İran müharibənin yenidən başlaması halında cavab zərbələri üçün coğrafi məhdudiyyət tanımayacağını bəyan edib. Bu barədə İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsi sədrinin müavini Abbas Moxtaday “SNN” telekanalına açıqlamasında bildirib.
Onun sözlərinə görə, İngiltərə, Almaniya və ya Bolqarıstandakı ABŞ hərbi bazaları İran üçün Bəhreyndəki Amerika bazasından fərqlənmir.
“Əgər hər hansı ölkənin ərazisi ABŞ tərəfindən İrana qarşı əməliyyatlar üçün istifadə olunarsa, həmin ölkədəki obyektlər İranın cavab zərbələri siyahısına daxil edilə bilər”, – deyə o vurğulayıb.
Beləliklə, İran rəsmisi müharibənin yenidən alovlanacağı təqdirdə ABŞ-ın Avropadakı hərbi bazalarının da potensial hədəfə çevrilə biləcəyinə işarə edib.
Tahir TAĞIYEV