər abidələrinin Qafqaz memarlığındakı rolunu müəyyən edən mühüm amillərdən biri də memarlıqla monumental daş plastikasının sintezidir. Ərazidə geniş yayılmış xaçdaşlar (xaçkarlar), qoç və at formalı qəbirüstü abidələr, eləcə də kurqanlar qədim Türk-Alban mədəni qatlarının vəhdətini əks etdirir. Xaçdaşların üzərindəki həndəsi və nəbati ornamentlər, günəş simvolları Azərbaycanın digər bölgələrinin (məsələn, Şirvan və Naxçıvan) xalçaçılıq və daşoyma sənəti motivləri ilə eynilik təşkil edir.
Mülki memarlıq nümunələri sırasında təbii sular üzərində salınmış İstisu hamam kompleksləri və Tərtərçay üzərindəki tağlı daş körpülər (məsələn, Söyüdlü və Tutqun çayları üzərindəki körpülər) xüsusi əhəmiyyət daşıyır. Bir və ya iki aşırımlı olan bu körpülər çay axınının sürətinə tab gətirmək üçün iti uclu dalğaqıranlarla (buzqıranlarla) təchiz edilmişdir.
Nəticədə, apardığımız araşdırmalar göstərir ki, Kəlbəcər memarlıq abidələri Qafqaz Albaniyasının maddi mədəniyyətinin qorunub saxlanmasında və sonrakı dövrlərdə Azərbaycan memarlıq məktəblərinin formalaşmasında körpü rolunu oynamışdır. Təbii landşaftla memarlıq formalarının üzvi harmoniyası, yerli tikinti materiallarından səmərəli istifadə və mürəkkəb mühəndis-konstruksiyası, Kəlbəcər abidələrini təkcə Azərbaycanın deyil, bütövlükdə Qafqazın memarlıq tarixinin əvəzolunmaz səhifəsinə çevirir.
Rizvan QARABAĞLI
Memarlıq üzrə fəlsəfə doktoru, dosent



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

24.11.2026 / 12:49
Qafqazda və Azərbaycan memarlığında Kəlbəcər abidələrinin yeri və rolu

24.11.2026 / 12:46
Azərbaycançılıq: milli suverenlik və dövlətçilik ideologiyası

24.11.2026 / 11:25
Yaxın Şərq müharibəsi Avropaya sıçraya bilər – Tehran ABŞ-ın Avropadakı müttəfiqlərinə xəbərdarlıq etdi

24.11.2026 / 11:05
ABŞ Suriyaya yenidən qoşun göndərir – 15 ölkənin iştirakı ilə hərbi missiya planı...

24.11.2026 / 10:54
ABŞ-ın hərbi müşayiəti də kömək etmədi – Hörmüzdə daha üç tanker alov aldı...

24.11.2026 / 10:46
ABŞ senatoru Prezident Əliyevi və Paşinyanı təbrik etdi

24.11.2026 / 10:23
Sürücülük hüququ olmayan şəxs ailəsi ilə birlikdə qəzaya düşdü...

24.11.2026 / 10:07
Yaxın Şərq yeni qarşıdurmanın astanasında – Qətər Vaşinqtona xəbərdarlıq etdi...

24.11.2026 / 09:48
Bakıda yeni işıqforlar quraşdırılacaq - avtobus sürücülərinin nəzərinə...

24.11.2026 / 09:12
Hacıqabulda müəmmalı ölüm - ADSEA yayılan məlumatı təkzib etdi

24.11.2026 / 08:40
İran Ali rəhbərinin müşaviri TRİPP-i “saxta dəhliz” adlandırdı - “Hörmüzdən dərs çıxarın” nə deməkdir?

24.11.2026 / 08:05
Rusiya Kosmosa nüvə peyki buraxır? Alman kəşfiyyatından şok xəbər

23.11.2026 / 22:41
Moskvanın Avropada gizli casus əməliyyatı – 20 milyondan çox elanın arxasındakı gizli plan ortaya çıxdı

23.11.2026 / 22:16
Türkiyə NATO-dan çıxa bilər - Fidanın ikibaşlı anonsu...

23.11.2026 / 21:59
İllər əvvəl qırılmış Moskva-Tbilisi dialoqu müəmmalı şəkildə bərpa olundu...

23.11.2026 / 21:56
Hədəf mərkəzdə, ruh yüksəkdə!” – Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbələri üçün oxatma təlimi keçirilib

23.11.2026 / 21:44
Netanyahu Fələstinlə bağlı Teampın planına tam əks şərt irəli sürdü...

23.11.2026 / 21:29
Fürsətçi… YUNUS OĞUZ yazır

23.11.2026 / 21:27
“Azərbaycan Ermənistana öz qubernatorunu göndərəcək, ölkə Bakıdan idarə olunacaq...”

23.11.2026 / 21:10
Trampla Si "üçlü görüş" barədə mətbuat konfransı keçirmədi - səbəb...

23.11.2026 / 21:06
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib - FOTO

23.11.2026 / 21:01
Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət attaşesi “Sərdar Sandıq-Mücrü Ocağı”nda

23.11.2026 / 20:50
Moskva Azərbaycana və Ermənistana yenidən vasitəçilik təklif etdi...

23.11.2026 / 20:37
Ermənistanla müharibədə Azərbaycana dəstək vermiş daha bir dövlətin adı açıqlandı...

23.11.2026 / 20:23
Azərbaycan xarici siyasətdə yeni vektoru fəallaşdırır...

23.11.2026 / 20:08
ABŞ-da Çin şirkətlərinə qarşı təqiblər gücləndi... Tramp-Si görüşü boşa çıxdı...

23.11.2026 / 19:55
Hüquq-mühafizə orqanları Türkmənistanda ucuz ərzaq növbəsinə duranları qorxudur

23.11.2026 / 19:36
Aralıq dənizində Rusiya gəmisini batıran dronlarla bağlı yeni iddia - Albaniya ittihamları rədd etdi...

23.11.2026 / 19:23
Türkiyə müharibəyə (?) hazırlaşır - 81 şəhərdə sığınacaqlar tikilir...

23.11.2026 / 19:07
Səddam Hüseynin təyyarəsi satışa çıxarıldı – qiyməti 900 min dollardır...

23.11.2026 / 18:44
70-ci illərdə ermənilərin Türk dünyasına düşmənçiliyi bu hadisdən başlayıb...

23.11.2026 / 18:21
Azərbaycan ticarət müstəvisində Ermənistanı özündən asılı vəziyyətə salır

23.11.2026 / 17:51
Moskva-İrəvan dəmiryolu toqquşması şiddətlənir - Ermənistanda ruslar sıxışdırılır...

23.11.2026 / 17:47
Ərəb ölkələri İrana qarşı birləşir...

23.11.2026 / 17:39
Avropa liderləri Kremldə Putinin qəbulunda - ABŞ Avropanı nəyə sövq edir...

23.11.2026 / 17:21
AQTA Bakıda məşhur restoranın fəaliyyətini dayandırdı

23.11.2026 / 16:58
Ceyhun Bayramov italiyalı nazirlə görüşdü...

23.11.2026 / 16:40
Prezident İlham Əliyev Trampa təşəkkür etdi

23.11.2026 / 15:40
Pekindəki "üçlü görüş formatı" heç vaxt təkrar olunmayacaq - Putin eyham vurdu

23.11.2026 / 15:38
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzaladı

23.11.2026 / 14:57
Tramp TRIPP layihəsinin icrasına verdiyi töhfəyə görə Prezident Əliyevə təşəkkür etdi

23.11.2026 / 14:52
Ukrayna ilə saziş naminə Putin yeni şərt irəli sürdü - Avropa liderləri getsin...

23.11.2026 / 14:17
Bəzi hərbi qulluqçuların leytenantlıq müddəti artırılır

23.11.2026 / 14:12
Prezident ətraf mühitin mühafizəsi ilə bağlı qanunlara edilən dəyişiklikləri təsdiqlədi

23.11.2026 / 14:10
TRIPP layihəsinin icrasına start verildi – Naxçıvanla quru bağlantısı reallaşır...

23.11.2026 / 13:53
Ukrayna-Rusiya savaşı Aralıq dənizinə də sıçradı – iki rus gəmisi və helikopteri dənizdə batırıldı...

23.11.2026 / 13:35
Ukraynadan Rusiyanın neft sənayesinə ağır zərbə – Vahid Ələkbərovun şirkətində yanğınlar başladı...

23.11.2026 / 13:18
Ermənistanın yeni Konstitusiya layihəsində kilsəsi ilə bağlı dəyişiklik edildi...

23.11.2026 / 13:03
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Antonio Tayanini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

23.11.2026 / 12:48
Rusiya ilə Hollandiya arasında gərginlik pik həddə – Moskva Haaqaya müharibə mesajı verdi...

23.11.2026 / 12:39
Azərbaycan-İtaliya biznes-forumu çərçivəsində bir sıra sənədlər imzalandı

23.11.2026 / 12:24
Türkiyədən Paşinyana çağırış – sülh istəyirsinizsə, Metsamor AES-i bağlayın...

23.11.2026 / 12:10
Prezident İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul etdi FOTO

23.11.2026 / 12:09
Paşinyan “topu” erməni xalqına atdı...

23.11.2026 / 11:56
Ən çox boşanma bu rayonda qeydə alınıb – SİYAHI

23.11.2026 / 11:43
Ukraynanın gələcəyi ilə bağlı sensasiyalı iddia – Putin NATO modelinə razılaşdı, Donbası tələb edir...

23.11.2026 / 11:27
Çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edildi

23.11.2026 / 11:12
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan etdi

23.11.2026 / 11:07
Astarada saxlanan şəxslərdən 10 kq-dan artıq narkotik aşkarlandı

23.11.2026 / 10:43
Ukrayna Tatarıstandakı neft anbarlarını yenidən vurdu...

23.11.2026 / 10:34
Azərbaycanda ən yüksəkgərginlikli yeni enerji dəhlizi yaradılır

23.11.2026 / 10:29
Ermənistanın yeni Konstitusiya layihəsi açıqlandı – Azərbaycanla sülhə mane olan müddəa çıxarıldı...

23.11.2026 / 10:21
Bakıda Azərbaycan-İtaliya biznes-forumu keçirilir

23.11.2026 / 10:10
Asif Əsgərov “Şöhrət” ordeni ilə təltif edildi

23.11.2026 / 09:52
Hörmüz boğazında təhlükəli eskalasiya – İranın gəmilərə hücumları rekord həddə çatdı...

23.11.2026 / 09:39
Trampdan demokratlara sərt ittiham – onların qələbəsi İran daha da aqressivləşdirdi...

23.11.2026 / 09:24
Şəhərdə təmizliyi pozanları bu qədər cərimə gözləyir...

23.11.2026 / 09:02
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

23.11.2026 / 08:46
Lavrov Almaniya müdafiə naziri və britaniyalı siyasətçini “qeyri-adekvat” adlandırdı

23.11.2026 / 08:40
COP31 danışıqları iflasa uğradı - qalıq yanacaqlarla bağlı mübahisə səbəbindən…

22.11.2026 / 23:18
Tramp İrana yeni ilədək vaxt verdi - hücumları bərpa edəcəyik...

22.11.2026 / 22:46
Pezeşkian həyəcan təbili çaldı – vəziyyətimiz yaxşı deyil... İranda qışda elektrik böhranı yaşana bilər...

22.11.2026 / 22:23
Aralıq dənizində Rusiya gəmisi vuruldu – hücumun arxasında Ukraynanın dayandığı iddia olunur...

22.11.2026 / 21:43
BMT-nin iqlim sammitində qalıq yanacaqlar maneəyə çevrildi - Yekun sənəd imzalanmadı...

22.11.2026 / 20:30
ABŞ Milli Kəşfiyyatının rəhbəri il ərzində ölkədə kiberinsidentlərin sayını açıqlayıb

22.11.2026 / 20:12
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib - FOTO

22.11.2026 / 14:43
WSJ: Tramp Epşteyn əlaqələri səbəbindən katib Lutniki işdən çıxarmağı düşünüb

22.11.2026 / 14:37
NATO Şurası 23 noyabrda Polşaya düşən raketlərlə bağlı hadisəni müzakirə edəcək

22.11.2026 / 14:28
"El Pais": Kallas Rusiya ilə danışıqlar aparmaq üçün real namizəd deyildi

22.11.2026 / 14:04
Qəribabadi: “ABŞ ilə diplomatiya pəncərəsi açıqdır”

22.11.2026 / 14:01
Rzayi: “ ABŞ artıq qalib deyil, məğlub dövlətə çevrilib”

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ